“Yeddi gözəl” baleti Moskvada nümayiş olunacaq

"Kanal1.az"
Martın 30-da Moskva Quberniya Teatrının səhnəsində dünya şöhrətli Azərbaycan bəstəkarı Qara Qarayevin “Yeddi gözəl” baleti nümayiş olunacaq.

Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, SSRİ Xalq artisti Vyaçeslav Qordeyevin rəhbərlik etdiyi “Rus baleti” teatrı tərəfindən 2015-ci ildə səhnələşdirilən tamaşanın hər nümayişi böyük maraqla qarşılanır.

“Yeddi gözəl” bu il fevralın 9-da Qara Qarayevin anadan olmasının 103-cü ildönümü münasibətilə “Rus baleti”nin təqdimatında Moskva Quberniya Teatrında nümayiş olunmuşdu.

Baletin eyni səhnədə budəfəki təqdimatı isə dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr olunub.

Tamaşanın quruluşçu baletmeysterləri Azərbaycanın Xalq artistləri Rəfiqə Axundova və Maqsud Məmmədovdur. “Rus baleti” teatrının baletmeysteri, Azərbaycanın Əməkdar artisti Vitali Axundov tamaşanın yeni redaksiyanı hazırlayıb. Qeyd edək ki, Vitali Axundov vaxtilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Yeddi gözəl” baletində Bəhram şah rolunun ifaçısı olub.

“Yeddi gözəl” baletinin süjetinin əsasını dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin eyniadlı poeması təşkil edir. Sevgi, dostluq, xəyanət, hökmranlıq, sədaqət və ədalətdən bəhs edən poemanın motivləri əsasında görkəmli bəstəkar Qara Qarayevin yazdığı (libretto müəllifləri İsmayıl Hidayətzadə, Yuri Slonimski, Sabit Rəhman) baletin premyerası 1952-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında keçirilib.

Müxtəlif illərdə “Yeddi gözəl” baleti Rusiya (Moskva, Sankt-Peterburq, Ufa, Saransk, Sıktıvkar, Perm), Belarus, Ukrayna, Türkiyə, ABŞ, Belçika teatrlarında səhnəyə qoyulub.

SSRİ Xalq artisti, professor Vyaçeslav Qordeyevin rəhbərliyi ilə fəaliyyət göstərən “Rus baleti” Moskva Vilayət Dövlət Akademik Teatrı əksəriyyəti “Qu gölü”, “Yatmış gözəl”, “Şelkunçik”, “Jizel”, “Zoluşka”, “Don Kixot”, “Şəhrizad” kimi klassik nümumələrdən ibarət olan geniş repertuara malikdir. Bu teatra klassik xoreoqrafiyanın məşhur nümunələri və onların virtuoz ifası ilə yanaşı, həm də bədii rəhbərin müəllif quruluşları da şöhrət qazandırıb. Hazırda teatrın truppasında 70-dən çox rəqqas, balet müsabiqələrinin laureatları fəaliyyət göstərir. Hər il gənc ifaçıların qoşulduğu truppada ABŞ, İtaliya və Yaponiyadan olan balet artistləri də çalışır.

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər