"Formula 1" ilə əlaqədar Bakıda bağlanacaq küçə və prospektlər hansılardır? - SİYAHI

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi "Formula 1" Azərbaycan Qran Prisi ilə əlaqədar Bakı şəhəri ərazisində bağlanacaq və istiqaməti dəyişdiriləcək küçə və prospektlər barədə məlumat yayıb.

İdarənin İctimai qurumlarla iş şöbəsinin rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev “Kanal1.az”-a açıqlamasında bildirib ki, 31 may tarixindən 8 iyun tarixinədək "Formula 1" Azərbaycan Qran Prisi ilə əlaqədar keçiriləcək tədbirdə Bakı şəhəri ərazisində yol hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə bağlanan və istiqaməti dəyişdirilən küçə və prospektlər barədə bir daha qeyd edib ki, F1 Bakı Halqası istiqamətində Kövkəb Səfərəliyeva, Rixard Zorqe, Puşkin, Bülbül, Səməd Vurğun, Teymur Elçin, Mehdi Hüseyn, Lermontov, Azərbaycan, Mikayıl Useynov, Zərgər Palan, Murtuza Muxtarov, Şeyx Şamil, Afiyəddin Cəlilov, Yusif Səfərov adına küçə və prospektlərdə avtomobillərin hərəkət istiqaməti dəyişdirilir;

- Bakı Zığ yolu - 8 Noyabr prospektilə hərəkət edənlər Nəcəfqulu Rəfiyev və Babək prospektləri vasitəsilə 10-cu Zavod Dairəsindən keçərək Gənclik metrosu istiqamətinə;

- Hava limanından Heydər Əliyev prospekti ilə gələnlər Koroğlu metrostansiyasından keçməklə mərkəzə doğru Nərimanov rayonu ərazisindən, həmçinin Dərnəgül yolu ilə hərəkət edə bilərlər.

- Afiyəddin Cəlilov - Mehdi Mehdizadə küçələri ilə Yusif Səfərov küçəsinin kəsişməsindən hərəkət sağa, 28 may və ya 10-cu Zavod Dairəsi istiqamətinə;

- 20-ci sahə, Bayıl qəsəbəsi və Bayraq Meydanı yanından hərəkət edənlər Mikayıl Useynov küçəsilə Bayıl qəsəbəsinin daxili yolları ilə hərəkətlərini Neftçi Qurban və Xanlar küçəsi istiqaməti üzrə Parlament prospektinə doğru davam edə bilərlər.

- Bakı-Salyan-Ələt yolundan isə hərəkət Lökbatan dairəsindən 3-cü kənar dairəvi yolla Yasamal rayonu ərazisindən keçməklə;



- Mehdi Hüseyn - Teymur Elçin küçələrindən hərəkət Şeyx Şamil küçəsi ilə kəsişmədən Lermontov küçəsinə hərəkətin əksinə və M.Axundov parkı ərazisi ilə hərəkət edən avtomobillərin Əhməd Cavad küçəsində əksinə hərəkəti nəzərdə tutulur.

- Ü.Hacıbəyov küçəsinin kəsişməsindən Füzuli küçəsinin kəsişməsinədək Səməd Vurğun küçəsində iki istiqamətli hərəkət müəyyənləşdirilmişdir.

Yük avtomobillərinin sürücülərindən, onların hərəkətlərini tənzimləyən hüquqi və fiziki şəxslərdən paytaxtın mərkəzi istiqamətinə səfərlərini məhdudlaşdırmaqla alternativ yollardan istifadə etməyi, eləcə də bütün sürücülərdən DYP əməkdaşlarının tədbir keçirilən ərazilərdə nizamlayıcı qismində verdiyi işarələrə düzgün əməl etmələri xahiş olunur.

Bununla yanaşı, bölgələrdən paytaxta gəlmək istəyən, o cümlədən şəhərdə şəxsi nəqliyyat vasitələri ilə hərəkət edən vətəndaşlarımıza yollarda sıxlıqların yaranmaması üçün, həmçinin mərkəzi küçə və prospektlərdə parklama imkanlarının azaldığını nəzərə alıb, ictimai nəqliyyata üstünlük vermələri tövsiyə edilir.

Son xəbərlər

AÇIQLAMA

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Yeni pandemiyaya bu viruslar səbəb ola bilər - ARAŞDIRMA

Ukraynanın daha iki yaşayış məntəqəsi İŞĞAL OLUNDU

Gürcüstanın avtomobil bazarında böhran: Azərbaycana təsir edəcək?

31 dərəcə isti olub - FAKTİKİ HAVA

ŞƏHİD ADINA EDİLƏN HÖRMƏTSİZLİK DÖVLƏTƏ EDİLƏN XƏYANƏTDİR

Dörd kənd necə qaytarıldı? - İlham Əliyevin qələbə strategiyasının DETALLARI

4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi

Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar

Görünməmiş istilər: 200 ildən bir baş verən fəlakət...

NASA: “2024-cü ildə insanlar nadir kosmik fenomenin şahidi olacaqlar”

Bütün xəbərlər