Hadisə / Manşet
21.04.2021, 00:03
Bakıda şirkətin ofisində yanğın baş verib - FOTO
Bakının Nəsimi rayonunda yanğın hadisəsi baş verib.
“Kanal1.az” xəbər verir ki, hadisə 28 may küçəsi, 4 a ünvanında yerləşən binanın 3-cü mərtəbəsində qeydə alınıb.
Üçüncü mərtəbədə yerləşən şirkətlərin birinə məxsus ofisdə yanğın başlayıb. Hazırda əraziyə FHN-in 4 texnikası və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib.
Hazırda yanğın lokallaşdırılıb. FHN-dən verilən məlumata görə, yanğına səbəb elektrik qısaqapanması olub.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay