11:57 / 26-06-2022
Putin təcili Kremlə gəldi
Ukrayna ordusu intensiv əks-hücuma HAZIRLAŞIR

 

 

Ukrayna Silahlı Qüvvələri yaxın vaxtlarda intensiv əks-hücuma başlayacaq.

 

Kanal1.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak deyib.

 

"Yaxın vaxtlarda kifayət qədər silah alacağıq. Bizim tərəfdən daha intensiv əks-hücum başlayan kimi bunu görəcəksiniz. Bu gün ayrıca əks-hücumlarımız var. Ehtiyacımız olan hər şeyi əldə edən kimi gücləndiriləcək. Silahlı qüvvələr, nəhayət, Rusiya Federasiyasına "ikinci ordunun” planetin başqa coğrafi nöqtəsində yerləşdiyini sübut edə biləcək”, - Ukrayna rəsmisi bildirib.

 

Podolyakın sözlərinə görə, Ukrayna tərəfdaşlarından yeni silahlar almağa başlayıb.


Tarix: 4-06-2022, 12:15


Bölməyə aid digər xəbərlər