“Rəhim Qazıyevi bağışlaya bilmərəm” - Hüquq müdafiəçisi
Məlum olduğu kimi, ötən ayın 13-də barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilmiş sabiq müdafiə naziri Rəhim Qazıyev quru aclıq aksiyasına başlamışdı. Bu barədə Rəhim Qazıyevin ailəsi “Amerikanın səsi”nə bildirmişdi.

Bəs hazırda Rəhim Qazıyevin vəziyyəti necədir? Aclıq aksiyasına davam edirmi? Hüquq müdafiəçilərindən kimlər onunla maraqlanıb?

İlk öncə xatırladaq ki, Rəhim Qazıyev iyulun 13-də Cinayət Məcəlləsinin 281-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar) və 282-ci (Təxribat) maddələri ilə başlanılmış cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılıb. Bununla bağlı Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun mətbuat xidmətləri birgə məlumat yayıb.

Məlumatda deyilir ki, 2020-ci il iyulun 12 və 13-də sabiq müdafiə naziri Rəhim Qazıyevin Azərbaycan-Ermənistan sərhədində düşmənin təxrtibatları ilə bağlı döyüş əməliyyatlarının aparıldığı və bu barədə Müdafiə Nazirliyi tərəfindən ictimaiyyətə müntəzəm rəsmi məlumatlar verildiyi bir vaxtda, məqsədyönlü şəkildə sosial şəbəkələr vasitəsi ilə hadisələrin mahiyyəti barədə aşkar surətdə həqiqətə uyğun olmayan xəbərlər yayıb Azərbaycanın müdafiə qabiliyyətini zəiflətməyə yönələn hərəkətlər edərək, insanları iğtişaşlara, dövlət hakimiyyətini zorla ələ keçirməyə açıq çağırışlar etməklə təxribat törətməsinə əsaslı şübhələr müəyyən olunub.

Rəhim Qazıyev 1992-ci ilin martından 1993-cü ilin fevralınadək Azərbaycanın müdafiə naziri olub. O, 1993-cü ildə Şuşanın işğalında və vətənə xəyanətdə ittiham edilib, barəsində ölüm hökmü çıxarılıb. Sonradan ölüm cəzası ömürlük həbslə əvəz edilib. 2005-ci ildə prezident İlham Əliyevin əfv fərmanı ilə azadlığa buraxılıb.

Rəhm Qazıyevin aclıq aksiyasına davam edib-etmədiyini müəyyənləşdirmək üçün Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə müraciət etdik. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov məsələ ilə bağlı “Yeni Müsavat”a açıqlamasında bildirdi: “Hazırda Penitensiar Xidmətinin tabeliyində olan qurumların heç birində həbs edilmiş şəxs və ya məhkum aclıq aksiyası keçirmir”.

Hüquq müdafiəçilərindən Novella Cəfəroğlu isə bildirdi ki, bu müddət ərzində Rəhim Qazıyevlə bağlı maraqlanmayıb və onu heç vaxt müdafiə etməyi düşünmür: “Mən onunla heç maraqlanmamamışam. Qoy onunla digər hüquq müdafiəçiləri maraqlansın. Ola bilər ki, hüquq müdafiəçisi kimi düzgün hərəkət etmirəm, buna görə məni tənqid edə bilərlər. Lakin Rəhim Qazıyev mənim üçün yoxdur. Heç vaxt da onu müdafiə etmərəm. Doğrudur, zamanında onu çox müdafiə etmişəm. Amma indi düşünürəm ki, çox nahaq etmişəm. Amma qoca adamdır, qoy başqa hüquq müdafiəçiləri onun müdafiəsinə qalxsın. Düşünürəm ki, onu müdafiə etmək istəyən çox adam var. Onlardan biri də Leyla Yunusdur. Amma mən etməyəcəm. Çünki Rəhim Qazıyevdir, Surət Hüseynovdur, onların ucbatından Qarabağda çoxlu sayda ölən gənclərimiz var. Buna görə onları bağışlamaq olmaz”.

Son xəbərlər

Havalar istiləşən kimi bu xəstəliklər yayılacaq - XƏBƏRDARLIQ

Son 20 ilin ən böyük XƏBƏRDARLIĞI - Martın 29-dək...

F-16-lar Rusiyaya qarşı istifadə edilsə, onlar qanuni hədəfə çevriləcək - Putin Qərbi hədələdi

Aprelin 5-nə diqqət: Erməni revanşizmini körükləyən Qərb qanlı planı işə salır

İki il sonra ilk dəfə: Xarkova hava bombası ilə zərbə endirildi

Daha 27 şəhid ailəsi üzvü Naxçıvandan Şuşaya yola düşüb

D vitamini almaq üçün Günəşin altında nə qədər qalmalıyıq?

Tikinti materialları bazarında SON VƏZİYYƏT: Hansı məhsullar UCUZLAŞDI?

Ermənistan “Crocus”da törədilən terror aktını pisləməyib

Qanunsuz evlər yaxın vaxtlarda sənədləşdiriləcək? - AÇIQLAMA

Müəllim sənəti müqəddəs sənətdir

GƏNCƏ ŞƏHƏR SABİR KÜÇƏSİNDƏKİ MƏHŞUR BAXICI NATAŞA XANIMA KİMLƏR HİMAYƏDARLIQ EDİR VƏ AİDİYYATI QURUMLAR HARA BAXIR?

Hərbi xidmət yaşı artırılmalıdır? – Polkovnik və psixoloqdan TƏZADLI YANAŞMA

Sonra da deyirsiiniz ki, turistlər niyə gəlmir… – HARA VƏ NİYƏ GƏLSİNLƏR Kİ?..

Lənkəranın icra başçısını bu səbəbdən öldürmək istəyiblər – İlham İsmayıl ŞOK detalları açıqladı

Elnur Rzayevin rayondan ümumiyyətlə, xəbəri yoxdur…” Belə başçı olar?- GİLEY

Şərlənərək həbs edildiyi iddia olunan şəxsin anası ölkə başçısına müraciət etdi-Şikayət

“WhatsApp”dan videolarla bağlı YENİLİK

Kremldən Ermənistan etirafı: Təəssüf ki...

Azərbaycan 4 kəndi götürəcək və İrəvana... - Paşinyanın qapalı görüşdəki etirafı yayıldı

Paşinyan: “Ermənistan KTMT-də iştirakını dondurub”

Sabah 17 dərəcə isti olacaq - HAVA PROQNOZU

Şəmkir rayon Düyərli Tibb Ailə Sağlamlıq Mərkəzinin həkimi Nizami həkim öz peşəsini vicdan və ləyaqətlə icra edir

Mən dünyada müəllimdən yüksək ad tanımıram!

Tələbələr belə hallarda universitetdən xaric ediləcəklər

Moskva terrorunun təşkilatçıları bu ölkədə də qətliam planlaşdırıbmışlar - ŞOK DETALLAR

ÜST havadakı çirklənmənin və insanların vaxtsız ölümünün üstünü açdı

DTX-dən əməliyyat: Azərbaycanda teraktlar planlaşdıran şəxs tutuldu

Moskva terrorunda ittiham olunanları hansı cəza gözləyir?

Əhaliyə xəbərdarlıq - Martın 26-da...

Türkiyə Qəzzaya ən çox yardım edən ikinci ölkədir

Günəşdə partlayış: güclü maqnit qasırğası gözlənilir

Ukrayna Moskvadakı hücumla bağlı ittihamları RƏDD ETDİ

Bütün xəbərlər