Türkiyə mediası: Prezident Rəcəb Tayyib Ərdoğan Zəngilan aeroportunun ilk rəsmi qonağı oldu


Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri, Prezident İlham Əliyev tərəfindən Zəngilan Beynəlxalq Hava Limanında qarşılanması, eləcə də səfərə bağlı digər mühüm məqamlar Türkiyənin aparıcı kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb. Türkiyə mediası yazır ki, Prezident Rəcəb Tayyib Ərdoğan Zəngilan Beynəlxalq Hava Limanının ilk rəsmi qonağı olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cəbrayıl şəhərində mətbuata birgə bəyanatı Anadolu Agentliyi, "TRT Haber”, "TGRT”, "Haber Global”, "Haber Türk” telekanalları və digər media orqanları tərəfindən canlı yayımla dünya ictimaiyyətinə təqdim olunub.
Həmçinin "TRT Avaz”, "CNN Türk” və başqa telekanallar, "Milliyet”, "Hurriyet”, "Sabah” və digər qəzetlər, xəbər agentlikləri başda olmaqla, ölkənin aparıcı media qurumları Türkiyə dövlət başçısının Azərbaycana səfərinin tarixi əhəmiyyətini, göstərilən yüksək qonaqpərvərliyi fərqli sərlövhələrlə günün baş xəbəri kimi işıqlandırıblar.
İşğaldan azad olunan ərazilərimizdəki quruculuq işlərini, Böyük Qayıdışı, həmçinin Zəngilan Beynəlxalq Hava Limanının tikintisini hər zaman diqqət mərkəzində saxlayan Anadolu Agentliyi Türkiyə dövlət başçısının Azərbaycana 20 oktyabr tarixli səfərinin bütün təfərrüatını bir neçə dildə yayıb. Həmçinin Azərbaycan və Türkiyə dövlət başçılarının mətbuat bəyanatlarından mühüm məqamlar fərqli sərlövhələrlə ictimaiyyətə çatdırılıb.
"TGRT” telekanalı səfərə dair canlı yayımları şərhlər əsasında təqdim edib. "TRT Haber” isə mövzu ətrafında bir neçə xüsusi reportaj yayıb.
Mövzunu "Zəngilan Hava Limanı inkişaf dastanıdır” sərlövhəsi ilə gündəmdə saxlayan "Milliyet” qəzeti oxuculara bir daha çatdırıb ki, Azərbaycan Ermənistanın işğalından azad etdiyi ərazilərində həyata keçirdiyi nəhəng layihələrlə xariqələr yaradır.
Ölkənin ən populyar qəzetlərindən olan "Sabah” isə "Qardaş qüruru” sərlövhəsi altında yaydığı analitik məqalədə Azərbaycan və Türkiyədə aparılan quruculuq işlərinin əhəmiyyətini xatırladaraq əminliklə bildirir ki, işğaldan azad olunan Azərbaycan ərazilərində qurulan istehsalat müəssisələrinin məhsulları Qarabağ brendi ilə dünya bazarlarına yol açacaq.

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər