Goranboy rayon İcra Hakimiyyəti bəzi internet saytlarında rayon barədə dərc olunan yazılara münasibət bildirir.

Kanal1.Az RİATV az a istisnada xəbər verir ki,

Mövcud internet resurslarında bəzi internet saytları reallıqdan kənar, dəqiqləşdirilməmiş və özlərinə sərf edən, yalançı, məkrli və qərəzli maraqlarına xidmət edən informasiyaları yaymaqla, rayon İcra Hakimiyyətinin işgüzar nüfuzuna və rayonun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında əldə olunmuş nailiyyətlərinə, görülmüş işlərə kölgə salmağa cəhd göstərirlər.

"RIATV" az-ın sorğusuna cavab olaraq rayon icra hakimiyyətindən bildirildi ki, Goranboy rayon icra Hakimiyyətinin təşkilatçılığı və rayon icra hakimiyyətinin başçısı, Gəncə Regional Mədəniyyət İdarəsi, Gəncə Regional Qaz İstismarı İdarəsi, Mingəçevir Regional Elektrik Şəbəkəsi, Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər şöbəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi–Sosial Ekspertiza və Reabilitasiya şöbəsinin rəhbərləri, Milli Məclisin deputatı Anar Məmmədovun köməkçisi, rayonun hüquq mühafizə orqanları və xidmət sahələrinin rəhbərlərinin iştirak ilə, 25 fevral 2022-ci il tarixdə Goranboy şəhərində Şəhid ailələri və Qazilərin problem və müraciətlərin dinlənilməsi, bu sahədə operativliyin təmin edilməsi məqsədi ilə görüş təşkil olunmuşdur.
Tədbirdə, aidiyyəti xidmət sahələrinin rəhbərləri tərəfindən fərdi qaydada Şəhid ailələri və Qazilərin müraciətləri dinlənilmiş, sosial qayğılarının, kommunal təhcizat təminatının, o cümlədən elektrik enerjisi, təbii qaz, içməli və suvarma suyu, rabitə, həmçinin müharibə zamanı sağlamlığını itirmiş iştirakçıların əlillik dərəcəsinin təyin edilməsi, veteranlıq və medal təqdimatı məsələlərinin həlli ilə bağlı qeydlər aparılmışdır.

Tədbirdə iştirak edən bütün Şəhid ailələri və Qazilərimiz bu cür görüşlərin təşkilini və RİH-nin fəaliyyətini yüksək qiymətləndirmiş, Ölkə rəhbəri cənab Prezident İlham Əliyevə məmnunluqlarını bildirmişlər. Qərara alınmışdır ki, bu cür məqsədyönlü qəbullar ayda bir dəfə olmaqla davam etdirilsin.

Lakin bildiririk ki, bəzi xəbər saytları bu kimi tədbirləri şübhə altına alaraq yalan böhtan xarakterli, tam əsassız xəbərlər yayirlar. Əslində, bu cür təxribat xarakterli yazılar goranboyluların fikri və münasibəti deyil, kimin və ya kimlərinsə şəxsi, qərəzli yanaşmalarıdır.

Goranboy rayon İcra Hakimiyyəti, yerli icra hakimiyyətləri haqqında əsasnamənin tələblərini əldə rəhbər tutaraq, rayonda siyasi, iqtisadi və mədəni həyatın bütün sahələrinə aid dövlət siyasətinin və ölkə başçısının qarşıya qoyduğu vəzifələrin icrasını təmin edir. Lakin rayon icra hakimiyyəti tərəfindən, rayonda aparılan məqsədyönlü fəaliyyətinə bəzi "KiV" nümayəndələri kölgə salaraq qərəzli şəkildə həqiqəti əks etdirmiyən yalan böhtan xarakterli məlumatlar yayırlar.

Rayonda görülmüş işlər və reallıqlar, xüsusən də 44 günlük Vətən müharibəsi öncəsi və müharibə dövründə cəbhəboyu yaşayış məntəqələrində və arxa cəbhədə aparılan işlər, Şəhidlərimizin dəfn və yas mərasimlərinin təşkili, Şəhid ailələrinə mənəvi və maddi dəstəyin göstərilməsi, müharibədən sonra Şəhid ailələri və Qazilərin sosial qayğılarının həlli ilə bağlı RİH-nin və Milli Məclisin rayonu təmsil edən deputatlarının birgə fəaliyyəti barədə və digər məlumat və materialları İcra Hakimiyyətinin rəsmi internet (www.goranboy-ih.gov.az), Facebook və İnstaqram (Goranboy rayon Icra Hakimiyyəti) səhifələrindən izləmək və öyrənmək olar.
https://youtu.be/NO_wPWWw6j8

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər