Goranboyun Qızılhacılısında SU FACİƏSİ... və ya
 
Deyirlər, kəndlərdə gün-güzaran, dolanışıq yoxdur. Olmaz da. Çünki kəndliyə su lazımdır. O da yoxdur. Niyə, hansı səbəbdən? Günahkar BMT-nin Bş katibi Antonio Quterreşdir. Zarafat elədik, o yazığın Azərbaycanın kəndləri ilə nə işi?

Səbəb çox sadədir. Rayonlarda əjdahalar peyda olub. Bilirsiniz də əjdaha suyun qabağını kəsir. Bundan başqa əjdahanın kəndlərdəki başları da olur. Həmin başlar da kəndlərdə camaatı su üzünə həsrət qoyurlar. Suya həsrət qalanlar içərisində Goranboy rayonunun Qızılhacılı qəsəbəsinin sakinləri də var.

Deməli, bu kənd tipli qəsəbənin yeni yaşayış sahəsi adlı yerində yaşayanlar subartezian quyusundan çıxan suyun hesabına özlərinin həyətyanı sahələrini suvarırdılar. Günlərin birində həmin artezian xarab olub. Yəni camaat elə bilib. Həmişə yığışıb özləri su nasosunu təmir etdirirdilər. İndi də eyni qaydada corablarında gizlətdikləri puldan atışmaq istəyiblər. Amma görüblər ki, məsələ başqadır. Əvvəl adamlara deyiblər ki, bəs, hökumətimiz yeni quyu qazır. Camaat da sevinib. Yəqin təsəvvür ediblər ki, yeni quyudan su elə dəhşətli fışqıracaq ki, qabaqlar sahələrini növbəlilik əsasında ayda bir dəfə suvarırdılarsa, indi azı iki dəfə torpaqları su görəcək.

Pəh. Kəndli başlayıb vurub-çıxmağa, hesablamalar aparmağa. Gözlə ki gözlə. Nəhayət yeni artezian əvvəlki arteziandan aralıda, daha doğrusu camaatdan uzaqda, əsas yol tərəfdə qazılıb. Yol kənarında da "əjdahaların” obyektləri, dükanları, nə bilim restoranları filan. Bir sözlə, çıxan su ancaq onlara çatıb, camaata gəlməyib. Vacib məqamlardan biri də budur ki, köhnə artezianın elektrik enerjisi götürdüyü transformator da aparılıb təzə yerə. O tranformator ki, onu vaxtilə camaat pul qoyub almışdılar.

Nə isə, transformatorun və quyunun olduğu əvvəlki ərazi hasara alınıb. Hasara alınmış ərazi kiməsə satılıbmı, verilibmi hər nədirsə, camaat görüb ki, it də getdi, ip də. Daha maraqlısı budur ki, kəndlilər hazırda hasara alınmış quyudan da suyun çıxdığını görürlər. Görmək yox e, seyr edirlər. Sudan onlara çatmır. Onlar eyni zamanda məhlələrinin susuzluqdan yandığına da tamaşa etməklə kifayətlənirlər.

Əlqərəz, insanlar sözü bir yerə qoyub müxtəlif instansiyalara üz tutublar, məktublar yazıblar, yerli icra hakmimiyyətində olublar. Həmin məktublar da yuxarıdan aşağıya doğru tədbir görülmək üçün aidiyyatı üzrə göndərilib. Tədbir görmək də belə olub: beş-altı səlahiyyətli şəxs hadisə yerinə gəlib. Onlar dəftər-kitab açıb iş görən adam pozası alıb gediblər. Sözləri də bu olub ki, artezian qazılması plandadır. Ancaq məsələ xeyli müddətdir uzanır.

Artıq heç nəyə və heç kimə inam qalmayıb. Deyilənə görə, payızda yeni artezian quyusu qazılacaq. Camaat bildirir ki, artezianın istifadəsi üçün transfarmatorun enerjisinin qiymətinin 80 faizini dövlət ödəyir. Əjdahaların obyektləri hazırda məhz o 80 faizdən faydalanır. Kəndin narazı əhalisi payızda qazılmalı olan artezianın da onlara xidmət etməyəcəyi düşüncəsindədir. Burada ağlagəlməz planın olduğu önə çəkilir.

Plan budur. Deməli, əvvəlki artezianın yeri təmir-bərpa adı ilə dəyişdirilir. Camaat susuzluqdan şikayətlənəndə onların narazılığı aidiyyatı üzrə yuxarı qurumun – Meliorasiya və Su Təsərrüfatı ASC-nin diqqətinə çatdırılıb. Buna uyğun olaraq da çox güman, yeni artezian quyusu deyildiyi kimi payızda qazılacaq. Yəni ilk baxışdan əhalinin istəyi nəzərə alınacaq. Ancaq yeni quyu harada qazılacaq, maraqlısı budur. Kənddə gəzən söz-söhbətlərə görə, yeni quyu hansısa yerli sahibkar üçün sərfəli yerdə olacaq.

Nə bilmək olar, bəlkə də quyu elə həmin yerdə qazılacaq, camaata xidmət göstərəcək. Amma baxın, insanlarda inam qalmayıb. Vətəndaşın müraciəti əsasında yazılmış bu yazıdan sonra ümid edək ki, hər şey yaxşı olacaq. Hər halda sizlər də camaatın kəndlərdən necə didərgin düşdüyünün və ya düşürüldüyünün bir fraqmentini gördünüz. Çox güman, oxşar məsələ yalnız Goranboy rayonu üçün aktual deyil. Başqa sözlə, hər rayonun və hər kəndin öz "əjdahası” və ya "əjdahaları” var. //Yenicag.az//

Son xəbərlər

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Yeni pandemiyaya bu viruslar səbəb ola bilər - ARAŞDIRMA

Ukraynanın daha iki yaşayış məntəqəsi İŞĞAL OLUNDU

Gürcüstanın avtomobil bazarında böhran: Azərbaycana təsir edəcək?

31 dərəcə isti olub - FAKTİKİ HAVA

ŞƏHİD ADINA EDİLƏN HÖRMƏTSİZLİK DÖVLƏTƏ EDİLƏN XƏYANƏTDİR

Dörd kənd necə qaytarıldı? - İlham Əliyevin qələbə strategiyasının DETALLARI

4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi

Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar

Görünməmiş istilər: 200 ildən bir baş verən fəlakət...

NASA: “2024-cü ildə insanlar nadir kosmik fenomenin şahidi olacaqlar”

"Əliyev Elçibəyin çıxardığı ordunu geri qaytardı" deyənlər... - Parlamentdə vacib müzakirə

Bütün xəbərlər