Universitetlər tələbələri NECƏ SOYUR? -
 
 
Ali məktəblərin sonuncu kurs tələbələri dövlət imtahanının ləğv edilməsini tələb edirlər. Sosial şəbəkələrdə artıq 30 mindən çox tələbənin bu çağırışa qoşulduğu bildirilir. Buna səbəb dərslərin 3 semestr distant, bir semestr isə hibrid formada keçirilməsidir. Tələbələr bununla bağlı oxuduqları universitetlərə və Təhsil Nazirliyinə müraciət etdiklərini bildiriblər.

Müxtəlif universitetlərdən olan tələbələrin fikirlərini öyrəndik.

Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin 4-cü kurs tələbəsi Şirin Salahzadə Bakupost.az -a bildirib ki, distant təhsil keyfiyyətsiz keçirildiyindən nəsə öyrənmək mümkün olmayıb, bu səbəbdən dövlət imtahanının ləğvini istəyir:

"Son iki ildə pandemiya səbəbindən distant təhsilə daha çox üstünlük verildi. Dərslərin səviyyəsi əyanidəki kimi keyfiyyətli olmadı. Dərslər keyfiyyətli, eyni zamanda, əlimizdə materiallar olmadığına, dərslərə çox hakim ola bilmədiyimizə görə dövlət imtahanında bizi hansı nəticələrin gözlədiyini bilmirik. Distant təhsillə əyani təhsil arasında çox böyük fərq var. Distant təhsildə köçürtmə və digər hallar çox olur. Bu kimi hallar yalnız həmin an üçün tələbələrə sərf edir. Əyani təhsildə müəllimlə canlı təmasda olmaq, sual vermək imkanı var. Elə olurdu ki, tənəffüs zamanı da qalıb suallarımızı verirdik. Amma distant təhsildə müəllimə yalnız qısa suallar verə bilirdik. Ona görə də dərsləri tam mənimsəyə bilmirdik”.

Bakı Slavyan Universitetində rus dili müəllimliyi ixtisası üzrə təhsil alan 4-cü kurs tələbəsi Ayşən Əliyeva da dövlət imtahanının ləğv olunması istəyini bu fikirlərlə əsaslandırıb:

"İkinci kursun 2-ci semestrində pandemiya həyatımıza daxil oldu. Həmin vaxt bir-iki universiteti çıxmaq şərtilə heç bir universitet onlayn təhsildən istifadə edə bilmirdi. Ona görə də həmin vaxt keçilən fənlər bizə bağışlanıldı, keçmədiyimiz 6 fənn isə hazırda dövlət imtahanına daxil edilib. Halbuki biz o dərsləri oxumamışıq, heç bir məlumatımız yoxdur. Biz indi o imtahanı necə verək? Hazırda 100 suallıq dövlət imtahanına hazırlaşmalıyıq. 100 sualın içində də 10 fənn var. Həmin 10 fənni demək olar ki, pandemiya ərəfəsində keçmişik. Biz bunlara necə cavab verək? Onlayn təhsili hamı yola verirdi. İkili ekrandan dərs danışanlar, köməkləşib imtahandan keçənlər də olub. Çox nadir tələbələr bəlkə bunu etməyib. Pandemiya başlayanda biz 2-ci kursda idik, həmin vaxt 4-cü kurs tələbələri dövlət imtahanı verə bilərdilər. Çünki onlar 3 il yarım universitetə getmişdilər. Sadəcə praktika dövründə pandemiyaya düşdülər. Amma onlar dövlət imtahanı vermədilər. Niyə? Çünki ölkədə onlayn platforma inkişaf etməmişdi, bilmirdilər ki, tələbələri necə qruplaşdırsınlar, imtahan götürsünlər. Ona görə də həmin il dövlət imtahanını ləğv etdilər”.

O əlavə edib ki, sonrakı ildə Vətən müharibəsi səbəbi ilə bir ay müddətinə ölkə səviyyəsində internet resurslarına girişin dayandırılması təhsilin təşkilini yavaşlatdı:

"Ona görə də həmin il yenidən dövlət imtahanı ləğv olundu. Lakin biz pandemiya səbəbindən iki il yarım distant təhsilə keçdik. Bizdən əvvəlkilərə olunan güzəştlər isə bizə olunmur. Bundan əlavə, biz bu imtahanları onsuz da vermişik. Hazırda kəsirsiz şəkildə dövlət imtahanını gözləyirik. Onu da ləğv etməmələrinin səbəbi puldur. Bizim əvvəlki rektorun dövründə dövlət imtahanından da, diplom işindən də pul tutulurdu. Düzdür, indiki rektorumuz çox yaxşıdır, rüşvəti demək olar ki, aradan qaldırıb. Amma indi bunu ləğv etməməkdə dövlətin nə marağı var? Dünyada öndə gedən universitetlərin heç birində dövlət imtahanı deyilən anlayış yoxdur. Diplom işi var və tələbələr diplom işini təhvil verirlər. İki il əvvəl sadaladığım səbəblərdən yaxşı oxuya bilmədiyim, distant formada keçirilən bir fənnin imtahanına 18 günə necə hazırlaşım? Çox çətindir. Artıq ümidlərimiz qırılıb. Ya Təhsil Nazirliyinin qərarı ilə universitet tərəfindən güzəşt olunsun, ya da məhz keçdiyimiz fənlərdən dövlət imtahanı olsun. Amma nə universitet güzəşt edir, nə də nazirlik. Biz artıq bilirik ki, imtahandan kəsiləcəyik. Bir həftə əvvəl BDU-da imtahan verənlərin 100 nəfərindən 80-i kəsilib”.

Qərbi Kaspi Universitetinin 4-cü kurs tələbəsi Salahova Ulduzxanım isə deyir ki, dövlət imtahanının ləğv olunmaması onun magistratura xəyallarını puç edəcək:

"Magistraturaya hazırlaşanda dövlət imtahanına yaxşı hazırlaşa bilməmişəm. Bundan əlavə, pandemiyada onlayn təhsilin keyfiyyəti həddindən artıq aşağı olub. Həm dərslərin keyfiyyətinin aşağı olması, həm də vaxt azlığına görə dərslər haqqında yüksək biliyimiz, məlumatımız yoxdur. Aidiyyəti qurumlardan xahiş edirik ki, dövlət imtahanı ləğv edilsin. Dövlət imtahanının olması magistraturaya yolumu kəsəcək. Onlayn təhsilin keyfiyyətsiz olmasını təkcə mən yox, bütün tələbələr deyir. Ümumiyyətlə, dərslər haqqında məlumatımız, materialımız yoxdur. Biz dövlət imtahanını necə verəcəyik? Mən dövlət imtahanına görə magistratura şansını itirmək istəmirəm. Biz 4 il ərzində verdiyimiz imtahanlarla dövlət imtahanını vermiş sayılırıq. Axı bir daha tələbələri sıxışdırmağa nə ehtiyac var? Ona görə də xahiş edirəm ki, dövlət imtahanları ləğv olunsun”.

Məsələ ilə bağlı Bakupost.az -a Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, millət vəkili Etibar Əliyev açıqlama verib.

Millət vəkili tələbələrin istəyini dəstəklədiyini bildirib: "Ali məktəblər dövlət imtahanını keçirməməklə bağlı qərar qəbul edə bilərlər. İstər indi, istərsə də sovet dövründə dövlət imtahanının keçirilməsi formal xarakter daşıyıb. Bu məsələdə tələbələrin tərəfindəyəm. Əgər tələbə 240 kreditini toplayıbsa, bakalavr pilləsinin diplomu ona verilməlidir. Uzun illər dövlət imtahanlarında çox neqativ hallara rast gəlinib. Dünyanın əksər ölkələrində öz ixtisası üzrə tələbəyə müəyyən iş verilir, 4-5 müəllim onu qiymətləndirir və bununla da bitir. İndiki şəraitdə dövlət imtahanları ləğv olunmalıdır. Tələbələrə əlavə maneə yaratmaq lazım deyil”.

Təhsil eksperti Elçin Süleymanov tələbələrin dövlət imtahanının ləğv edilməsi ilə bağlı tələbini belə şərh edib:

"Bütün qruplarda 150 ballıq ixtisaslar var. Həmin ixtisasların illik təhsil haqqı ən prestijli ixtisasların bir çoxunun illik təhsil haqqından daha bahadır. Niyə? Çünki, universitetlər bilir ki, 150-200 bal aralığı yığanlar əlacsızlıqdan "təki qəbul olum” prinsipilə məhz həmin ixtisasları yazacaqlar. Nəticədə universitet qazanacaq”.

Onun sözlərinə görə, universitetlər bilirlər ki, 150 ballıq ixtisasa 150-200 bal aralığı nəticə əsasında qəbul olan tələbənin potensialı zəifdir və o, 100 faiz semestr imtahanlarında kəsiləcək. Nəticədə fənn üzrə kredit ödəyəcək.

O kredit də yenə gedir universitetin büdcəsinə. Beləliklə, hər iki halda qazanan universitetdir: "IV kursa kimi birtəhər gələn tələbəni dövlət imtahanında 3-5 min almaqla keçirirsiniz. Bir də illik təhsil haqları, kəsrlərlə təlbələri "vurmayın”. Arada Türkiyəyə baxın. Elə universitetləri var ki, təhsil keyfiyyətinə bizim bir çox universitet yaxın gedə bilməz, amma həmin universitetin illik təhsil haqqı 300-700 manat aralığındadı. Bir sözlə, bizim bəzi universitetlərin 1 illik təhsil haqqı ilə Türkiyədə 4 illik təhsil haqqını bağlamaq olar. Belə olan halda vətəndaş da üz tutur Türkiyə və başqa universitetlərə. Sonra da deyirik ki, hamı qaçır xaricdə təhsil almağa. Düz edirlər. Çünki gənclərin başqa yolu, seçimi yoxdur. İmkan verilmir ki, öz vətənində qalıb təhsil alsın”.

"Bakalavr təhsilində son mərhələ ya dövlət attestasiyası, ya da buraxılış imtahanı ilə bitir. Bu, "Ali təhsil haqqında” qanun, eyni zamanda, bakalavr təhsili ilə əlaqədar nizamnamədə nəzərdə tutulub. Buna görə də universitetin elə bir səlahiyyəti yoxdur ki, tələbələri həmin imtahandan azad etsin. Burada tələbənin seçimi var: ya buraxılış işi, ya da dövlət imtahanı. Bu da 240 krediti tamamlamaları üçün 9 kreditlik imtahandır. Buna Təhsil Nazirliyi pandemiya dövründə güzəşt etmişdi. Amma hazırda nazirliyin də belə bir səlahiyyəti yoxdur, çünki o kredit tamamlanmalıdır. Lakin burada məsələ nədir? Bəzi universitetlərdə buraxılış işi yazmaq, attestasiya imtahanı neqativ hallarla müşahidə olunur. Universitet rəhbərliyi buna yol verməməlidir. Düşünürəm ki, etirazı olan tələbələr dinlənilməlidir”.

Son xəbərlər

ŞƏHİD ADINA EDİLƏN HÖRMƏTSİZLİK DÖVLƏTƏ EDİLƏN XƏYANƏTDİR

Dörd kənd necə qaytarıldı? - İlham Əliyevin qələbə strategiyasının DETALLARI

4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi

Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar

Görünməmiş istilər: 200 ildən bir baş verən fəlakət...

NASA: “2024-cü ildə insanlar nadir kosmik fenomenin şahidi olacaqlar”

"Əliyev Elçibəyin çıxardığı ordunu geri qaytardı" deyənlər... - Parlamentdə vacib müzakirə

İranın Azərbaycana qarşı riyakar planı: Bu iki mesajı ona görə verir ki...

Bu qadınlar pensiyaya tez çıxacaq

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Yazın gəlişi bəzi infeksion xəstəliklər gətirir: Necə qorunmalı? - Professor izah edir

ÜST-dən QORXULU AÇIQLAMA: "Martda 25 mindən çox insan..."

Ürək ritminin pozulmasının YENİ TƏHLÜKƏSİ: Hər beşinci insan...

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir - VİDEO

Dünya fəlakətin bir addımlığında: Peyğəmbərin dedikləri gerçək olur

Ermənistan növbədənkənar seçkiyə gedəcək? - Paşinyan açıqladı

“WhatsApp”da uzun müddətdir gözlənilən yeni FUNKSİYA

Alimlər Yerə yaxın olan ikinci ən böyük qara dəliyi kəşf ediblər

Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO

Bakının bu ərazilərində evlər kəskin bahalaşdı - Səbəb nədir?

Paşinyandan sensasion açıqlama: Yaxşı ki, Azərbaycan 50 metr aralıdadır

Rusiyada miqrantlar üçün sərt qanun: bu üsul tətbiq olunacaq

Mayın 1-dən uşaqların birinci sinfə qəbul prosesi başlayacaq

Bakı Şəhər İcra Hakimiyyətindən özəl sektorda çalışanlara ÇAĞIRIŞ

ABŞ Dövlət Departamentindən Ermənistana geniş hərbi dəstəyin göstərilməsi barədə AÇIQLAMA

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə AÇIQLAMA + FOTO

İsrail ordusunun İranın zərbəsinə cavabı necə olacaq? - Qərar AÇIQLANDI

Rusiyalı politoloqlar Ermənistanın Azərbaycana qarşı Beynəlxalq Ədalət Məhkəməsindəki iddiasını şərh ediblər

Əl təmizləyiciləri beyindəki hüceyrələri belə MƏHV EDİR

Bu xəbər Türkiyədə şok effekti yaratdı - Ərdoğanın yerinə onu hazırlayırlar

Rusiya sülhməramlıları Azərbaycanı hansı istiqamətdən tərk edir?

Planetin üzərindəki sirr - Ürək forması necə yaranıb?

Bütün xəbərlər