İl ərzində qanunsuz dövriyyədən 182 milyon manatlıq narkotik çıxarılıb



2022-ci ilin 11 ayı ərzində hüquq-mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 10 281 cinayət faktı aşkarlanıb.

Oxu.Az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik vasitələrinin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə Üzrə Dövlət Komissiyasının məlumatında deyilir.

Onlardan 3 367-si narkotik vasitələrin qanunsuz satışı, 6 425-i narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 394-ü qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 95-i isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.

Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə 5 ton 252 kq 377,662 qr və 36 427 ədəd narkotik vasitələrin və 2 514 ədəd psixotrop maddə müsadirə olunub.

Müsadirə olunanlardan narkotik vasitələrin 2 ton 076 kq 309,233 qr-nı heroin, 1 ton 955 kq 405,929 qr-nı marixuana, 281 kq 525,188 qr-nı tiryək, 28 kq 462,344 qr-nı həşiş, 260,95 qr-nı kokain, 146 kq 743,573 qr-nı və 36 427 ədəd həb digər narkotik vasitə və 763 kq 670,445 qr və 2 514 ədəd psixotrop maddə təşkil edib.

Həmçinin, göstərilən dövr ərzində 1 kq 819 qr güclü təsir edən maddə, 10 kq 037,6 zəhərli maddə, 70 qr prekursor, 80 142 ədəd narkotik xassəli çətənə bitkisi qanunsuz dövriyyədən götürülüb. Qanunsuz dövriyyədən götürülmüş 5 ton 252 kq 377,662 qr narkotik vasitə və psixotrop maddə ümumilikdə dəyəri 182 milyon 478 000 AZN  (107 milyon  340 000 ABŞ dolları) kimi qiymətləndirilir.

Məsuliyyətə cəlb edilmiş 87 xarici ölkə vətəndaşından 41-i İran İslam Respublikası vətəndaşıdır. 9-u Gürcüstan, 12-si Türkiyə, 2-si Türkmənistan, 1-i Qırğızıstan, 1-i Pakistan, 2-si Ukrayna, 1-i Maldiv və 18-i isə Rusiya vətəndaşı olub. Xarici ölkə vətəndaşlarından ümumilikdə 1 ton 045 kq 484,880 qr və 4 178 həb müxtəlif növ narkotik vasitə və psixotrop maddə, habelə 16 759 ədəd narkotik tərkibli çətənə bitkisi götürülüb.

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər