Hadisə / Dünya / Manşet
12.05.2021, 16:29
Qanq çayı insan meyidi ilə doldu - FOTO
Hindistan koronavirus infeksiyasının şiddətli bir dalğası ilə mübarizə apardığı zamanda ölkənin şərqindəki Qanq çayında onlarla cəsəd açkarlanıb.
"Kanal1.az" xəbər verir ki, bu barədə CBS məlumat yayıb. Verilən xəbərə görə, çoxsaylı insanın ölmə səbəbi isə hələlik hökumətə bəlli deyil.
Bixar ştatının rəsmi məlumatına görə, yerli səhiyyə orqanlarının əməkdaşları Qanq çayından 71 cəsədi çıxara biliblər.
Sosial şəbəkələrdə çayda cəsədi tapılanların koronavirusdan öldüyü barədə məlumatlar yayılıb. Ancaq hökumətin cəsədlər üzərində apardığı müayinə nəticəsində onların koronavirusdan ölmədiyi bəlli olub. Ancaq ölümün səbəbini də tapa bilməyiblər.
Qonşu Uttar-Pradeş ştatının Qazzipur çayında da insan cəsədləri aşkar edilib.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay