Azərbaycan və Ermənistan 2020-ci ildəki müharibədən sonra əlaqələrini bərpa etməyə çalışırlar.

Rusiyanın Ukraynaya müdaxiləsindən sonra bu proses bir qədər də sürətlənib. Azərbaycan və Ermənistan liderləri artıq bir neçə dəfə Rusiya və Avropada görüşüblər. Əliyev-Paşinyan təmasları ya Brüssel, ya da Rusiyanın vasitəçiliyi ilə baş tutub.

Bəs görəsən, yaxın qonşular olan Azərbaycanla Ermənistan vasitəçi olmadan, birbaşa danışa bilərlərmi?

Azərbaycan cəmiyyəti bu məsələdə dövlətə və Prezident İlham Əliyevə tam etimad göstərir. Hələ indiyə kimi azərbaycanlılar buna qarşı çıxmayıb. Amma Ermənistan cəmiyyəti buna hazırdırmı? Bu suala birmənalı cavab vermək olmur. Nikol Paşinyan hər dəfə İlham Əliyevlə görüşə gedəndə Ermənistanda etiraz aksiyaları keçirilir. Düzdür, bu aksiyaların kənar güclərin təsiri ilə baş tutduğu iddiaları var. Amma bəzi ermənilər özləri də sülhə qarsıdılar. 44 günlük müharibədən aldıqları dərs onlara bəs etməyib sanki. Azərbaycanla sülh avtomatik olaraq Türkiyə ilə də sərhədin açılması, diplomatik əlaqələrin bərpası demək olacaq. Bu da Ermənistanın inkişafı, böhrandan çıxış yoludur. Bəs o zaman ermənilər niyə öz gələcəklərinə və yaxşı günlərinə qarşı çıxırlar? Paşinyan ölkəsini sülhə daşıya biləcəkmi? 10 noyabr 2020-ci ildən üzü bəri sülhlə bağlı gedən proseslər, danışıqlar, görüşlər nə ilə yekunlaşacaq?

Əksər ekspertlər deyirlər ki, Bakı ilə İrəvan arasında intensiv və birbaşa danışıqlar aparılmayınca, Ermənistan və Azərbaycan arasında sülh olmayacaq. Bəs iki ölkə arasında birbaşa təmaslarda Qərb və Rusiya maraqlıdırmı? Yoxsa Moskva və Brüssel istəyirlər danışıqlar onların patronajlığı ilə keçirilsin? Dia.az-ın məlumatına görə, politoloq Anar Əliyev "Yeni Müsavat”a bildirdi ki, Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi ilə bağlı bir neçə beynəlxalq güc mərkəzləri müxtəlif platformalar üzərindən iştirak edir və sülh münasibətlərinin formalaşmasına çalışırlar: "Bu istiqamətdə xüsusilə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Brüssel formatını və Ermənistanla Azərbaycan arasında 2020-ci 10 noyabrdan sonrakı dövrdə bir sıra sənədlərin imzalanmasında, görüşlərin reallaşmasında rol oynamış Rusiya prezidenti Putinin vasitəçiliyi ilə Moskva platformasını qeyd etmək lazımdır. Eyni zamanda Türkiyə platforması da mühüm faktordur. 2020-ci il Vətən müharibəsindən keçən dövr ərzində Türkiyənin regionda iştirakı məhz bölgədə əldə olunmuş kövrək sülhün qorunub saxlanmasına və bölgədə nizamlayıcı faktor rolunda çıxış etməsinə səbəb olub. Hesab edirəm ki, Türkiyə dövlətinin Cənubi Qafqaz siyasəti Ermənistanla Azərbaycan arasında və nəticə etibarilə Ermənistanla Türkiyə arasında münasibətlərin tənzimlənməsi, sonuc olaraq davamlı sülhün əldə olunmasına gətirib çıxara bilər. Bu mənada hesab edirəm ki, qeyd etdiyimiz üç platforma çox mühüm rola malikdir”.

Ekspertin sözlərinə görə, amma bu platformalar mahiyyət etibarilə, xüsusilə də Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsinin istiqamətləri və formalarına görə bir-birindən fərqlənir: "Hansı fərqlər mövcuddur? Rəsmi Kremlin vasitəçiliyi ilə həyata keçirilən platforma birmənalı şəkildə Ermənistanla Azərbaycan arasında birbaşa münasibətlərin qurulması və münasibətlərin tənzimlənməsində ikitərəfli formatın işə düşməsini istisna edir. İndiyə qədər atılan addımlar onu göstərir ki, rəsmi Kreml bütün mümkün variantlardan istifadə etməklə Ermənistan hakimiyyətinə təsir göstərmək və nəticə etibarilə Azərbaycan hakimiyyəti ilə birbaşa ünsiyyətə meylli olan mövcud Ermənistan hakimiyyətini təzyiq altında saxlamaqla bu cəhdlərdən uzaqlaşdırmağa çalışır. Rusiya Ermənistanla Azərbaycan arasında münasibətlərin o həddə qədər yaxşılaşmasında maraqlıdır ki, hər zaman Rusiyaya ehtiyac yaransın. Moskva Ermənistanla Azərbaycan arasında münasibətlərin sona qədər normallaşmasını istəmir. Kreml daim iki cəmiyyət arasında münaqişə ocağının qalmasında maraqlıdır ki, istənilən an bu imkanlardan istifadə edə bilsin.

İkinci format Brüssel formatıdır. Bu format keçirilən üç mühüm görüşlə hər iki cəmiyyətdə, xüsusilə Azərbaycan cəmiyyətində hələ ki ciddi etimad formalaşdıra bilib. Xüsusilə nəzərə alsaq ki, bu formatda Ermənistanla Azərbaycan arasında birbaşa ünsiyyətin qurulması da mühüm yer tutur və bu formatın əsas uğurlu cəhəti qısa müddət ərzində Ermənistanla Azərbaycan arasında münasibətlərin bir çox istiqamətlərdə qurulmasını özündə əhatə etməsidir. Amma hesab edirəm ki, Qərb dairələrinin əsas ümid bəslədikləri - yəni Cənubi Qafqazdan Rusiyanın sıxışdırılmasına xidmət eləyəcək bu platforma heç də Azərbaycanla Ermənistan arasında münasibətlərin tam şəkildə həll edilməsini hədəfləməyib. Çünki bu plaformanın formalaşmasında maraqlı olan qüvvələr də Cənubi Qafqazda münasibətlərin tənzimlənməsində o həddə maraqlıdır ki, artıq Rusiyaya ehtiyac aradan qalxsın, lakin Qərbə ehtiyac aradan qalxmış olmasın. Çünki Ermənistanla Azərbaycan arasında münasibətlər tam normallaşarsa, qurularsa, Türkiyə faktoru, üçüncü platforma tərəflər üçün daha cəlbedici görünəcək. Bu isə kollektiv Qərb üçün Rusiyanın Qafqazda iştirakçılığı qədər təhlükəli ssenarilərdən biri kimi qiymətləndirilir. Türkiyənin Cənubi Qafqazda rolunun artması ABŞ və müttəfiqlərinin bu bölgədə maraqlarının təmin olunmasını müəyyən qədər sual altında qoyur".

A.Əliyev vurğuladı ki, bütün bunları təhlil etdikdə Cənubi Qafqazda münasibətlərin tənzimlənməsində başlıca məsuliyyətin tərəflərin, yəni Azərbaycanla Ermənistanın üzərinə düşdüyü mənzərəsi yaranır: "Bu mənada Ermənistanla Azərbaycan arasında birbaşa ünsiyyətin qurulması və münasibətlərin tənzimlənməsi Cənubi Qafqazda əldə olunmuş kövrək sülhün möhkəmliliyinin və davamlılığının təmin olunmasında başlıca faktor rolunda çıxış edə bilər”.

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər