Hadisə / Manşet
27.03.2021, 20:51
İtaliyada güclü zəlzələ oldu
Adriatik dənizinin İtaliya sahillərində baş verən 5.9 manitudalı zəlzələ azı 7 ölkədə hiss olunub.
"Kanal1.az" bildirir ki, Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat verib.
Zəlzələnin episentri İtaliyanın Vieste qəsəbəsindən 68 kilometr məsafədə yerləşib. Yeraltı təkanlar yerli vaxtla saat 14:47-də qeydə alınıb. Yerin 2 km dərinliyində baş verən zəlzələ Adriatik dənizinin digər tərəfindəki Xorvatiyadan 120 kilometr məsafədə baş verib.
Yeraltı təkanlar Albaniya, Çernoqoriya, Bosniya və Herseqovina, Yunanıstan və Sloveniya, eləcə də İtaliya və Xorvatiya kimi ölkələrdə hiss olunub. Amerika Geoloji Tədqiqat Mərkəzi (USGS) zəlzələnin maqnitudasını 5,5 bal olaraq qiymətləndirib.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay