XX əsrin sonu - XXI əsrin texnoligiya əsri kimi tarixə düşməsi faktdır. Çünki, hal-hazırda elm və texnika o mərhələyə qədər inkişaf edib ki, artıq bütün həyat elektronlaşır, məxfilik imkanları getdikcə azalır, təhlükələr və risklər artır. Xüsusilə də internet, mobil telefonlar və onların çoxsaylı funksiyaları icad olunduqdan sonra, ağıla gələn və ya gəlməyən hər bir hoqqalar aşkara çıxarılır. İndi qeyd edəcəyimiz şantaj, təxribat, dövlət qurumunun və ya qeyri-dövlət qurumlarının adından sui-istifadə halları da, məhz mobil telefon və internet vasitəsilə dəqiqləşdirilmişdir.  

     Belə ki, 11 may 2022-ci il tarixdə redaksiyamıza İmişli-Biləsuvar yolunun üstündə fəaliyyət göstərən bir neçə ictimai-iaşə müəssisələrində, insan alverinə şəraitin yaradılması haqda məlumatlar daxil olduqdan sonra, həm yerli polis şöbəsinin əməkdaşlarına, həm də Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə bu barədə məlumat verməyi özümüz üçün borc bildik. Düzdür, çatdırdığımız məlumatlar əsasında həm yerli polis şöbəsinin əməkdaşları, həm də DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru cənab Elşad Hacıyev, problemin diqqətdə saxlanılacağı və bu yöndə lazımi araşdırmaların aparılacağını bildirdilər. Məsələnin maraqlı tərəfi o oldu ki, biz aidiyyatı üzrə məlumatı çatdırdıqdan təqribən bir saat sonra, özünü Azərbaycan Respublikasının Baş Prokuroru Yanında Korrupsiyaya qarşı Mübarizə Baş  İdarəsinin əməkdaşı olaraq təqdim edən Ceyhun Paşayev adlı şəxs, redaksiyanın rəhbərliyi ilə əlaqə saxlayıb, səhəri gün (bu gün) adı çəkilən bu dövlət qurumuna dəvət olunduğunu bildirir. Bu yöndə apardığımız araşdırmalar zamanı bəlli oldu ki, "yuyulmamış çömçə” kimi ortaya düşüb şantaja keçən bu şəxs, heç də Azərbaycan Respublikasının Baş Prokuroru Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı deyilmiş, sadəcə olaraq o, idarə, müəssisə və təşkilatların qapılarında pul dilənən "jurnalist”lərdən biridir.

      Məsələnin daha eybəcər tərəfi o oldu ki, özünü Azərbaycan Respublikasının Baş Prokuroru Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı deyə təqdim edən Ceyhun Paşayevin etdiyi telefon zəngindən az sonra, daha iki xanım bu məsələyə girişirlər. Amma, onlar Ceyhun Paşayevdən fərqli olaraq özlərini hansısa ictimai qurumun əməkdaşı olaraq təqdim edirlər və həmin iki xanım da, redaksiya rəhbərliyinin Azərbaycan Respublikasının Baş Prokuroru Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə dəvət olunduğunu dilə gətirirlər. Yəni, hər iki xanım "sən "Banditizm”ə gəl, səni qarşılayıb, orada səninlə məşğul olacaqlar” deyirlər. Bu yöndə apardığımız araşdırmalar zamanı o da bəlli oldu ki, istər Ceyhun Paşayev adlı şəxsin, istərsə də hər iki xanımın redaksiya rəhbərliyinə telefon zəngi etməkdə başlıca məqsədləri, onu Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin adından qorxutmaq və İmişli-Biləsuvar yolunun üstündə fəaliyyət göstərən, hansı ki, insan alverinə şərait yaradan obyektlərin sona qədər himayəçiliyini həyata keçirmək olur.  Düzdür, həmin şəxslər belə bir dar düşüncəyə sahib olsalar da, reallıq tamam başqadır. Çünki, həmin şəxslər hələ də dərk etmirlər ki, XXI əsr tarixə texnoligiyalar əsri kimi daxil olub. Ona görə də, hansısa obyektdə insan alverinə şəraitin yaradılması gectez müəyyən olunacaq və onların bu yöndə etdikləri himayəçilik isə, heç bir nəticə verməyəcək.

      Onu da qeyd edək ki, redaksiyamızda həmin şəxslərin istifadə etdikləri mobil nömrələr və bizimlə danışdıqları səsyazıları var. Lazım olacağı təqdirdə onları aidiyyatı dövlət qurumlarına təqdim etməyə hazırıq.

 

 

 

 

 

 

 

 

 

 

 


Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər