Hadisə / Manşet
30.04.2021, 19:08
Masallıda qohumunun evinə gedən qonaq dəhşət yaşadı
Masallı rayonunda bıçaqlanma hadisəsi baş verib.
"Kanal1.az" bildirir ki, hadisə rayonun Ərkivan qəsəbəsində qeydə alınıb. Təxminən 20-25 yaşlarında olan ər və arvadı qohumları evə gələndə huşsuz vəziyyətdə döşəməyə yıxılmış formada tapıblar. Hər ikisinin bıçaq xəsarətləri aldığı bildirilir. Onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətləri ağır olaraq qiymətləndirilir.
Hazırda hadisəni törədən şəxs və ya şəxslərin, eləcə də xəsarət alanların kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay