Hadisə / Manşet
12.04.2021, 08:01
Qazax sakini həmkəndlisi tərəfindən bıçaqlanıb
Qazaxda bıçaqlanma hadisəsi baş verib.
"Kanal1.az" bildirir ki, hadisə rayonun Şıxlı kəndində qeydə alınıb.
Kənd sakini, 1984-cü il təvəllüdlü Məmmədov Zaur Seyfəddin oğlu bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Xəstə dərhal əməliyyat olunub, vəziyyətin kafi olduğu bildirilib.
Həmkəndlisini bıçaqlayan şəxs saxlanılıb. Məlumata görə, 37 yaşlı kişini mübahisə zəminində həmkəndlisi bıçaqlayıb.
Hadisəni törədən şəxs 1995-ci il təvəllüdlü Sənan Məmmədovdur.
O, istintaq məsuliyyətinə cəlb olunub.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay