Hadisə / Manşet
5.04.2021, 10:48
Qardaş qardaşı belindən bıçaqladı
Göyçayda bıçaqlanma hadisəsi baş verib.
"Kanal1.az"ın məlumatına görə, hadisə rayonun İkinci Ərəbcəbirli kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1974-cü il təvəllüdlü Soltanov Natiq Mövsüm oğlu aralarında yaranmış münaqişə zəminində qardaşı, 1981-ci il təvəllüdlü Soltanov Ramin Mövsüm oğluna bel nahiyəsindən 2 bıçaq xəsarəti yetirib.
Yaralı dərhal ətrafdakı insanların köməyi ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay