Dünya / Manşet
2.05.2021, 09:57
İtkin düşən 6 balıqçıdan 3-nün cəsədi tapıldı
Rusiyanın Murmansk vilayətinin Teriberka rayonu yaxınlığında Kola körfəzində itkin düşən 6 balıqçıdan 3-nün cəsədi tapılıb.
“Kanal1.az” bildirir ki, bu barədə federal Təcili Yardım Xidmətinin nümayəndəsi açıqlama verib.
Bildirilib ki, balıqçılar Barents dənizində itkin düşüblər: "Üç balıqçının cəsədi tapılsa da, daha 3-nün taleyi məlum deyil".
Qeyd edək ki, balıqçılar 3 kiçik gəmi ilə dənizə çıxıblar.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay