Hadisə / Manşet
11.03.2021, 09:38
Bakıda “Hyundai” yandı - FOTO
Bakının Yasamal rayonunda yanğın baş verib.
"Kanal1.az"ın məlumatına görə, hadisə Həsən bəy Zərdabi küçəsində qeydə alınıb.
Hərəkətsiz vəziyyətdə olan 99-NV-914 dövlət qeydiyyat nişanlı “Hyundai” markalı avtomobilin mühərrik hissəsi qəfildən alovlanıb. Avtomobilin xanım sürücüsü ətrafdakıları köməyə çağırıb.
Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib. Yanğın söndürülüb və alovun ətrafa keçməsinin qarşısı alınıb. Yanğın nəticəsində avtomobilə ciddi ziyan dəyib.
Hadisənin səbəbi araşdırılır.
QALEREYA
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay