Masallının yeni
 
Emin Əhədovu ölümcül döyərək, qollarını sındıran şəxsləri kimlər müdafiə edir?

Ötən əsrin 90 -cı illərindən miras qalan bəzi zorakılıq ənənələri Masallıda yenidən zühur etməkdədir. Kim güclüdürsə, gücsüzün haqqını tapdalaya və ya dövlət orqanlarının gözləri qarşısında əzişdirib xəsarət yetirə bilər. Dünən bazarda, küçədə, künc - bucaqda bardaş qurub stakanla semiçka və xırdavat satanlar və onların övladları çirkli yollarla əldə etdikləri varidat hesabına imkanlı iş adamları kimi ortaya çıxaraq cəmiyyətə əzələ nümayiş etdirirlər. Onları quduzlaşdıran əsas amil Cənub bölgəsində tüğyan edən narkotik vasitələrin alqı- satqısından qazandıqları puldur! Çox acınacaqlıdır ki, dövlət orqanları bu zümrənin gəlir mənbələrini vaxtında araşdırıb hüquqi tədbirləri həyata keçirtməmişdir. Çirkli pullar isə onları sahibkarlara çevirmişdir. Bu zümrədən törəyənlər hüquq - mühafizə orqanlarında bəzi şəxslərlə sıx bağlantılar qurub bütün problemlərin pulla aradan qalxacağına əmindirlər.
Cari ilin iyun ayında sosial şəbəkələrdə Masallı şəhər sakini Əhədov Emin Əhəd oğlunun may ayının 29 - da qonşuları Spartak və Azər Nadirovlar tərəfindən amansızcasına döyülüb ağır bədən xəsarətləri alması barədə məlumatlar yayıldı. Hadisə ilə bağlı araşdırmalar aparmağa başladıq. Öyrəndik ki, "qoçu"ların ataları "Hacı" Abı Nadirov ötən əsrin 90- cı illərindəki qarmaqarışıqdan istifadə edib İrandan gətirilən xırdavatın və narkotik vasitələrin alqı- satqısıyla varlanıb və Həcc ziyarətinə getdikdən sonra Masallıda imkanlı iş adamı kimi tanınmağa başlayıb. Lakin el arasında ona deyilən ayaması bu gün də unudulmayıb.
Həmin ayama ilə tanınan Abı ötən əsrin 90 -cı illərində uzun müddət pul alveri ilə məşğul olaraq həm də "dollar Abı" ləqəbi ilə tanınıb. Masallıda" Xan çinar" şadlıq sarayının və digər ticarət obyektlərinin sahibidir.
Spartak 2000- ci illərin ortalarında müğənni Xatirə İslamla bağlı macəralarına görə gündəmə gəlib. Külli miqdarda borca düşüb. Deyilənə görə "Hacı" Abı onun borclarını qaytarmağın vahiməsindən hətta şəkər xəstəliyi tapıb. Spartak bu gün ətrafına bəzi qoluzorluları yığaraq Masallıda münaqişəli tərəflər arasında mübahisəli məsələlərin haqq- hesabını (razborka) aparır, sələm tələb edir, qanuna sığmayan digər əməllərlə məşğul olur. Öyrəndiyimizə görə "Hacı" Abının və törəmələrinin azğınlıq etmələrinin əsas səbəbi Masallı rayon İHB- nın sabiq 1- ci müavini "Hacı"Nadir Abıyevlə qohumluq əlaqələridir. Belə ki, hər iki hacı qudadırlar. Spartak məhz həmin qohumluğa görə dəfələrlə cinayət məsuliyyətindən yayına bilib.
