Koronavirus infeksiyasının smartfonun və əsginasın üzərində qalma müddəti açıqlandı

Koronavirus infeksiyasının smartfonun və əsginasın üzərində qalma müddəti açıqlandı
Alimlərin apardığı araşdırma nəticəsində məlum olub ki, koronavirus infeksiyası əsginas, metal tutacaq və smartfonların səthində bir aya qədər qala bilir.

Bu barədə məlumat “Journal of General Virology” jurnalında dərc edilib.

Qeyd olunur ki, koronavirus infeksiyası otaq temperaturu şəraitində hamar səthlərdə 28 gün yaşaya bilir.

Alimlər xəbərdarlıq edir ki, COVID-19 infeksiyası smartfon ekranlı telefonlarda daha çox təhlükə törədir, belə ki, əllərdən fərqli olaraq insanlar onları mütəmadi olaraq dezinfeksiya etmirlər.


Tarix: 12-10-2020, 12:09


Bölməyə aid digər xəbərlər