Goranboyun icra başçısının MARAĞI NƏDİR Kİ?.. - TOTAL NARAZILIQ
 
Goranboy rayonu Səfikürd kəndinin Qaş məhəlləsi sakinlərinin ölkə rəhbərliyinə kollektiv müraciəti ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Bizim yaşadığımız Goranboy rayonu Səfikürd kəndi Qaş məhəlləsi uzun illərdir ki, susuzluqdan, xüsusən də suvarma suyu çatışmamazlığından əziyyət çəkir. Həyətyanı, pay və əkin torpaqlarımızı suvarmağa su tapa bilmirik, məhlələrimizdə meyvə ağaclarımız quruyub, əkinlərimizdə taxılımız batıb. Ulu Öndərimizin bizlərə hədiyyə etdiyi pay torpaqlarımızı susuzluqdan becərə bilmirik.
Siz, hər il rayonumuza onlarla subartezian quyularının qazılması üçün Sərəncamlar imzalayırsız. Amma Sizin Sərəncamlarınız və dövlət vəsaiti hesabına qazılan həmin quyuları rayonumuzda İcra Başçısı və əlaltıları satır. Melorasiya və Su Təsərrüfatı ASC-dən gələn siyahını Başçı senzuradan keçirir və pul aldığı adamın adını təsdiqləyir, qalanlarını isə silir-təsdiqləmir.(hamıya açıqca məlumdur ki, hər quyunun qiyməti 12-15 min manatdır.)
Bildiririk ki, biz də 2 il əvvəl kollektiv müraciət etmişdik və Meliorasiya və Su Təsərrüfatı ASC-dən nümayəndələr gəlib yerində baxış keçirdilər və 1 ədəd subartezian quyusunun qazılması üçün yer müəyyən edildi, kordinatı vuruldu, qeydiyyata alındı. 2021-ci ilin sentyabr ayında həmin məsul yoldaşlar bizə zəng vuraraq bildirdilər ki, rayonunuza 5 quyu təyin olunub və o quyunun da biri sizin məhəllədə qazılacaq-adınız siyahıda rayon İcra Hakimiyyətinə və yerli idarəmizə göndərilib. Biz də rayon Suvarma Sistemləri idarəsindən maraqlandıq, dedilər ki, düzdü, adınız var və 2022-ci ilin yazında aprel-may aylarında qazılacaq.
Ancaq bu yaz keçdi və gəlib qazmadılar. ASC-nə zəng vurduq dedilər ki, biz sizin adınızı qeydiyyata salıb göndərmişdik və quyu qazılmalıydı, yəqin rayondan siliblər. Biz də rayon Suvarma Sistemləri idarəsinə zəng vurduq və bizə ordan məsul şəxs dedi ki, 2021-ci ilin payızında gələn 5 quyunun içərisində sizin də adınız vardı və Başçı sizin adınızı təsdiqləmədi, ona görə də sizə nəzərdə tutlmuş quyunu başqasına verdilər. Bu il üçün isə 31 quyu göndərilib və burada da rayon İcra Hakimiyyəti adınızı salmayıb. Hətta bununla bağlı, Meliorasiya və Su Təsərrüfatı ASC-dən (sədr müavini Z.Quliyevin imzası ilə) bizə göndərilən 05.08.2022-ci il tarixli rəsmi məktubda da qeyd edilir ki, "2021-ci ilinn sentyabr ayında Səfikürd sakini Hüseynov Nahid Fazil oğlunun yaşayış evinin yanında 1 ədəd subartezian quyusunun qazılması ASC tərəfindən təsdiq edilərək rayon İcra Hakimiyyətinə göndərilmiş, lakin Başçı təsdiq etməmiş və həmin quyunu siyahıdan çıxarmışdır. ( həmin məktubun surətini də əlavə edirik.)
Əziz Prezidentimiz.
Gördüyünüz kimi, Goranboyda İcra Başçısı Sizin biz vətəndaşlara verdiyiniz suyu-subartezian quyularını özü kimə istəyir satır-Yezidlik edir. Sizin Sərəncamınızdan sui istifadə edib pul qazanır, rüşvət yığır, korrupsiya ilə məşğul olur. Bu başçının marağı nədir ki, Sizin kasıblara, dinc əhaliyə hədiyyə etdiyiniz, dövlətin büdcəsi hesabına qazılan və adımıza qeyddiyyata salınan, qazılması planlaşdırılan subartezian quyusunu başqa yerə saldırır.??? -Təbii ki, burda bir maraq var—o da rüşvət. Və bir də kasıb, zəhmətkeş, dinc sakinləri Sizdən narazı salmaqdır..."

Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər