11:57 / 26-06-2022
Putin təcili Kremlə gəldi
Azərbaycanda ağır qəza: Ölən və yaralananlar var

 
 
 
 Qəbələdə ağır yol-nəqliyyat hadisəsi olub.
Lent.az-ın məlumatına görə, hadisə Ağdaş-Zarağan avtomobil yolunun Qəbələ rayonu Böyük Əmili kəndi ərazisindən keçən hissəsində baş verib.
Rayonun Savalan kənd sakini Kamil Xasıyevin idarə etdiyi "Opel” markalı avtomobillə Afiq Mahmudovun idarə etdiyi VAZ-2106 markalı avtomobillər toqquşub.
Nəticədə Afiq Mahmudov və VAZ-dakı sərnişin, 44 yaşlı Böyük Əmili kənd sakini Cumar Mirzəliyev hadisə yerində ölüb. "Opel” markalı avtomobilin sürücüsü Kamil Xasıyev və sərnişinləri - Mehriban və Arzu Xasıyevalar, eləcə də iki azyaşlı müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı cinayət işi başlanılıb
 
 
 
.

Tarix: 16-05-2022, 14:24


Bölməyə aid digər xəbərlər
27-06-2021, 10:26 Gecə ağır qəza: ölən var