Cəmiyyət / Dünya / Manşet
23.03.2021, 11:44
Ermənistanda son sutkada 24 nəfər koronavirusdan ölüb
Ermənistanda son sutkada daha 801 nəfər COVID-19-a yoluxub.
"Kanal1.az" xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 185 020-yə çatıb.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 24 nəfər artaraq 3 384-ə yüksəlib.
COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 862 nəfərdir. İndiyədək 168 721 pasiyent infeksiyadan sağalıb.
Hazırda ölkədə 11 602 aktiv koronavirus xəstəsi var.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay