Fermerlər QAN AĞLAYIR... Mikayılov İCLAS KEÇİRİR... -
 
Bu il hədsiz dərəcədə isti keçən avqust ayının əvvəlindən Meliorasiya və Su Təsərrüfatı” ASC-nin internet saytına baxanda ilk növbədə bu tip xəbərlər diqqəti çəkir: "Tovuz rayonunda 23 min hektardan artıq əkin sahəsi suvarılır”; "Sabirabadda yeni nasos stansiya istifadəyə verilib”; "Ağdaş rayonunda 36500 ha əkin sahəsi suvarılır”; "Ağdamda mexaniki üsulla suvarma davam edir”; "Qazaxda əkin sahələrinin suvarılması davam edir”; "Biləsuvarda 39 min hektara yaxın əkin sahəsi suvarılır”; "Suqovuşandan gələn su ilə Tərtərdə əkin sahələri suvarılır” və s.
Redaksiyamıza müraciət edən fermerlər yəqin həmin xəbərlərə baxanda ya inanmırlar, ya da fikirləşirlər ki, ASC onlara münasibətdə ayrı-seçkiliyə yol verir: "Araz çayından başlanğıc götürərək Beyləqan – Ağcabədi – Füzulidən keçən "Xan Qızı” kanalı vasitəsilə Ağcabədinin Qaradolağ, Yeni Qaradolağ, Aran, Mehrablı, Kəbirli kəndlərini su ilə təminatı "düyünə düşüb”. 500 ha pambıq sahəsinin hələ heç birinci mərhələ suvarılması yekunlaşmayıb. İkinci suvarma isə suyun yoxluğu səbəbindən hələ başlamayıb. Ümumiyyətlə, bu ərazidə 1500 hektara əkilmiş pambıq yanmaq üzrədir”.
Qeyd edək ki, avqustun 6-da Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-də sədr müavini Zakir Quliyevin rəhbərliyi ilə respublikanın rayonlarında pambıq sahələrinin su təminatı mövzusunda növbəti videokonfrans keçirilib. Konfransda pambıq sahələrinin su ilə təminatının mövcud hesabatı təqdim edilmiş, rayonlar üzrə suvarmanın təşkilində yaranan çətinliklərlə bağlı müzakirələr aparılmışdır. Videokonfransda Səhmdar Cəmiyyətinin şöbə və sektor müdirləri, həmçinin rayonların yerli istismar idarələrinin rəhbərləri iştirak etmişlər.
İclasda Səhmdar Cəmiyyətinin sədr müavini Zakir Quliyev pambıq sahələrinin suvarılmasının daim nəzarətdə saxlanılması, bu sahədə yerli Dövlət Aqrar İnkişaf Mərkəzləri və pambıqçılıq şirkətləri ilə əlaqəli işin təşkili, mövcud su ehtiyatlarından daha səmərəli istifadə etməklə əkin sahələrinin vaxtında suvarma suyu ilə təmin olunması və hazırda suvarmanın təşkilində mövcud çətinliklərin vaxtında aradan qaldırılması ilə bağlı müvafiq tapşırıqlar vermişdir.
Görünən odur ki, konfrans, iclas, tapşırıq – filan hamısı yalnız "gözdən pərdə asmaq” üçündür. Ortada əməli iş yoxdur. Dövlətimiz, onun başçısı cənab İlham Əliyev ölkə iqtisadiyyatı üçün xeyirli hesab olunan pambıqçılığın perspektivini nəzərə alıb bu sahənin inkişafına dair Dövlət Proqramı üzrə xeyli vəsait ayırsa da, fermerlərə subsidiyalar verilsə də, görünən odur ki, "Meliorasiya və Su Təsərrüfatı” ASC-nin yerlərdəki struktur vahidlərinin vəzifəli şəxsləri öz funksiyalarını yerinə yetirməyərək pulları göyə sovururlar. //aktualxeber.az//

Son xəbərlər

Havalar istiləşən kimi bu xəstəliklər yayılacaq - XƏBƏRDARLIQ

Son 20 ilin ən böyük XƏBƏRDARLIĞI - Martın 29-dək...

F-16-lar Rusiyaya qarşı istifadə edilsə, onlar qanuni hədəfə çevriləcək - Putin Qərbi hədələdi

Aprelin 5-nə diqqət: Erməni revanşizmini körükləyən Qərb qanlı planı işə salır

İki il sonra ilk dəfə: Xarkova hava bombası ilə zərbə endirildi

Daha 27 şəhid ailəsi üzvü Naxçıvandan Şuşaya yola düşüb

D vitamini almaq üçün Günəşin altında nə qədər qalmalıyıq?

Tikinti materialları bazarında SON VƏZİYYƏT: Hansı məhsullar UCUZLAŞDI?

Ermənistan “Crocus”da törədilən terror aktını pisləməyib

Qanunsuz evlər yaxın vaxtlarda sənədləşdiriləcək? - AÇIQLAMA

Müəllim sənəti müqəddəs sənətdir

GƏNCƏ ŞƏHƏR SABİR KÜÇƏSİNDƏKİ MƏHŞUR BAXICI NATAŞA XANIMA KİMLƏR HİMAYƏDARLIQ EDİR VƏ AİDİYYATI QURUMLAR HARA BAXIR?

Hərbi xidmət yaşı artırılmalıdır? – Polkovnik və psixoloqdan TƏZADLI YANAŞMA

Sonra da deyirsiiniz ki, turistlər niyə gəlmir… – HARA VƏ NİYƏ GƏLSİNLƏR Kİ?..

Lənkəranın icra başçısını bu səbəbdən öldürmək istəyiblər – İlham İsmayıl ŞOK detalları açıqladı

Elnur Rzayevin rayondan ümumiyyətlə, xəbəri yoxdur…” Belə başçı olar?- GİLEY

Şərlənərək həbs edildiyi iddia olunan şəxsin anası ölkə başçısına müraciət etdi-Şikayət

“WhatsApp”dan videolarla bağlı YENİLİK

Kremldən Ermənistan etirafı: Təəssüf ki...

Azərbaycan 4 kəndi götürəcək və İrəvana... - Paşinyanın qapalı görüşdəki etirafı yayıldı

Paşinyan: “Ermənistan KTMT-də iştirakını dondurub”

Sabah 17 dərəcə isti olacaq - HAVA PROQNOZU

Şəmkir rayon Düyərli Tibb Ailə Sağlamlıq Mərkəzinin həkimi Nizami həkim öz peşəsini vicdan və ləyaqətlə icra edir

Mən dünyada müəllimdən yüksək ad tanımıram!

Tələbələr belə hallarda universitetdən xaric ediləcəklər

Moskva terrorunun təşkilatçıları bu ölkədə də qətliam planlaşdırıbmışlar - ŞOK DETALLAR

ÜST havadakı çirklənmənin və insanların vaxtsız ölümünün üstünü açdı

DTX-dən əməliyyat: Azərbaycanda teraktlar planlaşdıran şəxs tutuldu

Moskva terrorunda ittiham olunanları hansı cəza gözləyir?

Əhaliyə xəbərdarlıq - Martın 26-da...

Türkiyə Qəzzaya ən çox yardım edən ikinci ölkədir

Günəşdə partlayış: güclü maqnit qasırğası gözlənilir

Ukrayna Moskvadakı hücumla bağlı ittihamları RƏDD ETDİ

Bütün xəbərlər