Kubra Məhərrəmova yazır...
Bu günlərdə azərbaycanlı iş adamı Mübariz Mənsimov çoxdandır yerini itirdiyi Azərbaycan gündəminə qayıtmaq üçün ciddi cəhdlər edir. Məqsədi nədirsə, onu anlayana eşq olsun. Adam "tiktoker”mi olmaq istəyir, ya komplekslərimi var?
PR-dan az-çox başı çıxan varsa, o dəqiqə bu qeyri-peşəkarlığı hiss edəcək. Adi kütlə üçün iki-üç günlük "TikTok”da fırlanan videolar kimi təsirə malikdir.
Söhbət Mübariz Mənsimovun son günlər öz ətrafında yaratdığı ajiotajdır.
Şəhid anaları üzərində reklam və PR qurmaq, bunu videoya çəkib paylaşmaq ən azından qeyri-peşəkar piardır. İkincisi, ən azından, insanların övlad itkisi üzərində qurulan manipulyasiyadır. Heç doğru addım deyil. Əgər həqiqətən də bir şəhidin adını öz şirkətində əbədiləşdirmək istəyirsənsə, sakitcə bunu edirsən. Onsuz da belə gözəl addımlara dəyər verən xalq özü bunu qəşəngcə piar və reklam edəcək.
Zənnimcə, Mübariz Mənsimov öz peşəkar piarçılarının məsləhətini dinləmir və öz bildiyi kimi iş görür. O da ki göz qabağında.
Qaldı ikinci məsələ... Xeyirxahlıq, xeyriyyəçilik və bunun kimi digər gözəl əməllər həm Allah qatında, həm də insanların gözündə gizli qalmalı olan məqamdır. Çünki Allah istəməz ki, biz kiməsə bir tikə çörək verəndə onu hamının yanında xar edək. Necə deyərlər, sağ əlin verdiyini sol əl bilməli deyil. Əminəm ki, "Əfqanıstan müharibəsini keçən” Mübariz Mənsimov da bu kəlməni eşitməmiş deyil. Bəs o zaman özünü xalqa yaxın satmağa çalışan milyonçu niyə belə edir?
Deməli, məğz heç də xeyriyyəçilik və çətinə düşən insanlara yardım etmək deyil. "Mən, mənəm hamıdan xeyirxah, hamıdan çox sizi düşünənəm, məndən yoxdur, mən əsl Vətən oğluyam”. Sadəcə, maraqlıdır, bu obraz kimə və nəyə lazımdır?
Yalandan, şəxsi ideyalar üzərindən yaradılan bu piar obrazı hansı məqsədlərə xidmət edir? 
Yəqin ki, elə məsələlər var ki, onları ört-basdır etmək üçün.
Məsələn, hər zaman, bütün çıxışlarında "şirkətimdə üçüncü nəsil erməni olduğunu eşitsəm, dərhal qovaram. Azərbaycanlı erməni ilə əməkdaşlıq edərsə, o, azərbaycanlı deyil, xaindir” deyən Mübariz Mənsimovun reallıqda gizli məqamlarının olduğu üzə çıxdı. 
Sən demə, Mübariz Mənsimovun ABŞ xəzinəsini bir milyard dollarlıq aldadan və 130 il həbs cəzası istənilən amerikalı iş adamı Levon Termencyanla əlaqələri var imiş, şərik imişlər. 2016-cı ildə Mənsimovla bu adam şərikli olaraq "Palmali USA LLC” gəmi şirkəti yaradıblar. Deyirlər ki, pulun qoxusu olmur. Yiyəsinin də bir fərqi yoxdur - ermənidir, rusdur, ingilisdir. Biznes - biznesdir. Əla. O zaman bu "ermənini asaram-kəsərəm” mesajı nə idi?
Onsuz da səndən haqq-hesab alan yoxdur ki, kiminlə nə iş qurursan. Biznesini qur, insanların pulunu ver. 
İşçilərin pulunu ver məsələsində hər zaman özünü haqq yeməyən rəhbər kimi tanıdan Mübariz Mənsimovun adı dəfələrlə neqativ məsələlərdə hallanıb. Onlardan biri də "Shovket Alekperova” adlı şirkət gəmisində çalışan 150 nəfər işçinin yüz minlərlə dollar dəyərində olan maaşlarını ala bilməməsidir. Üstəlik, gəmidəkilər yemək və təmiz su problemindən də əziyyət çəkiblər. Dənizçilərin çoxunun "Palmali” şirkətinin gəmilərində çalışmaqdan imtina etməsi barəsində də tez-tez eşidirik. Ən azı, altı ay su üzərində yaşayan, min-bir əziyyət çəkən, tufan-təhlükə ilə üz-üzə dayanan adi zəhmətkeşlər səfər bitəndən sonra qapı-qapı düşüb halal zəhmət haqlarını yalvararaq almaqdan bezirlər. Ona görə də məhz bu şirkətdən təklif gələndə uzaq dururlar. 
Adamın qəribə taktikası var. Onun kölgədə gördüyü işlər işığa çıxan kimi ortalığa "üç-beş tələbəyə yardım etdim, oxutdum”, "Türkiyədə yaşayan azərbaycanlılara iftar verdim”, "Əfqanıstanda döyüşdüm”, "erməniylə iş görmərəm” kimi mesajları mətbuata buraxır. Adam isə danışdıqca batır. Öz sahəsində batırdığı gəmilər kimi indi də nüfuzunu batırır.
Təəssüf ki, bu nüfuzu xilas etməyə nə layklar, nə "TikTok”da baxışlar, nə də mediaya buraxılan videolar, müsahibələr kömək edəcək.

Son xəbərlər

ŞƏHİD ADINA EDİLƏN HÖRMƏTSİZLİK DÖVLƏTƏ EDİLƏN XƏYANƏTDİR

Dörd kənd necə qaytarıldı? - İlham Əliyevin qələbə strategiyasının DETALLARI

4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi

Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar

Görünməmiş istilər: 200 ildən bir baş verən fəlakət...

NASA: “2024-cü ildə insanlar nadir kosmik fenomenin şahidi olacaqlar”

"Əliyev Elçibəyin çıxardığı ordunu geri qaytardı" deyənlər... - Parlamentdə vacib müzakirə

İranın Azərbaycana qarşı riyakar planı: Bu iki mesajı ona görə verir ki...

Bu qadınlar pensiyaya tez çıxacaq

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Yazın gəlişi bəzi infeksion xəstəliklər gətirir: Necə qorunmalı? - Professor izah edir

ÜST-dən QORXULU AÇIQLAMA: "Martda 25 mindən çox insan..."

Ürək ritminin pozulmasının YENİ TƏHLÜKƏSİ: Hər beşinci insan...

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir - VİDEO

Dünya fəlakətin bir addımlığında: Peyğəmbərin dedikləri gerçək olur

Ermənistan növbədənkənar seçkiyə gedəcək? - Paşinyan açıqladı

“WhatsApp”da uzun müddətdir gözlənilən yeni FUNKSİYA

Alimlər Yerə yaxın olan ikinci ən böyük qara dəliyi kəşf ediblər

Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO

Bakının bu ərazilərində evlər kəskin bahalaşdı - Səbəb nədir?

Paşinyandan sensasion açıqlama: Yaxşı ki, Azərbaycan 50 metr aralıdadır

Rusiyada miqrantlar üçün sərt qanun: bu üsul tətbiq olunacaq

Mayın 1-dən uşaqların birinci sinfə qəbul prosesi başlayacaq

Bakı Şəhər İcra Hakimiyyətindən özəl sektorda çalışanlara ÇAĞIRIŞ

ABŞ Dövlət Departamentindən Ermənistana geniş hərbi dəstəyin göstərilməsi barədə AÇIQLAMA

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə AÇIQLAMA + FOTO

İsrail ordusunun İranın zərbəsinə cavabı necə olacaq? - Qərar AÇIQLANDI

Rusiyalı politoloqlar Ermənistanın Azərbaycana qarşı Beynəlxalq Ədalət Məhkəməsindəki iddiasını şərh ediblər

Əl təmizləyiciləri beyindəki hüceyrələri belə MƏHV EDİR

Bu xəbər Türkiyədə şok effekti yaratdı - Ərdoğanın yerinə onu hazırlayırlar

Rusiya sülhməramlıları Azərbaycanı hansı istiqamətdən tərk edir?

Planetin üzərindəki sirr - Ürək forması necə yaranıb?

Bütün xəbərlər