Deputat: “İranın səfirlik adlanan casus və intriqa yuvası bağlanmalıdır”


"İran parlamentinin Azərbaycanın İsraildə səfirlik açmasına etiraz bəyanatı qəbul etməsi heç bir siyasi və diplomatik etikaya sığmır”.

"Trend”in məlumatına görə, bunu Milli Məclisin Sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, son vaxtlar İrandakı fars rejiminin ölkəmizə qarşı təxribatçı və düşmənçilik hərəkətlərinin davamlı şəkil alması qonşuluq münasibətlərini heçə endirir.

"Deputat həmkarımız Fazil Mustafaya qarşı törədilən terror aktı, bundan bir az əvvəl Tehrandakı səfirliyimizə xain hücum, İran rəsmilərinin ölkəmizə qarşı söylədikləri arasıkəsilməz hədyanlar, İranın Ermənistanla münaqişənin həllində, xüsusilə Zəngəzur dəhlizi barəsində tutduğu destruktiv mövqe onu göstərir ki, bu dövlətin başında dayanan şovinist fars-molla rejimi xain və çirkin əməllərindən əl çəkmək niyyətində deyildir. İran rejiminin bu mövqeyi bizi dövlətlər arası münasibətlərimizə yenidən baxmağa məcbur edir.

Görəsən İran siyasətçiləri fərqindədirlərmi ki, ətraflarındakı heç bir müsəlman dövlətləri ilə dostluq münasibətləri yoxdur. Yalnız işğalçı və terrorçu Ermənistandır İranın dostu”, - deyə M.Quliyev bildirib.

O qeyd edib ki, 30 il ərzində İran Qarabağda müsəlman qəbirlərinin dağılmasına biganə qaldı, məscidlərin dağıdılmasına, Allahın evində donuz saxlayanlara etiraz səsini qaldırmadı.

"Dünən İranın 4 nəfər diplomatı casusluq fəaliyyətinə görə "persona non grata” ("arzuolunmaz şəxs”) elan edilib. Mən hesab edirəm ki, qalan əməkdaşları da rədd olub getməlidir və o səfirlik adlanan casus və intriqa yuvası bağlanmalıdır.

İranın xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb olunan terrorçuların və təxribatçıların qısa müddət ərzində aşkarlanıb tutulması Azərbaycanın hüquq-mühafizə orqanlarının yüksək peşəkarlığının göstəricisidir. Göstərdikləri operativliyə və peşəkarlığa görə DTX, DİN və Baş Prokurorluq rəhbərliyinə və əməkdaşlarına minnətdarlığımı bildirirəm.

Bu birgə əməliyyat bir daha göstərdi ki, Azərbaycan güclü dövlətdir, asayişin mühafizəsi etibarlı əllərdədir və heç bir düşmən qüvvə ictimai sabitliyi pozmağa nail ola bilməyəcəkdir.

Hesab edirəm ki, terrorçu-təxribatçı qrup və şəbəkə daha geniş şəkildə üzə çıxarılmalı, maliyyələşdirmə mənbələri, bütün əlaqələri, müxtəlif özəl və dövlət qurumlarına sızıntıları aşkarlanmalı və təhlükəsiz vəziyyətə gətirilməlidir.

Dini inanclı insanlarımızın radikallaşdırılmasına aparan bütün yollar bağlanmalıdır.

İran siyasətçiləri anlamalıdırlar ki, demokratik hüquqi suveren Azərbaycan dövlətini təhdid etmək fars-molla rejiminin nə başı, nə əmmaməsi üçün deyildir.

Hər kəs bilməlidir ki, Azərbaycan güclü dövlətdir, ölkədə olduqca möhkəm və etibarlı Prezident- Xalq birliyi mövcuddur və heç bir qüvvə bizim iradəmizi sarsıda bilməz”, - deyə o əlavə edib.

Son xəbərlər

Daha bir ölkə “Bayraktar”lara sahib oldu

10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA/VİDEO

Maqnit qasırğası zamanı bunları etmək olmaz - XƏBƏRDARLIQ

İrəvan Moskvanı yalan danışmaqda ittiham etdi: Belə xahiş etməmişik

Bu 4 tikili Azərbaycanın ərazisində qalacaq: Qriqoryan detalları açıqladı

KİBER CİNAYƏTİN ETİRAF EDƏN Nüşabə Musayeva niyə məsuliyyətə cəlb edilmir?

Saleh Məmmədovun TOPDAĞITMAZ SƏRVƏTİ… – İLGİNC FAKTLAR

Aynur Sabitova vəzifəsindən çıxarıldı – “Söyüş muxalifəti”, pentensiar xidmətin keçmiş rəhbərliyi ilə sıx iş birliyi… – ŞOK İDDİA

Ədliyyə Nazirliyinin QULAQLARI TAM TIXANDI… – YAŞAYARIQ… GÖRƏRİK…

Abşeronun yol polisinə qarşı İTTİHAM VAR – “Yol polisi Bahadır Aslanov…”

Xaçmazın icra başçısı ancaq VƏD VERİR… – BU DA FAKT!!!

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Ətin qiyməti qalxmaqda davam edəcək? - VİDEO

Yeni ölümcül xəstəlik - Bu ölkədə sürətlə yayılır

Günəşdə son 7 ilin ƏN GÜCLÜ PARTLAYIŞI: hansı fəsadları olacaq?

Baxçalıdan ÇEVRİLİŞ SİQNALI - Ərdoğan təcili toplantı keçirdi

Baş Prokurorluq Qusardakı özbaşınalığa MÜDAXİLƏ ETDİ – TƏFƏRRÜAT

GDU-nun rektoru DÖVLƏT BÜDCƏSİNİ belə talayır-4 milyon manatdan çox “alış-veriş” siyahısı

Binəqədi rayon 248 saylı məktəbdə cəngəllik qanunları – Emin Əmrullayevin bundan xəbəri var?

“Azəriqaz” İB-nin direktor müavininin qohumunun imzası saxtalaşdırılıb – Məhkəmə işi

Ayın 14-ü olduğu halda Komitə tikintiyə icazəni ayın 19-da necə qeydə alıb? – DƏLİXANADIR, VALLAH…

Restoranlarda bir müştərinin önündə qalan artıq yeməklər digər müştəriyə təqdim edilir? - VİDEO

Rəşad Dağlı əfv olunacaq? - Vəkil danışdı

Xankəndinin nəqliyyat planı hazırlandı

Paytaxtın bu ərazilərində QAZ OLMAYACAQ

Azərbaycanda nikah yaşı ilə bağlı YENİ TƏKLİF

Nöqsanlarına görə işdən çıxarılan şəxslər Kənd Təsərrüfatı Nazirliyində yüksək vəzifələrə gətirilir — FOTOLAR

“Kəpəz Hospital”-ın rəhbəri Mahir Aslanova heç kimin gücü çatmır

İki SAXTA Diplomla Beyləqan təhsil sektoruna rəhbər seçilən Elvin Abbasovu kim himayə edir? ARAŞDIRMA

GÖYÇAY PEŞƏ LİSEYİNDƏ RƏZALƏT və ya CADUGARLIQLA İDARƏ OLUNAN TƏHSİL OCAĞI… İDDİA/VİDEO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Şuşada “Xarıbülbül” musiqi festivalının ikinci günü nələrlə yadda qaldı?

Rayon xəstəxanalarında HƏYƏCAN TƏBİLİ: Həkim çatışmazlığı - VİDEO

Bütün xəbərlər