Emin Əmrullayev prezidentə danışmalıdır! Azərbaycan Texnologiya Universiteti "rektorsuzluq" yaşayır
Təhsil naziri Emin Əmrullayevin yarıtmaz idarəçiliyi və "diş"sizliyi sayəsində Gəncədə fəaliyyət göstərən Azərbaycan Texnologiya Universitetində (ATU) ikili idarəetmə problemləri yaranıb. Aylardır universitetin təhsilyönümlü metodologiyasını iflic edən özbaşınalıq, kimlərinsə rektorluq davası hələ də öz həllini tapmır. Nəticədə, universitet tələbələri və professor-müəllim heyəti süni çəkişmələrdən əziyyət çəkir.

"Kanal1.Az"-ın məlumatına görə, baş verənlər göstərir ki, "islahatçı" və gənc nazir Emin Əmrullayev ATU-nu uzun illərdir öz şəxsi maraqları ilə idarə edən rektor Akif Süleymanova doy gələ bilmir. Nazir Emin Əmrullayev yaşı 70-i haqlayan, vəzifə hərisliyinə mübtəla olan, sağlamlıq imkanlarını xeyli itirmiş birinə qarşı müqavimətsiz və taqətsiz görünür.

Onu da qeyd edək ki, durumu ağırlaşdıran ən önəmli hal isə hazırda ATU-da iki rektorun olmasıdır. Belə ki, 2020-2021-ci illər üzrə uzun müddət səhhətilə əlaqədar müalicələr alan və ortalıqda görünməyən Akif Süleymanovun yerinə rektor səlahiyyətlərini Təhsil nazirliyinin şöbə müdiri Yaşar Ömərov həyata keçirib. Adıçəkilən rektor əvəzi bir neçə aydır ki, universitetə nazirin fövqəladə ezamiyyəsilə təyin edilib. Lakin, bir az özünə gələn Akif Süleymanovun müalicədən sonra - bir neçə ay əvvəl yenidən işinin başına qayıtması paradoksal durum yaradıb. İndi ATU-da həm 6 ay idi yerində olmayan rektor, eləcə də nazirin geri çağırmaq istəmədiyi rektor əvəzi Yaşar Ömərov bir rəhbər kimi paralel səlahiyyətlər icra edirlər.

Təhsil ocağında yaşanan xaotik idarəetmə hər kəsi təngə gətirib. Mövcud problemləri açıq şəkildə söyləyən əməkdaşların qoca rektor və oğlu Şamil Süleymanov tərəfindən ciddi təqiblərə, təhditlərə məruz qalması, ya da işdən çıxarılmasına dair iddialar da dolaşır.

Məlumata görı, Akif Süleymanov ümumiyyətlə iş qabiliyyətini itirmiş durumdadır. O, müstəqil şəkildə yeriməyi belə bacarmır, tədbirlərə qtılmır, korpuslarda gəzib hansısa işlə və ya tədris prosesləri ilə maraqlanacaq sağlamlığa malik deyil. hətta özünün iş otağına da başqalarının köməyilə qaldırılır və cəmi bir neçə saatlıq işdə olmaqla günorta evinə aparılır.
Emin Əmrullayev prezidentə danışmalıdır! Azərbaycan Texnologiya Universiteti "rektorsuzluq" yaşayır

Təhsil adına baş verən rüsvayçılıqda Təhsil naziri Emin Əmrullayevin də şəxsi maraqlarının olduğu diqqət çəkir. Artıq 4 aydır rektor əvəzi kimi ATU-ya göndərilmiş, TN-nin şöbə müdiri Yaşar Ömərovun nazirin yaxın dostu olduğu deyilir. Şöbə müdiri dəfələrlə oyundan geri çəkilməyə və nazirlikdəki işinə geri qayıtmağa çalışsa da, nazir onu tezliklə rektor təyin etdirəcəyini deyərək sözügedən təhsil ocağında saxlayır.

Daha bir məlumata görə isə qoca rektoru nazir qarşısında bunca "toxunulmaz" edən səbəb onun oğlu Şamil Süleymanovun sabiq təhsil naziri, hazırda supernazir olan Mikayıl Cabbarovla yaxın olmasıdır. Emin Əmrullayev isə digər sələfi, Azərbaycan XİN naziri Cehun Bayramova yaxın kadr kimi ad çıxarıb. Yəqin ki, bu özəl səbəblər Əmrullayevin ölkə başçısına təqdimat yazmağına, Azərbaycan Texnologiya Universitetində sağlam mühit yaratmağına imkan vermir. Lakin, nazir bütün kənar münasibətləri bir yana atıb, onu bu kürsüyə əyləşdirən və ona etimad edən prezidentə hər şeyi olduğu kimi məruzə etməyə borcludur.

İnanırıq ki, rektorların təyin və vəzifədən azadetmə səlahiyyətlərini özündə saxlayan prezident cənab İlham Əliyev tez bir zamanda adıçəkilənlərin maddi maraqlarını yerlə bir edən mühüm sərəncama imza atacaq, ATU oliqarxiya maraqlarından xilas olub minlərlə tələbənin daha sağlam şəkildə təhsil ala biləcəyi ünvana çevriləcək...

Son xəbərlər

Ermənistan növbədənkənar seçkiyə gedəcək? - Paşinyan açıqladı

“WhatsApp”da uzun müddətdir gözlənilən yeni FUNKSİYA

Alimlər Yerə yaxın olan ikinci ən böyük qara dəliyi kəşf ediblər

Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO

Bakının bu ərazilərində evlər kəskin bahalaşdı - Səbəb nədir?

Paşinyandan sensasion açıqlama: Yaxşı ki, Azərbaycan 50 metr aralıdadır

Rusiyada miqrantlar üçün sərt qanun: bu üsul tətbiq olunacaq

Mayın 1-dən uşaqların birinci sinfə qəbul prosesi başlayacaq

Bakı Şəhər İcra Hakimiyyətindən özəl sektorda çalışanlara ÇAĞIRIŞ

ABŞ Dövlət Departamentindən Ermənistana geniş hərbi dəstəyin göstərilməsi barədə AÇIQLAMA

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə AÇIQLAMA + FOTO

İsrail ordusunun İranın zərbəsinə cavabı necə olacaq? - Qərar AÇIQLANDI

Rusiyalı politoloqlar Ermənistanın Azərbaycana qarşı Beynəlxalq Ədalət Məhkəməsindəki iddiasını şərh ediblər

Əl təmizləyiciləri beyindəki hüceyrələri belə MƏHV EDİR

Bu xəbər Türkiyədə şok effekti yaratdı - Ərdoğanın yerinə onu hazırlayırlar

Rusiya sülhməramlıları Azərbaycanı hansı istiqamətdən tərk edir?

Planetin üzərindəki sirr - Ürək forması necə yaranıb?

Bu işçilərə kompensasiya veriləcək - Yeni qanun

Paşinyan yenidən Azərbaycan kəndlərinə gəlir: Bu dəfə nə deyəcək?

Rusiyanın bu regionunda da qadağa: Azərbaycanlılar ticarətlə məşğul ola, taksi sürə bilməzlər

Biləsuvar rayonunda Şəhid ailəsinin səsinə səs verən olacaqmı?

Ramin Məhəmmədoğlu həbs olundu

22 aylıq Məhkəmədə süründürməçiliyə son qoyulsun..PREZİDENTƏ MÜRACİƏT

İsrail ordusuna TAPŞIRIQ VERİLDİ: İranı vurmaq üçün variant hazırlanır

Moskva ilə İrəvan arasında gizli sövdələşmə, yoxsa? - VİDEO

Həkim sağlam qalmaq üçün düzgün qidalanma qaydasını açıqlayıb

Etibarnamə ilə torpaq alqı-satqısı edənlərə XƏBƏRDARLIQ - VİDEO

BMT-nin Baş katibindən böyük münaqişə XƏBƏRDARLĞI

Ermənistan zabitimizə atəş açanları cəzalandırdı - Bakının növbəti qələbəsi

Ukrayna elan etdi: Rusiya bu istiqamətdən hücuma keçib, vəziyyət ağırdır

Ermənilər Azərbaycanla sərhədə toplaşdılar: Rəqs edirlər, “müharibə istəyirik” deyirlər

Azərbaycanın iki boksçusu Avropa çempionatının finalına yüksəlib

Ermənistan KTMT-nin Hərbi Komitəsinin iclasında iştirak etməyib

Bütün xəbərlər