Gündəm / Manşet
12.04.2021, 16:08
Daha 4 məktəb koronavirusa görə bağlandı
Ağdaş rayonunda koronavirus təhlükəsinə görə bir neçə orta məktəbdə əyani dərslər dayandırılıb, şagirdlər distant təhsilə cəlb olunub.
"Kanal1.az"bildirir ki, rayonun Aşağı Nemətabad, Orta Ləki, Qəsl və Qülbəndə kənd tam orta məktəblərinin 4 müəllimində COVID-19 testinin cavabı pozitiv çıxıb. Bu səbəbdən Ağdaş rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən dərs prosesinin distant təhsilə keçirilməsinə qərar verilib.
Dərhal məktəb rəhbərliyi tərəfindən şagird və valideynlər xəbərdar edilib.
Hazırda dərslər distant şəkildə davam etdirilir. Bu gün səhər saatlarından etibarən Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən bu dörd məktəbdə dezinfeksiya işləri aparılır.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay