Hadisə / Manşet
27.04.2021, 08:55
Bakıda iki avtomobil toqquşub, xəsarət alan var - FOTO
Bakının Yasamal rayonunda yol-nəqliyyatı hadisəsi zamanı sürücü xəsarət alıb.
"Kanal1.az" xəbər verir ki, hadisə Abbas Mirzə Şərifzadə küçəsində baş verib.
"Hyundai" markalı avtomobil geriyə dönüş edən "Opel" markalı avtomobilə çırpılıb.
Hadisə nəticəsində "Hyundai"ın sürücüsü xəsarət alıb.
Hadisə yerinə yol patrul xidmətinin əməkdaşları cəlb edilib
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay