Atəşkəs pozuldu - 5 hərbçi həlak oldu

2018-ci ildə Kiyevin nəzarətinə qaytardığı bu mövqe verilirsə, müharibədə Ukraynanın yaxın şəhərləri ciddi təhlükə altına düşə bilər; Leonid Kravçuk: “Biz bilməliyik ki, Rusiya öz “fəlsəfəsində” qalır - Ukraynanı məhv etmək...”

"Kanal1.az" xəbər verir ki, Donbasda atəşkəs razılaşmasına baxmayaraq, mövqe döyüşləri davam edir. Bu gün separatçı qüvvələrin atdığı mərmi nəticəsində Ukrayna Birləşmiş Ordusunun 5 hərbçisi həlak olub, iki nəfər isə ağır yaralanıb. Məlumatı Ukrayna Birləşmiş Ordu Qərargahından təsdiq ediblər.

Hərbçilər Donetsk bölgəsinin Şumı kəndi yaxınlığında minaatanlardan atəşə tutulması nəticəsində həlak olublar. Separatçılar Minsk razılaşmaları ilə qadağan olunmuş ağır pulemyotlardan, 82 mm minaatanlardan və avtomatik qumbaraatanlardan atəş açıblar.

Ekspertlərin fikrincə, separatçıların bu strateji yeri hədəf almaları təsadüfi deyil. Ukrayna ordusu burada mövqelərini ciddi şəkildə möhkəmləndirdikdən sonra Rusiyanın dəstək verdiyi separatçılar buradakı hərbi birliklərin hazırlığını yoxlamaq üçün son günlər müntəzəm atəşə tuturlar. Bildirilir ki, bura hər iki tərəf üçün mühüm məntəqədir. Müharibə başlayarsa, Rusiya öncə buranı tutmağı hədəfləyir və bu, ehtimal yüksəkdir. 2018-ci ildə Kiyevin nəzarətinə qaytardığı bu mövqe verilirsə, Ukraynanın yaxın şəhərləri ciddi təhlükə altına düşə bilər (Azərbaycanın strateji Şuşa şəhəri yada düşür-red).

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb ki, Rusiya ərazisindən Donbasa gizli şəkildə hərbçilərin keçməsi məlum olub. Rusiya hərbçiləri xüsusən də Ukrayna ilə sərhəd bölgələrdə separatçıların əməliyyat və döyüş hazırlığını yoxlayırlar. Eyni zamanda, "təlimlər" adı altında qondarma “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Resublikası”nın birinci və ikinci ordu korpusunu möhkəmləndirilir.

Üçtərəfli Minsk danışıqlarında Ukrayna nümayəndə heyətinin rəhbəri Leonid Kravçuk Şumı bölgəsindəki vəziyyətin pisləşməsindən sonra “Rusiyanın hücumuna hazır olmaq lazımdır” deyib. "Ukrayna hər dəqiqə Rusiyaya cavab verməyə hazır olmalıdır. Biz bilməliyik ki, Rusiya dayanmayacaq. Çünki Rusiya öz “fəlsəfəsində” qalır - Ukraynanı məhv etmək ... Ukrayna dövlət olaraq mövcud olmamalıdır - bu Rusiya dövlət başçısı Vladimir Putinin mövqeyidir ”deyə, Kravçuk bildirib.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov “Radio NV”yə müsahibəsində deyib ki, Ukrayna ordusuna qarşı duran tankları dizellə Ali Radanın rusiyayönümlü deputatı, biznesmen Viktor Medvedçukun həyat yoldaşı Oksana Marçenkoya məxsus zavod təmin edir. O deyib ki, həmin zavod Rusiyanın nəzarətində olan Ukrayna sərhədindən yerləşir.

Ekspertlərin iddiasına görə, “DXR” və “LXR”in milis birləşmələri əsasında yaradılan iki ordu korpusu var. İki ordu korpusu yeddi motoatıcı briqadadan, doqquz ayrı-ayrı ərazi-müdafiə taborundan və üç ayrı alaydan ibarətdir.Hər korpusda iki ayrı tank taboru və bir topçu briqadası var. Bu qüvvələrdən əlavə olaraq, “DXR” və “LXR”in ayrıca xüsusi təyinatlı taborları da fəaliyyət göstərir. “DXR” qoşunları təxminən 20 min nəfərdir. Luqansk separatçılarının canlı qüvvəsi isə 15 min nəfərdir. İki separatçı “respublikada” tankların ümumi sayı 340-dır. “DXR”-in 1-ci korpusunda 100 özüyeriyən artilleriya qurğusu (ACS), 80 reaktiv-raket sistemləri(MLRS) və 155 yedəkli atıcı artilleriya var. “LXR”in ikinci korpusunda isə 70 özüyeriyən artilleriya qurğusu, 70 reaktiv-raket sistemi, 100 qobubitsa və top var.

Yüngül zirehli texnika və digər silahların sayını da nəzərə alaraq ekspertlər deyir ki, separatçılar Ukrayna qoşunlarının hücumlarının qarşısını bir müddət saxlaya bilər.

Son xəbərlər

Havalar istiləşən kimi bu xəstəliklər yayılacaq - XƏBƏRDARLIQ

Son 20 ilin ən böyük XƏBƏRDARLIĞI - Martın 29-dək...

F-16-lar Rusiyaya qarşı istifadə edilsə, onlar qanuni hədəfə çevriləcək - Putin Qərbi hədələdi

Aprelin 5-nə diqqət: Erməni revanşizmini körükləyən Qərb qanlı planı işə salır

İki il sonra ilk dəfə: Xarkova hava bombası ilə zərbə endirildi

Daha 27 şəhid ailəsi üzvü Naxçıvandan Şuşaya yola düşüb

D vitamini almaq üçün Günəşin altında nə qədər qalmalıyıq?

Tikinti materialları bazarında SON VƏZİYYƏT: Hansı məhsullar UCUZLAŞDI?

Ermənistan “Crocus”da törədilən terror aktını pisləməyib

Qanunsuz evlər yaxın vaxtlarda sənədləşdiriləcək? - AÇIQLAMA

Müəllim sənəti müqəddəs sənətdir

GƏNCƏ ŞƏHƏR SABİR KÜÇƏSİNDƏKİ MƏHŞUR BAXICI NATAŞA XANIMA KİMLƏR HİMAYƏDARLIQ EDİR VƏ AİDİYYATI QURUMLAR HARA BAXIR?

Hərbi xidmət yaşı artırılmalıdır? – Polkovnik və psixoloqdan TƏZADLI YANAŞMA

Sonra da deyirsiiniz ki, turistlər niyə gəlmir… – HARA VƏ NİYƏ GƏLSİNLƏR Kİ?..

Lənkəranın icra başçısını bu səbəbdən öldürmək istəyiblər – İlham İsmayıl ŞOK detalları açıqladı

Elnur Rzayevin rayondan ümumiyyətlə, xəbəri yoxdur…” Belə başçı olar?- GİLEY

Şərlənərək həbs edildiyi iddia olunan şəxsin anası ölkə başçısına müraciət etdi-Şikayət

“WhatsApp”dan videolarla bağlı YENİLİK

Kremldən Ermənistan etirafı: Təəssüf ki...

Azərbaycan 4 kəndi götürəcək və İrəvana... - Paşinyanın qapalı görüşdəki etirafı yayıldı

Paşinyan: “Ermənistan KTMT-də iştirakını dondurub”

Sabah 17 dərəcə isti olacaq - HAVA PROQNOZU

Şəmkir rayon Düyərli Tibb Ailə Sağlamlıq Mərkəzinin həkimi Nizami həkim öz peşəsini vicdan və ləyaqətlə icra edir

Mən dünyada müəllimdən yüksək ad tanımıram!

Tələbələr belə hallarda universitetdən xaric ediləcəklər

Moskva terrorunun təşkilatçıları bu ölkədə də qətliam planlaşdırıbmışlar - ŞOK DETALLAR

ÜST havadakı çirklənmənin və insanların vaxtsız ölümünün üstünü açdı

DTX-dən əməliyyat: Azərbaycanda teraktlar planlaşdıran şəxs tutuldu

Moskva terrorunda ittiham olunanları hansı cəza gözləyir?

Əhaliyə xəbərdarlıq - Martın 26-da...

Türkiyə Qəzzaya ən çox yardım edən ikinci ölkədir

Günəşdə partlayış: güclü maqnit qasırğası gözlənilir

Ukrayna Moskvadakı hücumla bağlı ittihamları RƏDD ETDİ

Bütün xəbərlər