Hadisə / Dünya / Manşet
23.04.2021, 09:00
Aralıq dənizində 130-a yaxın miqrant qayığın aşması nəticəsində öldü
Liviya sahillərində qanunsuz miqrantlar olan qayığın aşması nəticəsində təxminən 130 nəfər ölüb.
"Kanal1.az" xəbər verir ki, bu barədə SOS Mediterranee adlı qeyri-hökumət təşkilatı bildirib.
Ona məxsus Ocean Viking gəmisi ərazidə batmaqda olan üç gəmi haqqında məlumat aldıqdan sonra Liviya sahillərindəki beynəlxalq sulara göndərilib:
"Bu gün hadisə yerinə gəldiyimiz vaxtdan qəza baş verən ərazidə ən azı 10 cəsəd gördüyümüzə baxmayaraq, bir nəfər də olsun sağ qalanı tapa bilmədik".
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay