Zaxarova: Aİ, ATƏT, Fransa adı altında Qərb emissarlarının Ermənistana səfərləri artıb



Biz Qərbin Ukraynada işlənmiş qarşıdurma sxemlərini açıq-aydın ötürməyə çalışdığı Cənubi Qafqazda güclənən həyəcanverici tendensiyalardan narahat olmaya bilmərik.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiya Xarici işlər Nazirliyinin saytında Mariya Zaxarovanın adından yayılan bəyanatda bildirilib.

"Qardaş Ermənistanın görünməmiş xarici təzyiqlərə məruz qaldığını görürük. Ölkələrimiz və xalqlarımız arasında çoxəsrlik əlaqələrə xələl gətirmək və Rusiyanın regiondakı siyasətini gözdən salmaq üçün addımlar atılır. Vaşinqton və Brüsselin göstərişi ilə fəaliyyət göstərən çoxsaylı fondlar, QHT-lər və media cəmiyyətdə anti-Rusiya əhval-ruhiyyəsi yaratmağa çalışır.

Biz əminik ki, xarici qüvvələrin Moskva ilə İrəvan arasında çəkişmə yaratmaq cəhdləri uğurlu olmayacaq. Biz Ermənistanla strateji müttəfiqliyi və çoxşaxəli əməkdaşlığı gücləndirmək əzmindəyik. Bu da bizə hazırkı çağırışların öhdəsindən birgə gəlməyə imkan verəcək. Biz hərbi-siyasi və hərbi-texniki xətlər üzrə dialoqu inkişaf etdiririk", - deyə Rusiya XİN rəsmisi vurğulayıb.

Zaxarova qeyd edib ki, Qərbin təntənəsiz və həyasız yanaşmasını Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlı da müşahidə etmək olar: "Problemin nə regional spesifikliyi, nə də xüsusi həssaslığı nəzərə alınmır. Vaşinqton və Brüsselin əsl məqsədləri heç də kompromis və balanslaşdırılmış həll yollarının inkişafı deyil, özünü reklam etmək və Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaqdır.

Bizim üçtərəfli işlərimiz mənimsənilir və təhrif edilir. Avropa İttifaqı, ATƏT, Fransa adı altında Qərb emissarlarının Ermənistana gəlişləri artıb. Bütün region əhalisinin maraqlarını nəzərə almayan tələsik təşəbbüslər irəli sürülür. Bu, Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 9 noyabr 2020-ci il tarixli saziş əsasında çətin şəraitdə əldə edilmiş balansın pozulmasına gətirib çıxara bilər".

Rusiyalı diplomat paralel olaraq Moskvanın güya Ermənistan qarşısında təhlükəsizlik öhdəliklərini yerinə yetirməməsi ilə bağlı əsassız ittihamların yayıldığını xatırladıb: "Bu xüsusda xatırlatmaq istərdik ki, məhz bizim ölkə 2020-ci ilin noyabrında müharibəni dayandırmış, regiona sülh və sabitlik gətirən sülhməramlılar göndərmiş və bu günə kimi Bakı ilə İrəvan arasında silahlı insidentlərin həllinə həlledici töhfələr verir. Xarici qüvvələrin Rusiya sülhməramlı kontingentinin çıxarılmasına nail olmaq cəhdləri məhz Cənubi Qafqazda sabitliyi pozmağa yönəlib".

Son xəbərlər

ETSN Nərimanovun rəhbərliyinə SÖZ KEÇİRƏ BİLMİR? – GÖRÜNƏNİ BUDUR…

Elçin Tağıyev vəzifəyə təyin edildi - FOTOLAR

Azərbaycan Ordusu Tavuşa atəş açıb? – Ermənistan MN

Şəbnəm Tovuzlunun Hacısı: TENDER KRALI İMİŞ…

İcra başçıları arasında gizli rəqabət başladı – Görün nəyin davasını edirlər…

Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı – VİDEO

Əfv sərəncamı nə vaxt veriləcək, kimlərə şamil ediləcək? – AÇIQLAMA

FHN-nin idarə rəisi işçilərin məzuniyyət hüququnu pozub? – Elnar İmanov cərimələndi, narazı qaldı

Sumqayıt İcra Hakimiyyətində Gündüz Əliyevlə Adil Xudadatov arasında başlanan çəkişmənin GİZLİN SƏBƏBLƏRİ

Xırdalandakı bağça müdirinin şok səs yazısı – Müəllimləri niyə təhdid edir

Gəncə xəstəxanasının vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edildi

Zakir Fərəcov – Gündüz Əliyev cütlüyünün ağılasığmaz cinayət əməlləri – Prezidentə MÜDHİŞ faktlar

“Düz əyrini kəsir” – Görülən işlərə nəzər saldıqda…

Ermənistan müxalifətinin etirafı: Göyçə və Zəngəzurun bir hissəsi Azərbaycana qaytarılacaqmı? - VİDEO

Gürcüstanda vəziyyət təhlükəli fazaya keçir: naməlum şəxslər HÜCUMA KEÇDİLƏR

Gümrüdə Azərbaycanın hərbi bazası olsun – Ermənistanda şok iddia

İrəvan Almatıda Bakıya təslim olacaq – Ermənistanda nədən qorxurlar?

Abşeronda ANARXİYA və KORRUPSİYA… Sən saydığını say, gör Fərzəliyev nə sayır

Yevlaxın YARITMAZ BAŞÇISI Dövlət vəsaitini talayır- BU NƏDİ BELƏ?!

Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:vəzifə təyinatları, aylıq paketlər və s.

Qazaxda BİABIRÇILIQ: 3 min illik Tarixi abidə sökülüb üzərində obyekt tikilir

Xəqani Bəşirlinin ümidinə qalan KADR SİYASƏTİ… – “Bu adam ən böyük sehrbazdır…”

İbarhim Nehrəmlinin Qəbələdə törətdiyi ekoloji terrordan Muxtar Babayevin xəbəri varmı

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

“VEYSƏLOĞLU” Aydın Talıbov, bu dünyanı oyuncaqmı bilirsən?- Mansur Məmmədov

Milyonçu Adnan Əhmədzadənin “Rahat market”i işçiləri qula çevirib

İcra başçısının qohumu həbs edildi.Növbə Başçıya da çatacaq…

Xəbərdarlıq: Yer kürəsini bürüyən “qırmızı” maqnit qasırğasının 5 FƏSADI

İlham Əliyev bu qanunu təsdiqlədi

Qız oğlana, oğlan qıza bənzəyir: Azərbaycanı bürüyən bəlanın qarşısı necə alınmalıdır?

İndi biz sülhə doğru gedirik - İlham Əliyev

Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi - İlham Əliyev

Türkiyə Ermənistanla sülh istəmir: 4 kəndin Azərbaycana qaytarılması İranda necə qarşılanıb?

Bütün xəbərlər