Azərbaycanda yaşıllıqların kəsilməsi hansı halda cinayət sayılmır?



Azərbaycanda yaşıllıqların kəsilməsinin cinayət məsuliyyəti yaratmadığı hallar müəyyənləşib.

Oxu.Az xəbər verir ki, bu, Konstitusiya Məhkəməsinin Plenumunun Baş Prokurorluğun sorğusu əsasında qəbul etdiyi qərarda əksini tapıb.

Qərarda deyilir ki, kənd təsərrüfatı məqsədilə vətəndaşlara verilmiş pay torpaqlarında məhz kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin təsiri altına düşür və həmin torpaqlarda yalnız kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqların (əkinlərin) kəsilməsi (götürülməsi) cinayət məsuliyyəti üçün əsas hesab edilə bilməz.

Fiziki və hüquqi şəxslərin xüsusi mülkiyyətində olan sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaq sahələrindəki, habelə yaşayış məntəqələrinin torpaqlarındakı yaşıllıqların (xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar və kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə olunan bitkilərdən ibarət olan yaşıllıqlar istisna olmaqla) götürülməsi müvafiq normativ hüquqi aktlara uyğun olaraq səlahiyyətli dövlət orqanlarının (bələdiyyələrin) qərarı ilə həyata keçirilə bilər.

Azərbaycan Şəhərsalma və Tikinti Məcəlləsinin 57-ci, 83.0.6-cı və 85.4-cü maddələri ilə müəyyən olunmuş tələblərə riayət edilməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən tikintiyə icazənin verilməsi həmin ərazidə tikinti işlərinin aparılması məqsədilə yaşıllıqların kəsilməsi (götürülməsi) halında cinayət məsuliyyətinin yaranmasını istisna edir.

"Yaşıllıqların mühafizəsi haqqında” qanunun 8-ci və 9-cu maddələrinin mənasına əsasən, bələdiyyə mülkiyyətində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə bələdiyyələr yaşıllıqların mühafizəsi tədbiri olaraq qanun pozuntularının qarşısının alınması vəzifəsini daşıyırlar.

Son xəbərlər

Elşad Həsənov PAYTAXTIN ƏRKÖYÜN BAŞÇISI rolunda… – Eldar Əzizovun MENYUSUNA…

Sabiq səfir Ramiz Mehdiyevə yazdığı məktubdan danışdı: “Of…”

2 milyona satılan şadlıq evinin yerində nə tikilir? – Komitənin “sirri”

Arxitektura Komitəsində “təmizləmə“

Bu şəxslərin təhsil haqqı özəl müəssisələrdə də dövlət tərəfindən qarşılanacaq

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur – Jurnalistlərdən Elmira Axundovaya CAVAB

“Baboşu” bahalı “Gelandewagen”lə görməyə gedən iş adamı media nümayəndəsin məhkəməyə verdi – Həbs olunmasın istəyir

Mehdiyev Sirac Əhməd oğlu adına tam orta məktəbin yararsız vəziyyət olması ilə bağlı yayımlanan yazıdan ötrü məktəb direktoru Sahilə Fərmanova bu gün qınaq meydanına çevrilmişdir

Türk Dövlətləri sionizm təhlükəsi kimi: İranda Azərbaycana qarşı hansı plan qurulur?

Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO

Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –diplomsuz direktor müavini, “ailə podratı” və s.

271 min manatlıq ittihamla üz-üzə qalan Sümbülə Əliyeva-kolleqaları şahiddir

Masallı rayon icra məmuru Bəhruz İbayev “Aliment” verməyən həmkəndlisini himayə edir – Nazirə muraciət olundu

Qubad İbadoğluna elektron qandal taxıldı – hərəkəti nəzarətə götürüldü

Zeynal Bayramlının alnına yazılmış Ucar Xəstəxanası niyə yoxlanılmır? – TƏBİB-in gücü çatmır, yoxsa…

ETSN Nərimanovun rəhbərliyinə SÖZ KEÇİRƏ BİLMİR? – GÖRÜNƏNİ BUDUR…

Elçin Tağıyev vəzifəyə təyin edildi - FOTOLAR

Azərbaycan Ordusu Tavuşa atəş açıb? – Ermənistan MN

Şəbnəm Tovuzlunun Hacısı: TENDER KRALI İMİŞ…

İcra başçıları arasında gizli rəqabət başladı – Görün nəyin davasını edirlər…

Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı – VİDEO

Əfv sərəncamı nə vaxt veriləcək, kimlərə şamil ediləcək? – AÇIQLAMA

FHN-nin idarə rəisi işçilərin məzuniyyət hüququnu pozub? – Elnar İmanov cərimələndi, narazı qaldı

Sumqayıt İcra Hakimiyyətində Gündüz Əliyevlə Adil Xudadatov arasında başlanan çəkişmənin GİZLİN SƏBƏBLƏRİ

Xırdalandakı bağça müdirinin şok səs yazısı – Müəllimləri niyə təhdid edir

Gəncə xəstəxanasının vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edildi

Zakir Fərəcov – Gündüz Əliyev cütlüyünün ağılasığmaz cinayət əməlləri – Prezidentə MÜDHİŞ faktlar

“Düz əyrini kəsir” – Görülən işlərə nəzər saldıqda…

Ermənistan müxalifətinin etirafı: Göyçə və Zəngəzurun bir hissəsi Azərbaycana qaytarılacaqmı? - VİDEO

Gürcüstanda vəziyyət təhlükəli fazaya keçir: naməlum şəxslər HÜCUMA KEÇDİLƏR

Gümrüdə Azərbaycanın hərbi bazası olsun – Ermənistanda şok iddia

İrəvan Almatıda Bakıya təslim olacaq – Ermənistanda nədən qorxurlar?

Abşeronda ANARXİYA və KORRUPSİYA… Sən saydığını say, gör Fərzəliyev nə sayır

Bütün xəbərlər