Dünya / Manşet
26.04.2021, 22:25
Putin və Makron Qarabağı müzakirə ediblər
Rusiya prezidenti Vladimir Putin və Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.
"Kanal1.az"-ın verdiyi məlumata görə, telefon danışığı zamanı tərəflər Dağlıq Qarabağ ətrafındakı vəziyyəti müzakirə ediblər:
"Vəziyyətin sabit olduğu, Rusiya və Azərbaycan Prezidentlərinin və Ermənistan baş nazirinin 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli Dağlıq Qarabağla bağlı bəyanatlarının icrası ilə bağlı işlərin planauyğun davam etdirildiyi məmnuniyyətlə qeyd edilib.
ATƏT-in Minsk qrupu da daxil olmaqla, Dağlıq Qarabağ nizamlanmasının müxtəlif aspektləri üzrə əməkdaşlıq etməyə qarşılıqlı hazırlıq ifadə edilib".
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay