“Dörd min manatı Nurlana Əliyevaya verdim” – Sabiq şöbə müdiri

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Kanal1.Az xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən iclasda şahid qismində İsmət Nəzərov ifadə verib.

O bildirib ki, oğlu BSU-da ikinci təhsil alıb:

“Buna görə üç il ərzində universitet məndən 5 min manat pul istədi. Sonradan isə həmin məbləğ 4 min manata endirildi. Ödəniş üçün Dürdanə Əliyeva ilə görüşdüm. Mənə dedi ki, 4 min manatı ona verməliyəm. Eyni zamanda, o, qızımın universitetdəki qaiblarına da kömək edəcəyinə söz verdi. Qızım hazırda universitetin üçüncü kursunda oxuyur, ora 1 100 manat borcu var”.

Şahidin ifadəsinə münasibət bildirən D.Əliyeva qeyd edib ki, aldığı 4 min manat pulun hamısını universitetin sabiq rektoru Nurlana Əliyevaya verib.

Daha sonra digər şahid Mehman Nəcəfov dindirilib. O, təqsirləndirilən şəxsə təhsil ödənişi üçün 1 000 manat pul verdiyini söyləyib:

“Təhsil ödənişi üçün ümumilikdə 2 200 manat pul ödəməli idim. Dürdanə Əliyeva mənə bildirdi ki, ilkin ödəniş kimi 1 000 manat pulu ona verməliyəm. Həmin 1 000 manatı ona verdim, digər 1 200 manatı isə ödəmə terminalı ilə ödədim. Sonradan məlum oldu ki, nə 1 000 manat, nə də ödəmə terminalı ilə ödədiyim pul universitetin kassasına daxil olub”.

Şahid Ülviyyə İsmayılova dindirilən zaman deyib ki, 2020-ci ildə BSU-da ikinci təhsil almaq üçün D.Əliyevaya 2 000 manat pul verib:

“Dürdanə Əliyeva mənə bildirdi ki, təhsil 3 il olacaq, ödənişi isə illik 2 000 manatdır. Həmin pulu ona ödəməyimi istədi. Mən də pulu ödədim. Dekabr ayında universitetdən mənə zəng edib ödəniş haqqını ödəməyimi söylədilər. Hələ də universitetə ödəniş etməmişəm, borcum var”.

Şahid məhkəmədən heç bir tələbinin olmadığını bildirib.

Proses noyabrın 15-də davam etdiriləcək.

Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Bakı Slavyan Universitetinin əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent D.Əliyeva barəsində araşdırma aparılıb.

D.Əliyevanın qanunsuz əməlləri törətməsi barədə çoxsaylı şikayətlər araşdırılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə cinayət işi başlanılıb.

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər