Əliyevlə Ərdoğanın qapalı görüşü: Qarabağda hansı addımlar atılacaq?


Prezident İlham Əliyev Türkiyədə səfərdədir: bu gün Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvəsi keçiriləcək, Əliyevin səfərində məqsəd də Zirvədə iştirakdır;

Hərçənd, Azərbaycan lideri Türkiyəyə bir gün öncə getdi və Prezident Rəcəb Tayyip Ərdoğanla görüşdü. Görüşün qapalı keçirilməsi, hətta mətbuata heç bir açıqlama verilməməsi diqqət çəkir və müzakirələrlə bağlı müəyyən ehtimalları da önə çıxarır:

Birincisi, Qarabağda baş verən təxribatlar və atıla biləcək mümkün addımlar;
İkincisi, Azərbaycan-Ermənistan danışıqlarındakı vəziyyət, İrəvanın qeyri-konstruktiv mövqeyi və buna qarşı atılacaq addımlar;

Qapalı görüşün mövzusunun bu məsələlər ola biləcəyi ehtimalı daha çoxdur. Çünki Türkiyənin hazırda əsas gündəmi zəlzələnin vurduğu ziyanın aradan qaldırılması və seçkilərdir. Azərbaycan zəlzələ dağıntılarının aradan qaldırılması istiqamətində qardaş Türkiyəyə bütün istiqamətlərdə dəstək verir, o cümlədən, Prezident İlham Əliyevin ötən ay Türkiyəyə səfərində bu məsələlər müzakirə olunub. Seçkilər isə Türkiyənin daxili məsələsi olduğu üçün Azərbaycan bu proseslərə qarışmır.

Bu baxımdan, gündəmin Cənubi Qafqaz olduğunu deyə bilərik. Mövcud vəziyyətdə Azərbaycanın Qarabağda və Ermənistanla münasibətlər kontekstində atıla biləcək mümkün addımları Türkiyə ilə müzakirə etməsinə, "saatları yoxlamasına” ehtiyac var. Xüsusilə Türkiyədəki seçkilərə qədər Azərbaycanın üçtərəfli razılaşmaların ən azı müəyyən bəndlərinin (bu, Qarabağda silahlı ermənilərin neytrallaşdırılması ola bilər) icrasında və Laçın dəhlizinə nəzarət məsələsində yol qət etməsi vacibdir. Mümkündür ki, Əliyev Ərdoğanla bu məsələlələri müzakirə edib və bundan sonrakı addımlar uzlaşdırılıb

Son xəbərlər

Kəsilən ağaclara cənab Muxtar Babayev vicdanı qarşısında necə göz yumur?

Ucarda 27 ton ot bağlaması yanıb

101-ci gün: Yağışlı hava şəraiti ekoaksiya iştirakçılarına mane olmur

Diyetoloq: “Dəriyə yod sürtmək faydasızdır”

Britaniya Ukraynaya tərkibində uran olan mərmilər verəcək

İstanbulu su ilə təmin edən bənd qurumaq üzrədir

Yazda Kür çayının suyu artacaq? - AÇIQLAMA + VİDEO

Şəmkir sakini kabab manqalında yandı

İran Təbrizdəki aviabazanı tam hazırlıq vəziyyətinə GƏTİRDİ

Ermənistan mülki nəqliyyat vasitələri ilə silah daşıyır - VİDEO

Bakıda minik avtomobili yanıb

Azərbaycanda Novruz bayramı qeyd edilir

Polşanın Fransadakı səfiri: “Ukrayna məğlub olarsa, Polşa Rusiya ilə birbaşa qarşıdurmaya getməli olacaq”

Güləşçimiz Avropa çempionatında qızıl medal qazanıb

Rusiyanın indi bu silahları var, amma...

Kardioloq kardionevroz və infarkt arasındakı FƏRQİ AÇIQLADI

Xankəndi-Laçın yolunda ekoaksiyanın 99-cu günü: Etirazçılar tələblərini irəli sürürlər

Ukrayna sərhədçiləri Baxmuta dörd hücumu dəf ediblər

Rusiya şəhərində fövqəladə vəziyyət elan edildi

Kür çayında suyun səviyyəsi qalxıb: Su istifadəçiləri hansı tədbirlər görməlidir?

Bakının mərkəzində silahlı hücuma məruz qalan Nicat “Lənkəranski” həbs olundu

Bakıda mağazada kütləvi zəhərlənmə olub

Kahramanmaraşda zəlzələ: Ətraf vilayətlərdə də hiss olundu

Bu gündən Şuşaya turist səfərləri başlayır

Xankəndi-Laçın yolu: Aksiya iştirakçıları 97 gündür dünya ictimaiyyətinə çağırışlar edirlər

NATO: “Rusiya Baxmutda hər gün 1500-dək hərbçisini itirir”

Ermənistan Qarabağda müharibəyə hazırlaşır - VİDEO

Ermənistan Moskvada keçirilən turizm sərgisində niyə iştirak etmir?

XİN rəsmisi İƏT-ə üzv olan ölkə nümayəndələrini Ermənistanın təxribatları barədə məlumatlandırıb

İranın Azərbaycanla bağlı üç ssenarisi - VİDEO

Messi “Barselona”ya qayıtmaq istəyir

Xankəndi-Laçın yolunda ekoaksiyanın 96-cı günü: Tələblər dəyişməz, şüarlar eyni

Rusiyada hərbi komissarlıq: “Səfərbərlik tamamlanmayıb”

Bütün xəbərlər