Dünya / Manşet
23.04.2021, 10:51
Aralıq dənizində dəhşət: 100 miqrant həyatını itirdi
İsveçrənin Cenevrə şəhərində yerləşən Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) Mərkəzi Aralıq dənizində baş verən dəniz qəzasında ən az 100 nəfərin öldüyünü açıqlayıb.
"Kanal1.az" bildirir ki, aidiyyatı qurumların axtarışı nəticəsində dənizdən 10 nəfərin cəsədi çıxarılıb. Digər miqrantların axtarışları davam edir.