"Azərbaycan dövlət müstəqilliyini qazandığı ilk illərdə ortaq tarixə və eyni soy-kökə malik Azərbaycan-Türkiyə münasibətləri xalqların sevgisi, mədəni birliyi üzərində formalaşmışdısa, bu gün artıq bu münasibətlər ən möhkəm şəkildə, siyasi, iqtisadi, hərbi ittifaq səviyyəsindədir. Dahi Heydər Əliyevin "Bir millət, iki dövlət” deyərək qurduğu Azərbaycan-Türkiyə əlaqələri Prezident İlham Əliyevin fövqəladə siyasəti nəticəsində indiki arzulanan səviyyəyə gəlib çatıb”.
Bunu "Report”a açıqlamasında Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov deyib.
Onun sözlərinə görə, bu gün beynəlxalq siyasi münasibətlərdə Azərbaycan-Türkiyə müttəfiqliyinin alternativi yoxdur:
"Ortaq tarixi dəyərlər üzərində qurulan Bakı-Ankara birliyi hazırda hər iki qardaş ölkənin liderlərinin uğurlu strategiyası nəticəsində elə səviyyəyə çatıb ki, dünyanın istənilən siyasi gücü regionla bağlı siyasətini məhz bu iki dövlətin maraqlarına uyğunlaşdırır. Ölkə başçısının son səfəri də heç şübhəsiz ki, iki qardaş dövlət arasında münasibətlərə öz töhfəsini verəcək. Hazırda dünyada gərgin hərbi-siyasi durum yaranıb. Belə bir vəziyyətdə regionun liderləri və əsas söz sahibləri olan prezidentlər İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan arasındakı görüş və müzakirələr iki dövlət üçün gələcəkdə atılacaq addımlar baxımından müstəsna əhəmiyyət daşıyır. Bundan başqa, dövlət başçılarının Rize-Artvin Hava Limanının açılış mərasimindəki çıxışları maraqla qarşılanıb.
Yeni aeroportun istifadəyə verilməsinin Türkiyənin uğurlu iqtisadi inkişafının təzahürü olduğunu qeyd edən dövlət başçısı İlham Əliyev qardaş ölkənin gündən-günə güclənməsində Prezident Rəcəb Tayyib Ərdoğanın yüksək xidmətlərinin olduğunu bildirib. Ölkəmizin başçısı haqlı olaraq qeyd edib ki, tikilən hava limanları, su anbarları, yollar, körpülər, məktəblər, xəstəxanalar Türkiyənin inkişafını, gücünü göstərən əsas amillərdir. Bütün bu layihələrin mərkəzində insan amili dayanır. Biz bu gün arzuladığımız qüdrətli bir Türkiyə görürük. Məhz bu gün həyatın bütün sahələrində inkişaf dövrünü yaşayan türk dövləti dünya miqyasında böyük güc mərkəzinə çevrilərək söz sahibi olub. Birliyimizin sarsılmaz olduğunu vurğulayan dövlətimizin başçısı bildirdi ki, xalqımız İkinci Qarabağ müharibəsinin ilk günündən Türkiyənin və Prezident Rəcəb Tayyib Ərdoğanın mənəvi, siyasi dəstəyini gördü. Azərbaycan heç vaxt bu qardaşlığı, bu dəstəyi unutmayacaq. Bu həm də o demək idi ki, biz tək deyilik, xalqımıza bu mənəvi dəstək böyük ruh verirdi”.
Deputat söyləyib ki, hazırda işğaldan azad olunmuş torpaqlarda geniş quruculuq, bərpa işləri aparılır:
"Həmişəki kimi, bu gün də Türkiyə yanımızdadır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, Qarabağın bərpası işində türk qardaşlarımız bizimlə bərabər çalışır. Türkiyə şirkətləri, o cümlədən Rize-Artvin Hava Limanı ərsəyə gətirən şirkət də Qarabağın bərpasında yaxından iştirak edir. Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər hazırda hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatıb, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçib. "Müttəfiqlik haqqında Şuşa Bəyannaməsi” Azərbaycan-Türkiyə münasibətlərini daha da möhkəmləndirib.
Ermənistanın işğalından azad edilən Qarabağ və Şərqi Zəngəzurun bərpa prosesinə qoşulan qardaş ölkə şirkətləri tərəfindən hazırda bu əbədi və əzəli ərazilərimizdə genişmiqyaslı layihələr reallaşdırılır. Yeri gəlmişkən, xatırladım ki, Prezident İlham Əliyev düşməndən təmizlənən torpaqlarda tikinti-quruculuq, yenidənqurma layihələrinin icrasına başlanmazdan əvvəl ayrı-ayrı çıxışlarında bu məsələdə dost ölkələrin fəaliyyətinə daha çox diqqət yetiriləcəyini xüsusi vurğulayırdı. Ölkə rəhbəri bu zaman qardaş Türkiyənin Azərbaycana münasibəti barədə xüsusi danışaraq, dost ölkənin müharibənin ilk günlərindən haqq işimizə böyük dəstək verdiyini xatırladırdı. Bütün bunlardan sonra ötən müddətdə təbii ki, qardaş ölkə Qarabağın bərpasında da köməyini əsirgəmədi. İlk müqavilələrin Türkiyə şirkətləri ilə imzalanması da bunun bariz nümunəsi idi”.
R.Mahmudov qeyd edib ki, Prezident İlham Əliyevin vurğuladığı kimi Azərbaycan və Türkiyə bütün məsələlərdə bir yerdədir və bu gün dünya çapında ikinci belə ölkələr tapılmaz ki, bir-birinə bu qədər yaxın olsun: "Bu birlik həm də yenilməzliyimizin təminatçısıdır”.

Son xəbərlər

Ermənistan növbədənkənar seçkiyə gedəcək? - Paşinyan açıqladı

“WhatsApp”da uzun müddətdir gözlənilən yeni FUNKSİYA

Alimlər Yerə yaxın olan ikinci ən böyük qara dəliyi kəşf ediblər

Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO

Bakının bu ərazilərində evlər kəskin bahalaşdı - Səbəb nədir?

Paşinyandan sensasion açıqlama: Yaxşı ki, Azərbaycan 50 metr aralıdadır

Rusiyada miqrantlar üçün sərt qanun: bu üsul tətbiq olunacaq

Mayın 1-dən uşaqların birinci sinfə qəbul prosesi başlayacaq

Bakı Şəhər İcra Hakimiyyətindən özəl sektorda çalışanlara ÇAĞIRIŞ

ABŞ Dövlət Departamentindən Ermənistana geniş hərbi dəstəyin göstərilməsi barədə AÇIQLAMA

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə AÇIQLAMA + FOTO

İsrail ordusunun İranın zərbəsinə cavabı necə olacaq? - Qərar AÇIQLANDI

Rusiyalı politoloqlar Ermənistanın Azərbaycana qarşı Beynəlxalq Ədalət Məhkəməsindəki iddiasını şərh ediblər

Əl təmizləyiciləri beyindəki hüceyrələri belə MƏHV EDİR

Bu xəbər Türkiyədə şok effekti yaratdı - Ərdoğanın yerinə onu hazırlayırlar

Rusiya sülhməramlıları Azərbaycanı hansı istiqamətdən tərk edir?

Planetin üzərindəki sirr - Ürək forması necə yaranıb?

Bu işçilərə kompensasiya veriləcək - Yeni qanun

Paşinyan yenidən Azərbaycan kəndlərinə gəlir: Bu dəfə nə deyəcək?

Rusiyanın bu regionunda da qadağa: Azərbaycanlılar ticarətlə məşğul ola, taksi sürə bilməzlər

Biləsuvar rayonunda Şəhid ailəsinin səsinə səs verən olacaqmı?

Ramin Məhəmmədoğlu həbs olundu

22 aylıq Məhkəmədə süründürməçiliyə son qoyulsun..PREZİDENTƏ MÜRACİƏT

İsrail ordusuna TAPŞIRIQ VERİLDİ: İranı vurmaq üçün variant hazırlanır

Moskva ilə İrəvan arasında gizli sövdələşmə, yoxsa? - VİDEO

Həkim sağlam qalmaq üçün düzgün qidalanma qaydasını açıqlayıb

Etibarnamə ilə torpaq alqı-satqısı edənlərə XƏBƏRDARLIQ - VİDEO

BMT-nin Baş katibindən böyük münaqişə XƏBƏRDARLĞI

Ermənistan zabitimizə atəş açanları cəzalandırdı - Bakının növbəti qələbəsi

Ukrayna elan etdi: Rusiya bu istiqamətdən hücuma keçib, vəziyyət ağırdır

Ermənilər Azərbaycanla sərhədə toplaşdılar: Rəqs edirlər, “müharibə istəyirik” deyirlər

Azərbaycanın iki boksçusu Avropa çempionatının finalına yüksəlib

Ermənistan KTMT-nin Hərbi Komitəsinin iclasında iştirak etməyib

Bütün xəbərlər