Hadisə / Manşet
26.03.2021, 20:42
Qaya parçası Quba-Xınalıq yoluna düşdü
Bu gün Quba-Xınalıq avtomobil yolunun 53-cü km-də iri qaya parçası dağdan qoparaq yolun hərəkət hissəsinə düşüb. Nəticədə yolda avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz şəkildə hərəkətində problem yaranıb.
"Kanal1.az" xəbər verir ki, bu barədə zərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatında deyilir.
Qeyd olunub ki, dərhal hadisə yerinə texnikalar və canlı qüvvə cəlb edilib. İri qaya parçası qısa müddət ərzində xüsüsi texnika ilə yolun hərəkət hissəsindən kənarlaşdırılıb və sözügedən yol ilə rahat və təhlükəsiz hərəkət təmin olunub.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay