Ukraynalı ekspert: “Rusiya ordusunun ciddi hücum əməliyyatları keçirmək gücü yoxdur”
"Rusiya ordusunun hazırda ciddi hücum əməliyyatları keçirmək üçün gücü yoxdur”.

Bunu "Report”a açıqlamasında ukraynalı politoloq Yuri Rayxel deyib.


O bildirib ki, Rusiya və Belarusun regional qruplaşması bu gün Ukrayna üçün real təhlükə yarada bilməz:

"Yaxın perspektivdə Belarus tərəfdən hücum ehtimalı azdır, çünki Rusiyanın oradakı qüvvələri kifayət qədər deyil. Belarus ordusunun döyüş qabiliyyəti çox aşağıdır, üstəlik, biz Belarus və Rusiya hərbçiləri arasında böyük ziddiyyətlərin və hətta etnik zəmində toqquşmaların şahidi oluruq. Buna görə də qondarma vahid qruplaşma hazırda Ukrayna və onun şimal regionları üçün real təhlükə yarada bilməz”.

Ekspert bununla yanaşı, uzunmüddətli perspektivdə belə bir təhlükənin yaranacağını istisna etməyib: 

"Bu, Rusiya qoşunlarının Belarusa göndərilməsi ilə baş verə bilər. Amma burada biz topoqrafik amili də nəzərə almalıyıq. Belə ki, Ukrayna-Belarus sərhədi ağır texnika üçün keçilməz olan Pripyat bataqlıqlarından keçir”.

"Rusiya ordusunun hazırda ciddi hücum əməliyyatları keçirmək üçün gücü yoxdur, çünki Rusiya ordusu, təxminən, 93 min itki verib. Bura ölənlər, itkin düşənlər, xəstəxanalarda ölənlər və aldıqları yaralara görə döyüşmək iqtidarında olmayanlar daxildir. Yəni Rusiyanın nizami ordusu sıradan çıxraılıb”, - ekspert vurğulayıb.

Onun sözlərinə görə, indi bunu "qismən səfərbərlik”lə əvəz etmək lazımdır və Rusiya ordusunun cəbhə boyunca növbəti hücum cəhdini yazda gözləmək olar:

"Rusiyanın tam döyüş qabiliyyətini itirdiyini söyləmək olmaz, onların kifayət qədər insan potensialı var. Rusiya lokal səviyyəli əməliyyatlarda məğlubiyyətdən açıq-aşkar qorxur. Hərbi yox, siyasi problemləri həll etmək, rəsmi Kiyevi danışıqlara məcbur etmək üçün Ukraynanın arxa cəbhəsi atəşə tutulur. Doğrudur, bu atəşlərin təsiri rəsmi Moskvanın gözlədiyi kimi olmadı”.

Y.Reyxel Ukraynanın hava hücumundan müdafiə qüvvələrinin Qərbin təchizatları hesabına əhəmiyyətli dərəcədə gücləndirildiyini diqqətə çatdırıb.

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər