Rusiya FTX-dəki mənbə: “Ukraynaya nüvə zərbəsi endirilməsi müzakirə edilib” 

"Yazda Rusiya qoşunlarının ilk uğursuzluqlarından sonra Rusiya Federasiyasında Ukraynaya nüvə zərbəsinin endirilməsi ehtimalı müzakirə olunub”. Bu barədə Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətindəki (FTX) "Dəyişikliklər küləyi” ləqəbli informator elektron məktublar vasitəsilə məlumat verib. Təqdim edilən elektron məktublar 17 və 21 mart, həmçinin 12 aprel tarixlərini əhatə edir. Rusiyalı hüquq müdafiəçisi və "Gulagu.net” saytının təsisçisi Vladimir Oseçkin FTX agentindən məktublar alıb. Martın 4-dən etibarən FTX-dəki mənbə mütəmadi olaraq Oseçkinə mesajlar göndərib və Ukraynaya qarşı müharibə ilə bağlı xidmət daxilində qəzəb və narazılığın olduğu ilə bağlı faktları açıqlayıb. İnformatorun noyabrda göndərdiyi son məktublar Kremlin rəhbəri Vladimir Putinin ən yaxın müttəfiqləri arasında gərginliyin olduğundan xəbər verir. Məktublar Putinin Rusiyanın "ərazi bütövlüyünü müdafiə etmək” üçün nüvə silahından istifadə etməyə hazır olduğunu bəyan etməsindən bir neçə ay əvvəl göndərilib. Müharibə başlayandan cəmi bir neçə həftə sonra yazılan 17 mart tarixli elektron məktubda mənbə bildirib ki, Ukraynaya qarşı müharibə "məntiqdən və sağlam düşüncədən kənar olsa da”, onlar ümid edirlər ki, "açıq şəkildə axmaqlıq həyata keçirilməyəcək”. "Axmaqlıq” adı altında isə nüvə silahından istifadə nəzərdə tutulur. Bir neçə gün sonra isə FTX-dəki mənbə məlumat verib ki, Ukraynaya qarşı taktiki nüvə silahından istifadə Rusiyanın həm rəqiblərinin, həm də neytral ölkələrin gözündə məğlubiyyəti demək olardı. "Lokal münaqişə üçün belə güclü arqumentin olması hərbi zəifliyi nümayiş etdirəcəkdi ki, bunu hərbi uğurlar belə, ört-basdır edə bilməzdi”, - deyə FTX-dəki mənbə qeyd edib. O həmçinin əlavə edib ki, Putin "Qərbi qorxutmaq” üçün nüvə silahından istifadə ilə hədələyə bilər. "Putinin Ukraynaya qarşı müharibədə nüvə zərbəsi ona heç nə verməyəcək. Eyni zamanda elə nəticələrə gətirib çıxara bilər ki, bunu nəzərdən keçirməyin belə, mənası yoxdur”, - deyə informatorun 12 aprel tarixli elektron məktubunda vurğulanıb. O həmçinin bildirib ki, əgər Putin nə vaxtsa nüvə zərbəsi endirmək əmrini verməyə çalışarsa, Kremldəki "instansiya zənciri” onun qarşısını alacaq.

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər