Gəncə Dövlət Universitetində nələr baş verir? -
 
Teref.az yazır ki, saytımızın poçtuna Gəncə Dövlət Universitetində baş verən hadisələrlə bağlı ölkə Prezidentinə ünvanlanmış şikayət məktubu daxil olub. Şikayətçi məktubunda yazır:
GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNİN REKTORU YUSİF YUSİBOVUN QOÇU DƏSTƏSİ
"Bütün dünya üzrə ən çox şikayət olunan universitetlər haqqında sorğu keçirilsə şübhəsiz ki, Gəncə Dövlət Universiteti bu sıralamada 1-ci olacaq. Təkcə Google axtarış sistemində "Şahin Xurşudov”, "Asif Vasif qardaşları”,"GDU-da Sorusun uşaqları” və s. bu kimi ifadələr yazıb axtarışa versək, orada olan neqativ məlumatları sıraya düzüb qurtarmağa həftələrlə vaxt tələb olunacaq. Amma bunlar Universitet haqqında olanların yalnız bir qismidir.
Universitetin idarəçilik sistemi elə bir hala düşüb ki, tədris müəssisəsi barıt çəlləyini xatırladır. Artıq burada təhqir, hədyan, hədə-qorxu, dava-dalaş adi gündəlik bir hala çevrillib. İstənilən bir anda bu universitetdə partlayışın baş verəcəyi gözləniləndir.
Tədris işləri üzrə mərhum prorektor Fəxrəddin Məmmədovun dünyasını dəyişməsi ilə sanki rektor Yusif Yusibovun və onun "pulkəsən maşını” Şahin Xurşudovun qol-qanadı açıldı. Çoxdan bəri qurulan planları gerçəkləmək üçün rektor çox böyük canfəşanlıqla Şahin Xurşudovu prorektor kürsüsünə əyləşdirdi. Bu o Şahin Xurşudovdur ki, Texnologiya Universitetində ictimai iaşənin təşkili ixtisasını bitirmiş, atkeçməz yollarla iqtisadiyyat üzrə (..!) fəlsəfə doktoru olmuş, sonradan isə Yusif Yusibovun etimadını qazanmaqla, yəni onun "işlərinə” yarımaqla GDU-da İqtisadiyyat və İdarəetmə fakültəsinin dekanı olmuşdur.
Bu arada həm Yusif Yusibovun,həm də Şahin Xurşudovun macaraları haqqında internetdə yetərincə məlumatlar var.
https://youtu.be/yr22OTFMg1I
https://yenixeber.org/manset/95580-gence-dovlet-universitetinin-nece-rektoru-var-.html
https://gundelik-baku.com/gundemxeber/45820-gdu-nin-rektoru-yusifovun-rushvetteroru-pedaqoji-universitete-qeder-uzanir.html
https://arqument.az/az/gdu-da-yasananlar-zbasinaliq-korrupsiya-ve-anarxiya/
https://demokratik.az/xeberler/iqtisadiyyat/27512-mvcud-olmayan-shirket-gdu-da-tenderin-qalibi-oldu.html
İndi Şahin Xurşudov tədris məsələləri üzrə prorektor olmasına baxmayaraq əslində bütün prorektorların, yəni elmi işlər, humanitar məsələlər, təsərrüfat işləri üzrə prorektorların, həmkarlar təşkilatının, kadrlar şöbəsinin, ümumi şöbənin, mühasibatlığın da səlahiyyətlərini mənimsəyərək "VAHID PƏNCƏRƏ” üzrə prorektor rolunu oynayır.
İqtisadiyyat fakültəsinin dekanı olarkən 200 nəfər tələbəni aylığa buraxdığına görə, hətta pandemiya dövründə dərslər distant olaraq keçirildiyi zaman fakültənin 1000 nəfər tələbəsini bir-bir evdən çağıraraq onlardan bal pulu, imtahan pulu yığdığına görə Yusif Yusibov onu prorektorluğa təqdim etdi ki, öz qabaqcıl təcrübəsini bütün universitetə tətbiq eləsin. Amma Təhsil Nazirliyinin daxili nəzarət şöbəsi onun keçmişdəki biabırçı hərəkətləri və indiki əməllərindən xəbər tutduqda bu təqdimatı geri çevirdi. Gəl ki, necə oldusa Təhsil Naziri Gəncəyə gələrək GDU-da vətəndaşların qəbulunu keçiridikdən sonra, orada nə söhbət baş tutdusa Bakıya qayıdan kimi onun əmrini verərək prorektor təyin elədi.
O hərbi xidmətə yararsız olduğu üçün orduda xidmət etməyib, 1-ci Qarabağ müharibəsində iştirak etməyib. Əslində bu əlillik deməkdir. Onda sual olunur ki, əlilliyi olan adam universitet prorektorluğu kimi ağır bir işi necə çiynində çəkə bilər? Heç 44 günlük Vətən müharibəsi dövründə də onun əsgərlərin yanına getdiyini görən olmadı. Bu adam gənclərimiziə vətənpərvərlik nümunəsi ola biləcəkmi?
Müasir texniki təlim vasitələrinə dair bilikləri sıfır səviyyəsində olan, informasiya texnologiyalarından başı çıxmayan, kompüterlə davranışı yandırıb söndürməkdən və internetə girib şəkillərə baxmaqdan ibarət olan, bir dənə də olsa xarici dil bilməyən (hərçənd ki, adını yazdırdığı elmi əsərlərin içində xeyli sayda rus dilində ədəbiyyat vardır..!) bir adam 7 min tələbəsi olan universitetin tədrisinə rəhbərlik edir. Hələ bir danışanda da başqalarına irad tutur ki, geridə qalmısız, zamanla ayaqlaşmaq lazımdır.
Unuversitetdə vəzifə vəd olunaraq pulu alınmış adamlar Şahin müəllimin otağının qarşısında sıraya düzülsə koridorda böyük bir tıxac yaranar. Hər gün onlara nə isə vəd olunaraq vaxt uzadılır, lakin nə alınan pullar geri qaytarılmır, nə də onları vəd olunan işlə təmin edə bilmirlər. Aydın məsələdir ki, aldığı pulu qaytarmaq Şahin müəllimin oyun qaydalarına ziddir. Ən yaxşı halda yeni-yeni qurbanlar tapıb onlardan alınan pulu köhnələrə qaytarırlar ki, səs küy yaranmasın. O da ki, hamıya yox, kim səs sala bilirsə ona. Bir sözlə, universitetdə maliyyə piramidası da mövcuddur.
Şahin Xurşudovun məsləhəti ilə rektor bütün əməkdaşlarla təması kəsmişdir. Əslində isə bu plan Xurşudovun növbəti kələyidir. O istəyir ki, rektor bütün məlumatları yalnız ondan eşitsin və onun planları ilə hərəkət etsin. Onun özünün əməlləri haqqında isə heç bir kəs rektora məlumat verə bilməsin. Ancaq bu geniş miqyaslı planın yalnız birinci mərhələsidir. Çünki, Xurşudovun fikrincə çox da uzaq olmayan gələcəkdə bu kürsü rektor kürsüsü ilə əvəzlənəcək. Ona görə də o indidən özünə prorektor, köməkçi, katibə, sürücü axtarir.
Hələliksə çütlük "BURADA MƏNƏM BAKIDA HAVADARLARIM" deyib təhsilin, təhsil alanların və təhsil verənlərin anasını ağladır. Bu adamların amalı ancaq ondan ibarətdir ki, hər gün bunların cibinə iri məbləğdə pul girməlidir, yəni hər axşam "şirinlik” gətirənlər qapıda növbəyə düzülməlidir. Belə olmayanda qanqaraçılıq düşür və növbəti gün bir qrup cəza dəstəsi qoltuğunda dəftər bir-bir tədris binalarına tökülüb başlayırlar nöqsanlar axtarmağa ki, günah keçiləri tapsınlar, onları işdən çıxarmaqla, maaşlarını kəsməklə, pensiyaya göndərməklə hədələsinlər. Bir sözlə, özlərini dövlət universitetinin sahibi sayan həmin cənablar qulluq mövqelərindən istifadə edərək bu işin öhdəsindən məharətlə gəlirlər. Məsələn işçi qəbulu, doktoranturaya qəbul, vəzifəyə təyin etmə, təkrar ali təhsilə qəbul, müəllim, baş müəllim, dosent, professor yerinə seçilmək üçün müsabiqəyə buraxılma və s. Bunlar cütlüyün gündəlik cib xərcliyidir. Daha iri məbləğlər isə büdcəni darmadağın etməklə əldə olunur. Tenderlərdən, kotirovka sorğularından, irili xırdalı təmir işlərindən əldə olunan gəlir il ərzində milyonu ötür.
Respublika Prezidenti dəfələrlə qeyd edib ki, müəssisələrdə xidməti maşınların sayı azaldılsın. GDU-da rektorun katibəsinin də xidməti maşını vardır. Hal-hazırda universitetdə 8 xidməti maşın vardır. Amma buna baxmayaraq kafedralara, dekanlıqlara veriləcək dəftərxana ləvazimatlarına, tədris üçün lazım olan avadanlıqlara, işçilərin maaşlarını artırmaq üçün pul tapmayan rektor biri 80000 manat olmaqla iki ədəd yeni xidməti maşın almağa pul ayırıb.
Gəl ki, söhbət maaş artımından düşəndə rektor cənabları az qalır dəsmal çıxardıb ağlaya ki, heç indiki maaşı verməyə pul çatmır. Bir az da belə getsə deyəcək ki, öz cibimdən verirəm maaşınızı, nə istəyirsiz?
Qulbeçələri professorlardan 2-3 dəfə çox məvacib, ezamiyyə, mükafat və paket alan Universitetdə görün nə gözəl elm və təhsil olacaq... Dırnaqarası nailiyyətləri sayıb qurtarmaq olmur. Filankəsin evləri, maşınları, obyektləri, istixanaları, peşmankəsin kafeləri, villaları, icarədə olan mülkləri, hətta daldalanacaq yerləri... Yəqin ki, sonuncu ifadənin geniş izahatına ehtiyac yoxdur.
Dağ boyda millət vəkilləri, nazirlər, icra başçıları adi insanları qəbul edib onların müraciətlərini dinlədikləri, hətta rayonları gəzib vətəndaşlarla görüş keçirdikləri halda, rektor cənabları heç rəhbərlik etdiyi (adam istəyir desin ki, "Dədəlik” etdiyi) Universitetin işçilərini belə qəbul etmir. Deyir kimin nə sözü varsa, getsin prorektorun (Qoçu Əsgərin) yanına, mənim boş bekar vaxtım yoxdur Sizə qulaq asam.
Əvvəllər hər həftə tələbə, valideyn və işçilər üçün qəbul günləri təyin edən rektor indi hamıdan qaçaq düşüb. Yəni, bu adamın öz kollektivini görməyə gözü yoxdur, onlara ikrah hissi ilə yanaşır, kollektivlə ünsiyyətdə olmağı özünə rəva bilmir. Bəlkə də tutduğu əməllər müqabilində onların üzünə baxmaqdan utanır, ona görə də özünü təcrid edir. Axı balaca bir universitetdə hamı bir-birini yaxşı tanıyır və bir-birinin tutduğu əməllərdən də, yaxın keçmişdəki macəralarından və indiki həyat tərzindən də yaxşı xəbərdardır. Amma etik normalar naminə bir çox məqamları açıqlamağı hələ ki, özümüzə rəva bilmədik. Çox ümid edirik ki, ölçü götürən olsa elə bu faktlar da yetərlidir.
Rektorun yarıtmaz idarəçiliyi sayəsində universitetdə 20-30 il və daha artıq çiyin-çiyinə çalışmış insanlar bir-birinə düşmən kəsilmişlər. Elə bir həftə olmur ki, universitetdə işçilər arasında münaqişə, sözlə və ya əlbəyaxa dava olmasın. Demək olar ki, universitetdə şəxsi münaqişə zəminində kiminsə həyat və sağlamlığına sui-qəsd olunacağı reallığa çevrilmişdir. Bu baxımdan fiziki təzyiqin qurbanının rəhbər şəxslərin özlərinin olması da istisna deyil. Çünki, onların həyat tərzi və kollektivlə davranışları yumşaq desək, normaldan çox-çox uzaqdır. Bu cür hallar yaxın keçmişdə bir neçə dəfə baş verib. Amma baş verənlərdən nəticə çıxarmaq əvəzinə bu insanlar öz mühafizələrini gücləndirmək qərarına gəlmişlər. Buna görə də rektor universitetdə "Mühafizə xidməti” adı altında idmançı gənclərdən ibarət bir cangüdənlər dəstəsi formalaşdırmışdır. Deyilənə görə 7-ci sinif şagirdi qədər savadı olmayan, universitetin 2-ci binasında idman klubu adı altında pozğunluq yuvası yaratmış Xəqani Umudov adlı birisi həmin "Mühafizə xidməti”nin rəhbəri təyin edilmişdir. Bu da azmış kimi həmin adama xidməti maşın və hətta sürücü ayrılmışdır. Tez-tez universitetin təsərrüfat işləri üzrə prorektoru Fəxrəddin Həsənovla Xəqani Umudov arasında vəzifə bölgüsü üstündə söyüşlərlə müşayiət olunan dava düşür.
Elmar Vəliyev Gəncənin İcra Hakimiyyətinin başçısı olduğu dövrdə dəfələrlə ictimaiyyət qarşısında Yusif Yusibovu təhqir etmiş, küçə sözləri ilə aşağılamışdı. O zaman bir çox insanlar rektorun halına acımışdı. Amma indi əsarətdən qurtulmuş rektor özü sabiq icra başçısının işini uğurla davam etdirir. O, tabeliyində olan əməkdaşları təhqir edir, universitet tədbirlərinə dəvət olunanları onun gəlişini saatlarla gözləməyə məcbur edir, etik normalara məhəl qoymadan əks cinsin nümayəndələrinə qarşı Hüseynbala Mirələmovdan məlum olan davranışlar sərgiləyir.
Təsadüfi deyil ki, rektor 2013-cü ildə, yenicə iş başına keçdiyi günlərdə, elə universitetin qarşısında, iki uşaq atası olan bir ailə başçısı qısqanclıq zəminində onu vurub yerə sərmişdi. Bu hadisə haqqında nəinki universitetin bütün əməkdaşları və hüquq mühafizə orqanları, bütün Gəncə sakinləri məlumatlıdırlar. Lakin o dövrdə rektor "lazımi tədbirlər” görərək bu hadisənin rəsmi qeydiyyata alınmasına yol verməmiş, necə deyərlər ört-basdır edilməsinə nail olmuşdu. Bundan sonra isə o uzun müddət kollektivin içində belə şəxsi cangüdənlərlə gəzmək məcburiyyətində qalmışdı. Bu münaqişənin davamı daha acınacaqlı və antimental xarakterə malik olduğundan başqa bir araşdırmanın mövzusudur. Yəqin nə zamansa bu məsələlər də araşdırılacaq və haqq-ədalət gec də olsa öz yerini tapacaq.
Hələ illər öncə, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda tələbə qəbulu komissiyasının məsul katibi işləyən zaman bu adam özünü pul hərisi, tələbə qəbulu alverçisi, özündən böyüklərin pul kisəsi kimi tanıtmışdır. Bu gün isə ağır bir daş parçası olaraq GDU-nun yükünə çevrilmişdir və universitet bu yükün ağırlığı altında çökmüş bir vəziyyətdədir. Yusif Yusibov universitetin rəhbərliyinə təyin edildiyi bir gündən burada neqativ hallara, dedi-qoduya, hətta kriminal hadisələrə rəvac verilmişdir.
Şikayətçi fikrini davam etdirərək, daha sonra yazırki, iş o yerə çatıb ki, universitetdə kimsə tədris prosesi haqqında, yaxud elmi mövzuda söhbət açanda ətrafdakılar ona az qala ruhi xəstə kimi baxırlar ki, "bu nə danışır”. Çünki belə mövzular bu universitet üçün çoxdan yadlaşıb. Burada aktual olan mövzular rektorun yaxınlarının durmadan artan əmək haqqı və mükafatları, magistr təhsili belə olmayan "gül balaların” hansısa qondarma vəzifəyə təyin edilərək professordan artıq maaş almaları, dövlət büdcəsindən ayırmalar və tələbələrdən çətinliklə yığılan təhsil haqqları hesabına formalaşan universitet büdcəsinin təhsil prosesinə və pedaqoji heyətə aid olmayan dörd bir yana israfçılıqla səpilməsi, eləcə də fəxri adlar, elmi adlar, vəzifələr, işə qəbul, əlavə tələbə qəbulu və s. bu kimi "birbaşa rəhbərin mətbəxinə aid olan” məsələlər üçün müəyyən edilmiş məzənnələrdir.
Universitetdə yaz imtahan sessiyası təzəcə yekunlaşmışdır. Prorektor Şahin Xurşudov hər yerdə car çəkir ki, universitetin tarixində belə bir şəffaf imtahan sessiyası olmayıb. Bu onun bunun gözünə həyasızcasına kül üfürməkdən başqa bir şey deyil.
Universitetdə imtahan sessiyasının gedişini işıqlandırmaq üçün gözdən pərdə asmaq məqsədilə mediatur təşkil edildi. Həmin mediatura isə Qərb zonasında mətbuatda reketçilik edən, müxtəlif məmurlara hədə-qorxu gələrək pul tələb edən, Şahin Xurşudovun dostu Osman Nərimanoğlu rəhbərlik edirdi. Osman Nərimanoğlu bu hərəkətlərinə görə bir neçə gün bundan əvvəl həbs olunmuşdur. Umumiyyətlə, Osman Nərimanoğlu GDU rəhbərliyindən aylıq pullar alaraq bunları hər yerdə tərifləyərək rüşvətin universitetdə qol-qanad açmasına şərait yaradırdı. Törədilən cinayət əməllərinin ifşası üçün Osman Nərimanoğlunun telefonundan GDU rəhbərliyinin, eləcə də mətbuat xidmətinin telefonlarına edilən zəngləri araşdırmaq kifayətdir. Osman Nərimanoğlunun universitetdə imtahan zamanı Şahin Xurşudov və digər rəhbər şəxslərlə çəkdirdiyi şəkillər hər şeyi açıq şəkildə göstərir. Maraqlıdır, imtahan zamanı keçirilən mediatura Gəncədə fəaliyyət göstərən dövlət qəzetlərinin nümayəndələri yox, GDU rəhbərliyinin "krışalıq" etdiyi reket jurnalist dəvət alır. https://demokratik.az/xeberler/olkeici/29862-gdu-da-yaz-imtahan-sessiyasi-davam-edir-meda-tur-kecirilib.html"

ARDI VAR
Teref.az olaraq qeyd etmək istəyirik ki, mövqelərini öyrənmək üçün GDU-nun elektron poçtuna sorğu göndırsəkdə hələlik cavab almamışıq, lakin cavab alan kimi onların mövqeyinidə oxuculara təqdim edəcəyik!
Teref.az

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər