DYP-dən yük maşını sürücülərinin iradlarına CAVAB



Yük maşınlarının şəhərə girişi ilə bağlı müəyyən olunmuş saatlar çərçivəsində qadağalar nəqliyyatın sıxlığının aradan qaldırılmasına müsbət mənada töhfə verir. Əsas məsələ şəhər daxili yollarda avtomobillərin fasiləsiz hərəkətinin təmin edilməsidir.

Lakin bəzən minik avtomobillərinin sürücüləri iddia edirlər ki, axşam saatlarında da yük maşınları yolda hərəkət zolaqları üzrə mövcud tələbləri pozurlar. Hərəkət iştirakçıları yük maşınlarının öz zolaqları ilə hərəkət etməməsindən narazıdır.

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, bununla bağlı dövlət tərəfindən yollarda hərəkətin təhlükəsizliyi və fasiləsizliyinin təmin edilməsi üçün zəruri addımlar atılır:

"Yük maşınlarının günün müəyyən edilmiş saatlarında şəhərə girişi qadağan edilib. Misal üçün, yük maşını yolun hərəkət istiqamətində nasaz vəziyyətdə qaldıqda digər nəqliyyat vasitələrinə nisbətən onları yolun hərəkət istiqamətindən kənarlaşdırmaq, ümumiyyətlə ərazidən çıxarmaq çox çətin və zaman aparan prosesdir, əlavə olaraq yolların yüklənməsi baxımından da bu növ nəqliyyat vasitələri əhəmiyyətli dərəcədə rol oynayır. Bu baxımdan, Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının şəhərə daxil olan yük avtomobilləri üçün hərəkət qrafiki qaydaları qəbul edilib. Belə ki, çəkisi 8 tondan çox olan yük maşınlarına şəhərə giriş saat 22:00-dan 08:00-a qədər təyin edilib. Eyni zamanda yanacaqdaşıyan yük maşınlarına isə qadağa saat 00:00-dan 06:00-a qədər nəzərdə tutulub. Ümumiyyətlə yük avtomobillərinin yollarda gecə saatlarında hərəkət etmələri dünya praktikasında qəbuledilən məsələdir”.

A.Əsgərli yük maşınlarının sürücülərinin də digər hərəkət iştirakçılarından şikayətçi olduğunu deyib:

"Bizə yük maşınlarını idarə edən sürücülərdən də şikayətlər gəlir. Yük maşını idarə edən sürücülərin ən çox şikayəti nəhəng şirkətlərdən və mal tədarük edən firmalardandır. Məsələ budur ki, şirkətlər gecə saatlarında çalışan əməkdaşlar ayırmaqdan imtina etdikləri üçün yük maşını sürücüləri təhvil-təslim məsələsində çətinliklər yaşayırlar. Yük maşını idarəedən sürücülər deyirlər ki, dövlət tərəfindən nəqliyyat sistemində hərəkətin stabil tənzimlənməsi üçün verdiyi qərara hörmətlə yanaşırlar, lakin bu qərardan irəli gələn tələbləri çalışdıqları nəhəng şirkətlər, mal tədarük edən firmalar da nəzərə almalıdırlar. Aidiyyəti üzrə mal tədarükü həyata keçirən fiziki və hüquqi şəxslərin də qoyulan qaydalara əməl etmələri, xüsusilə bölgələrdən şəhərə gələn yük maşınları tərəfindən daşınan məhsulların təhvil-təslim prosesini müvafiq zamanda həyata keçirmələrini tövsiyə edirik”.

Son xəbərlər

Nöqsanlarına görə işdən çıxarılan şəxslər Kənd Təsərrüfatı Nazirliyində yüksək vəzifələrə gətirilir — FOTOLAR

“Kəpəz Hospital”-ın rəhbəri Mahir Aslanova heç kimin gücü çatmır

İki SAXTA Diplomla Beyləqan təhsil sektoruna rəhbər seçilən Elvin Abbasovu kim himayə edir? ARAŞDIRMA

GÖYÇAY PEŞƏ LİSEYİNDƏ RƏZALƏT və ya CADUGARLIQLA İDARƏ OLUNAN TƏHSİL OCAĞI… İDDİA/VİDEO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Şuşada “Xarıbülbül” musiqi festivalının ikinci günü nələrlə yadda qaldı?

Rayon xəstəxanalarında HƏYƏCAN TƏBİLİ: Həkim çatışmazlığı - VİDEO

Allah rəhmət eləsin!

Ağalarova məxsus "Krokus"un yerində Rusiya hökuməti nə tikəcək?

"WhatsApp"dan MÖHTƏŞƏM YENİLİK GƏLİR: kimsə xəbəriniz olmadan...

Güclü külək əsəcək, çaylardan sel keçəcək

İlham Məmmədov medianın onun haqqında yazdığı hər bir tənqidi pula çevirir… – “Sizə görə adım niyə hallanmalıdır ki?”

Bu, son 20 ilin ən güclüsüdür - Həkimlər xəbərdarlqı etdi

Prezident: Şuşa qəhrəmanlığın, zəfərin və sülhün rəmzidir

Bu, son 20 ilin ən güclüsüdür - Həkimlər xəbərdarlqı etdi

Sağlamlığa təhlükə yaradan marketinq gedişi: Qadınlar və uşaqlar arasında da yayılacaq

64 yaşlı direktor 2 aydı bir şagirdi məktəb üzünə həsrət qoyub 4-cü sinifdə oxuyan bacısına isə müavin şiddət göstərib FOTO/VİDEO

“Avroviziya-2024”ün ikinci yarımfinalı keçirildi - VİDEO

Orqanlarda qanaxmaya səbəb olan virusun məskəni tapıldı

Bu gün Ümummilli lider Heydər Əliyevin doğum günüdür

ƏDV qəbzləri ölüm saçır: mütəxəssisdən XƏBƏRDARLIQ - VİDEO

Ümummilli lider Heydər Əliyevin doğum günüdür

İsa Qəmbər mandat bazarlığına gedib? – Müsavatdan iddialara CAVAB

Qusarda “yaşıl soyqrım”ın xeyir-duasını Baş Nazir verib – İDDİA

Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru idarədə “at oynadır”

Qida təhlükəsizliyimizdən OĞURLANAN MİLYONLAR… – “ƏMİN” ƏLLƏRDƏDİR…

Elm və Təhsil Nazirliyinin müsabiqəsiz milyonluq satınalmaları – İLGİNC FAKTLAR

Sərhəddə dağ silsiləsi ordumuzun nəzarətinə keçdi - Ermənilər geri çəkilir

Paşinyan xəbərdarlıq etmişdi - Sarkisyan ölkədən "qaçdı"

Rus sərhədçilər Ermənistanı tərk edir - Putin və Paşinyan razılaşdı

9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur

Kapital Bank hər kəsə 200 AZN verir? - Açıqlama

İşçinin pulunu kəsib rəislərin maaşın artırdılar” – ETİRAZ VAR…

Bütün xəbərlər