Bakı şəhəri, Nizami küçəsi 53, mənzil 41-də yaşayan, Maliyyə Təsərrüfat Fəaliyyətinin Təhlili üzrə iqtisadçı-ekspert Abdullayev Böyükağa Abdulla oğlu tərəfindən "Hürriyyət”in redaksiyasına növbəti şikayət məktubu daxil olub. Hurriyyet.az həmin məktubu olduğu kimi dərc edir:


"Hörmətli redaksiya!

Hər gün dövlət qurumlarının qarşısında "uşaqpulu” deyərək ah-nalə çəkən ana-bacılarımızı, "yavan çörək pulum yoxdur”, "pensiyam işiq, qaz pulunu verməyə çatmır” deyən ahıl nənə-babalarımızı, "vətən-torpaq uğrunda gözümü, qolumu, qıçımı itirmişəm, dərman pulu tapmıram” deyən qazi qardaşlarımızı, bütün vətəndaşlarımız kimi, mən də görürəm.

Mən də minlər kimi düşünənlərdən biriyəm, mən də deyirəm ki, gözəl dövləti, gözəl sərvəti, gözəl insanları olan bu millət niyə ac-yalavac, səfalət içində yaşamalıdır?!

Buna görə 2022-ci ilin dövlət büdcəsinin bolgüsü diqqətimi çəkdi. Kimlərə, hansı qurumlara nə məqsədlə, nə qədər pul vəsaiti ayrıldığını nəzərdən keçirdim.

Bunun da obyektiv və subyektiv səbəbləri vardır. İxtisasıma üyğun bir azda təhlil apardım. Obyektiv səbəblərindən biri odur ki, bu qədər inkişafın, sərvətin qabağında insanlar nəyə görə aclıqdan, kasıblıqdan, səfalətdən ah-nalə çəkirlər? Subyektiv səbəblərindən isə biri odur ki, bu məmurlar nə tez harınlaşırlar, bu qədər milyonları haradan necə əldə edirlər, xalqı niyə saymırlar, niyə veclərinə almırlar?!

Axı, onlara dövlət büdcəsindən ayrılan vəsaitin təyinatı vardır. Həmin vəsait təyinatı üzrə xərclənməlidir. Sən demə, heç də bizim düşündüyümüz kimi deyil. Qısası, hələlik məni dövlət büdcəsindən ayrılan bir vəsaitin təyinatı çox narahat etmişdir. Hərdən fikirləşirəm ki, elə dövlətin büdcəsini dağıdanlar, talan edənlər, paymal edənlər elə bunlardır. Sonra düşünürəm ki, səhv etmiş olaram. Qoy bu məsələdə fikrimi ictimayətlə bölüşüm, görək vətəndaşlar nə deyirlər...

2022-ci ilin dövlət büdcəsindən elm sahəsinə, adı qeyd edilən 10 təşkilata və qeyd edilməyən 4 müəmmalı təyinat üzrə 133.912.851,0 manat vəsait ayrılmışdır. Onlardan Milli Elmlər Akademiyasını, Prezident yanında Elmin İnkişaf Fondunu, Təhsil Nazirliyini və s. başa düşdüm. Başa düşmədiyim, adı qeyd edilən həmin 10 təşkilatdan biri Ədliyyə Nazirliyidir. O Ədliyyə Nazirliyi ki, elm-sahəsinə 7.524.305,0 manat büdcədən vəsait ayrılmışdır... Bax, bunu başa düşə bilmədim. Bu vəsait görəsən nə məqsədə xidmət edir? Bunu sizlərlə bölüşmək istəyirəm.

İnternet üstündən ELM nə olduğunu axtarış etdim. Elmin 2000 il bundan əvvəl yarandığını və müxtəlif - Tibb, Fizika, Kimya, Geologiya, Biologiya, Astranomiya və s. sahələrinin olduğunu aydınlaşdırdım. Ədliyyə Nazirliyinin əsasnaməsinin seyrangahını seyr etdim, çox-çox təəssüflər olsun ki, elmin yuxarıda qeyd etdiyim sahələrinin Ədliyyə Nazirliyinin funkusiyası ilə heç bir bağlılığının olmadığını anladım. Döstlar, sizlərə əziyyət verməmək üçün, istədim özüm düşünəm, bu məsələnin cavabını da özüm tapam. Tapdığım cavabı da sizlərlə bölüşmək istəyirəm.

Azərbaycan Respublikasının Elmilər Akademiyası və Ədliyyə Nazirliyi bir-birinə çox yaxın qurumlardır. Hər ikisi Elmlər Akademiyası metrosunun yanında, biri yolun üstündə, o biri yolun altında yerləşir. Maliyyə Nazirliyi, 7.524.305,0 manatı yolun üstünə, Elmlər Akademiyasına ayırmalıymış, sən demə. səhv salıb yolun altına Ədliyyə Nazirliyinə göndərib. Bax, budur faciəmiz, bax budur dəhşət, bax bunlardır dövləti talan edənlər, bax bunlardır "uşaqpulu”nu, qazilərin dərman pullarını yeyənlər. Ona görə də haqqını tələb edənlər məhv edilir, zindanlara atırlar, insalar yavan çörək pulu tapmırlar.

Məmurları harınlaşdıran bu cür havayı büdcədən ayrılmış milyonlardır.

Ardı olacaq, növbəti yazımızı izləyin... Büdcədən ayrılan vəsaitin təxminən 1000.000.000 manatdan artığının sərəncam verəni Ədliyyə naziridir... Əgər aradan götüzdürməsələr, öldürtdürməsələr bu milyardların taleyi barədə məlumat verəcəyəm...

Böyükağa ABDULLAYEV

Maliyyə Təsərrüfat Fəaliyyətinin Təhlili üzrə iqtisadçı-ekspert”.

Hurriyyet.az

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Son xəbərlər

ETSN Nərimanovun rəhbərliyinə SÖZ KEÇİRƏ BİLMİR? – GÖRÜNƏNİ BUDUR…

Elçin Tağıyev vəzifəyə təyin edildi - FOTOLAR

Azərbaycan Ordusu Tavuşa atəş açıb? – Ermənistan MN

Şəbnəm Tovuzlunun Hacısı: TENDER KRALI İMİŞ…

İcra başçıları arasında gizli rəqabət başladı – Görün nəyin davasını edirlər…

Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı – VİDEO

Əfv sərəncamı nə vaxt veriləcək, kimlərə şamil ediləcək? – AÇIQLAMA

FHN-nin idarə rəisi işçilərin məzuniyyət hüququnu pozub? – Elnar İmanov cərimələndi, narazı qaldı

Sumqayıt İcra Hakimiyyətində Gündüz Əliyevlə Adil Xudadatov arasında başlanan çəkişmənin GİZLİN SƏBƏBLƏRİ

Xırdalandakı bağça müdirinin şok səs yazısı – Müəllimləri niyə təhdid edir

Gəncə xəstəxanasının vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edildi

Zakir Fərəcov – Gündüz Əliyev cütlüyünün ağılasığmaz cinayət əməlləri – Prezidentə MÜDHİŞ faktlar

“Düz əyrini kəsir” – Görülən işlərə nəzər saldıqda…

Ermənistan müxalifətinin etirafı: Göyçə və Zəngəzurun bir hissəsi Azərbaycana qaytarılacaqmı? - VİDEO

Gürcüstanda vəziyyət təhlükəli fazaya keçir: naməlum şəxslər HÜCUMA KEÇDİLƏR

Gümrüdə Azərbaycanın hərbi bazası olsun – Ermənistanda şok iddia

İrəvan Almatıda Bakıya təslim olacaq – Ermənistanda nədən qorxurlar?

Abşeronda ANARXİYA və KORRUPSİYA… Sən saydığını say, gör Fərzəliyev nə sayır

Yevlaxın YARITMAZ BAŞÇISI Dövlət vəsaitini talayır- BU NƏDİ BELƏ?!

Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:vəzifə təyinatları, aylıq paketlər və s.

Qazaxda BİABIRÇILIQ: 3 min illik Tarixi abidə sökülüb üzərində obyekt tikilir

Xəqani Bəşirlinin ümidinə qalan KADR SİYASƏTİ… – “Bu adam ən böyük sehrbazdır…”

İbarhim Nehrəmlinin Qəbələdə törətdiyi ekoloji terrordan Muxtar Babayevin xəbəri varmı

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

“VEYSƏLOĞLU” Aydın Talıbov, bu dünyanı oyuncaqmı bilirsən?- Mansur Məmmədov

Milyonçu Adnan Əhmədzadənin “Rahat market”i işçiləri qula çevirib

İcra başçısının qohumu həbs edildi.Növbə Başçıya da çatacaq…

Xəbərdarlıq: Yer kürəsini bürüyən “qırmızı” maqnit qasırğasının 5 FƏSADI

İlham Əliyev bu qanunu təsdiqlədi

Qız oğlana, oğlan qıza bənzəyir: Azərbaycanı bürüyən bəlanın qarşısı necə alınmalıdır?

İndi biz sülhə doğru gedirik - İlham Əliyev

Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi - İlham Əliyev

Türkiyə Ermənistanla sülh istəmir: 4 kəndin Azərbaycana qaytarılması İranda necə qarşılanıb?

Bütün xəbərlər