Bildirək ki, Spartak və qardaşı Azər tərəfindən vəhşicəsinə döyülən Emin Əhədov ruhi xəstədir. Xəstəliyinə görə pensiya alır. Tanıyanlar deyir ki, sakit həyat tərzi sürür. Kimsə ilə münaqişəsi olmur. Onun atası Əhəd Əhədov "Hacı" Abı ilə əmiuşağıdır. Bir şəcərəyə mənsubdurlar. Əhəd Əhədov vaxtilə "Hacı" Abıya kömək edib, ona dəstək olub. Onların arasındakı mübahisənin əsas səbəbi Əhəd Əhədovun babasından miras qalmış evin Masallı rayon İH- nin sabiq Başçısı Rafil Hüseynov tərəfindən 2020- ci ildə "Hacı" Abının kürəkəni, Masallı şəhərinin keçmiş ərazi nümayəndəsi Laçın Sadıqova 70 min ABŞ dollarına qanunsuz olaraq satılması olmuşdur. Alqı -satqı prosesində Masallı rayon İHB- nın hazırkı 1- ci müavini Məmmədhüseyn Hüseynov və İH -nin memarlıq və tikinti şöbəsinin müdiri Abas Mikayılov yaxından iştirak etmişlər. Yəni onların da hesabı ödənilib. Məhz bundan sonra Əhəd Əhədov ölkə Prezidenti İlham Əliyevə, Baş Prokuror Kamran Əliyevə və digər dövlət rəsmilərinə şikayət etmişdir. Masallının hazırkı İHB -sı Şahin Məmmədov isə Məmmədhüseyn Hüseynovun canfəşanlıq etməsi nəticəsində Masallı şəhərinin sabiq ərazi nümayəndəsi Kamal Mazanovu vəzifəsindən azad edib Prezident Adminstrasiyasına "günahkarın" cəzalanması barədə arayış göndərmişdir. Rayon İcra Hakimiyyəti rəhbərliyinin tamahı bu gün qonşular arasında "ədavət və kin ocağı yandırıb". Maraqlıdır ki, rayonun hüquq mühafizə orqanlarının məsul şəxsləri bu günə kimi Emin Əhədova ağır xəsarət yetirmiş Spartak və Azər Nadirovlar barəsində əsaslı hüquqi tədbirlər həyata keçirtmirlər. Kimsə başqasına bir sillə vurduqda Masallı rayon Polis şöbəsinin rəhbərliyi dərhal ölçü götürür və adamın sanki anadan əmdiyini burunlarından gətirirlər. Necə olur ki, adamı döyərək yarımcan vəziyyətə salmış qardaşlar barəsində susurlar? Masallı polisinin rəisi Azay Ağayevi susduran səbəb nədir?! Öyrəndiyimizə görə Emin Əhədovun döyülməsiylə bağlı rayon polis şöbəsində açılmış təhqiqatın aparılmasına İH- nin Başçısı Şahin Məmmədov və onun 1- ci müavini Məmmədhüseyn Hüseynov təzyiq göstərirlər. Onlar "Hacı" Abı ilə anlaşmanın qarşılığında cinayət işinin obyektiv təhqiqatına mane olurlar. Masallıda deyirlər ki, bütün qara daşların altından Məmmədhüseyn çıxır.
Araşdırmalarımız nəticəsində həm də öyrəndik ki, rayondakı kriminal aləmlə Məmmədhüseyn Hüseynovun sıx əlaqələri vardır. Məhz bu səbəbdən Şahin Məmmədov onunla yaxın münasibət saxlayır. Bazarlardan, ticarət şəbəkələrindən, sahibkarlardan və digər müəssisələrdən alınanlar Məmmədhüseynin vasitəsiylə lazımi yerə çatdırılır. Rayonda yaranmış anarxiyanın səbəbkarları məlumdur. İnsan hüquqlarının müdafiəsi və dövlət quruculuğu barədə bəlağətlə danışan Milli Məclisin deputatları - Məşhur Məmmədov və Anar İsgəndərov isə hələki susqunluq nümayiş etdirirlər. Zorakılıq isə hədd -hüdud tanımır və Spartak kimi "kabadayılar" cəmiyyətdə söz sahiblərinə çevrilirlər.
Ümid edirik ki, Respublikanın Daxili İşlər Naziri cənab Vilayət Eyvazov Masallı rayonundakı kriminal mühitin nəzarətə götürülüb tədbirlər görülməsi barədə ciddi tapşırıqlar verəcəkdir.
Spartak və qardaşı Azər kimi "kabadayıların" cinayət əməllərinə hüquqi qiymət veriləcək və himayədarları aşkarlanacaq.
P.S. Masallı rayonunda yaranmış kriminal özbaşınalığın jurnalist təhqiqatını davam etdirəcəyik.
54-30=24-ün və Lənkərana transferin nə demək olduğunu, Nəsimi, Arif, Spartak, Azər birliyinin mənfi epizodları və Nazim müəllimə təşəkkürlər növbəti yazımızda.
gundelik baki.com
Teref.az olaraq məqalədə toxunulan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər