Emin Əmrullayev üçün vida vaxtı yetişir – Yeni nazir kim olacaq?

 

Turantv.az:- Son günlər mətbuatda hökumətdə təmsil olunan 3 yüksək rütbəli məmurun postu ilə vidalaşacağı ilə bağlı çoxsaylı məlumatlar dərc edilməkdədir. Məlumatlı mənbənin iddiasına görə, postunu itirməsi ən real hökumət üzvlərindən biri də Elm və Təhsil naziri Emin Əmrullayevdir. Məlumatlara görə, Əmrullayev qısa müddətlik fəaliyyəti dövründə ictimai rəydə ən çox tənqid olunan nazir kimi hakimiyyətin yuxarı dairələrinin "qara siyahı”sına düşüb.

Editor.az-a daxil olan son məlumatlar da Emin Əmrullayevin postu ilə vidalaşacağı tarixin çox da uzaq olmadığını göstərir. Elm və Təhsil naziri öz fəaliyyəti ilə bundan əvvəl yalnız sadə vətəndaşların, jurnalistlərin, təhsil ekspertlərinin hədəfində idisə, indi artıq Emin Əmrullayevi hakim Yeni Azərbaycan Partiyasından olan deputatlar, ziyalılar, iqtidara yaxınlığı ilə seçilən ictimai-siyasi fəallar da kəskin tənqid edir. Nazirə qarşı tənqidlər artıq media və sosial şəbəkələrin sərhədlərini aşaraq, Milli Məclis tribunalarına qədər gedib çıxıb.

İddialara əsasən, Elm və Təhsil nazirliyinin fəaliyyəti və şəxsən nazir Emin Əmrullayevin cəmiyyətdəki mənfi imici hakimiyyətin ən üst dairələrində ciddi şəkildə təhlil edilib və onunla vidalaşmaq barədə qərar qəbul olunub.

Emin Əmrullayevi əvəz edəcəyi ehtimal olunan şəxs də artıq bəllidir. Bu keçmiş deputat, hazırda İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi vəzifəsində çalışan Şahin Seyidzadədir.

Ekspertlər Şahid Seyidzadəni təhsil sektoruna yad kadr kimi qiymətləndirmir. Əksinə onun Emin Əmrullayevdən daha çox təhsil təcrübəsinin olduğu qeyd olunur.

– Şahin Seyidzadənin Təhsil Nazirliyinin azsaylı uğurlu layihələrindən sayılan "SABAH qrupları”nın İcra Komitəsinə uzun müddət rəhbərlik etməsi onun nazir olmaq şanslarını daha da artırır.

Məlumatlı mənbənin iddialarına görə, Şahin Seyidzadənin namizədliyi iqtidarın ən müxtəlif mərtəbələrində dəstəklənir və onun yaxın aylarda nazir təyin ediləcəyi son dərəcə realdır. //Editor.az//.


Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər