Arvadına sataşan kişinin dalınca düşdü, onun atasını gördükdə... - TƏFƏRRÜAT

Kürdəmir rayonunda adam öldürməkdə və adam öldürməyə cəhddə ittiham olunan 1974-cü il təvəllüdlü Mübariz Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Kanal1.az" xəbər verir ki, Mübariz Əhmədov arvadı ilə qonşusu Elsevər Məmmədovun uzun müddət yaxın münasibətdə olmasından şübhələnib.

Hadisədən bir neçə gün əvvəl arvadı işlədiyi məktəbdən evə qayıdarkən Elsevər Məmmədov qadına yaxınlaşıb və ona sözlə sataşıb.
Elsevər Məmmədovun bu hərəkətləri barədə arvadı ərinə heç nə bildirməyib. Arvadının bu hərəkəti onun şübhələrini daha da artırıb.
Bundan sonra Mübariz Əhmədov qısqanclıq zəminində Elsevər Məmmədovu öldürmək qərarına gəlib. Bu məqsədlə o, qardaşı Asif Əhmədova məxsus ov silahını anası Tamilla Mahmudovanın yaşadığı evin həyətindəki yarımtikilidən götürərək evə gətirib.

Mübariz Əhmədov tüfəng üçün qabaqcadan aldığı 10 ədəd patrondan 6 ədədini tüfəngin sandıqçasına qoyaraq Elsevər Məmmədovun küçəyə çıxıb-çıxmamasını güdüb. O, Elsevərin qonşu Sədaqət Şirinovanın işlətdiyi mağazanın qarşısına getdiyini görüb. Tüfəngi götürüb, sərxoş vəziyyətdə evdən çıxıb. Elsevər Məmmədov onu gördükdə mağazanın içərisində gizlənib.

Mağazanın sahibi Sədaqət Şirinova Mübarizi niyyətindən daşındırmaq istəyib. Mübariz əli ilə Sədaqət Şirinovanı kənara itələyib, tüfəngdən içəriyə 5 dəfə atəş açıb. Tüfəngdəki patronların qurtardığını düşünən Elsevər Məmmədov mağazadan çıxıb və qaçarkən 5-6 metr məsafədən tüfəngdən təkrarən 6-cı atəşi açıb.

Bundan sonra Elsevər Məmmədovun yaralı vəziyyətdə hadisə yerindən qaçdığını görüb və onun arxasınca düşüb. Yolda Elsevər Məmmədovun atası İbramxəlillə qarşılaşıb. İbramxəlil Məmmədovun gələcəkdə ondan və ailəsindən qisas ala biləcəyini yəqin edib.
Bu səbəbdən İbramxəlil Məmmədovu öldürmək məqsədilə tüfəngi ona tuşlayıb. Amma silahın patronluğuna patron qoymadığı üçün atəş aça bilməyib.

İbramxəlil Məmmədov tüfəngi ondan almaq istəyib. O, əvvəlcə tüfəngin qundağı, daha sonra yumruq və təpiklə vuraraq İbrahimxəlil Məmmədova xəsarətlər yetirib. Hadisə yerinə gələn şəxslərin müdaxiləsi nəticəsində cinayətkar əməllərin qarşısı alınıb. Elsevər Məmmədov xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

İstintaq orqanı tərəfindən Mübariz Əhmədov barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham elan edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mübariz Əhmədov 14 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Mübariz Əhmədov və zərərçəkmiş tərəf apellyasiya şikayəti veriblər.

Elsevər Məmmədovun hüquqi varisi olan anası İradə Məmmədova birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsini, Mübariz Əhmədovun cəzasının 20 ilə qədər ağırlaşdırılmasını istəyib.

Mübariz Əhmədov isə şikayətində cəzasının yüngülləşdirilməsini istəyib. Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə zərərçəkmiş şəxsin hüquqi varisinin şikayəti qismən təmin olunub.

Mübariz Əhmədovun cəzası 15 ilə qədər artırılıb.

Son xəbərlər

Elşad Həsənov PAYTAXTIN ƏRKÖYÜN BAŞÇISI rolunda… – Eldar Əzizovun MENYUSUNA…

Sabiq səfir Ramiz Mehdiyevə yazdığı məktubdan danışdı: “Of…”

2 milyona satılan şadlıq evinin yerində nə tikilir? – Komitənin “sirri”

Arxitektura Komitəsində “təmizləmə“

Bu şəxslərin təhsil haqqı özəl müəssisələrdə də dövlət tərəfindən qarşılanacaq

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur – Jurnalistlərdən Elmira Axundovaya CAVAB

“Baboşu” bahalı “Gelandewagen”lə görməyə gedən iş adamı media nümayəndəsin məhkəməyə verdi – Həbs olunmasın istəyir

Mehdiyev Sirac Əhməd oğlu adına tam orta məktəbin yararsız vəziyyət olması ilə bağlı yayımlanan yazıdan ötrü məktəb direktoru Sahilə Fərmanova bu gün qınaq meydanına çevrilmişdir

Türk Dövlətləri sionizm təhlükəsi kimi: İranda Azərbaycana qarşı hansı plan qurulur?

Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO

Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –diplomsuz direktor müavini, “ailə podratı” və s.

271 min manatlıq ittihamla üz-üzə qalan Sümbülə Əliyeva-kolleqaları şahiddir

Masallı rayon icra məmuru Bəhruz İbayev “Aliment” verməyən həmkəndlisini himayə edir – Nazirə muraciət olundu

Qubad İbadoğluna elektron qandal taxıldı – hərəkəti nəzarətə götürüldü

Zeynal Bayramlının alnına yazılmış Ucar Xəstəxanası niyə yoxlanılmır? – TƏBİB-in gücü çatmır, yoxsa…

ETSN Nərimanovun rəhbərliyinə SÖZ KEÇİRƏ BİLMİR? – GÖRÜNƏNİ BUDUR…

Elçin Tağıyev vəzifəyə təyin edildi - FOTOLAR

Azərbaycan Ordusu Tavuşa atəş açıb? – Ermənistan MN

Şəbnəm Tovuzlunun Hacısı: TENDER KRALI İMİŞ…

İcra başçıları arasında gizli rəqabət başladı – Görün nəyin davasını edirlər…

Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı – VİDEO

Əfv sərəncamı nə vaxt veriləcək, kimlərə şamil ediləcək? – AÇIQLAMA

FHN-nin idarə rəisi işçilərin məzuniyyət hüququnu pozub? – Elnar İmanov cərimələndi, narazı qaldı

Sumqayıt İcra Hakimiyyətində Gündüz Əliyevlə Adil Xudadatov arasında başlanan çəkişmənin GİZLİN SƏBƏBLƏRİ

Xırdalandakı bağça müdirinin şok səs yazısı – Müəllimləri niyə təhdid edir

Gəncə xəstəxanasının vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edildi

Zakir Fərəcov – Gündüz Əliyev cütlüyünün ağılasığmaz cinayət əməlləri – Prezidentə MÜDHİŞ faktlar

“Düz əyrini kəsir” – Görülən işlərə nəzər saldıqda…

Ermənistan müxalifətinin etirafı: Göyçə və Zəngəzurun bir hissəsi Azərbaycana qaytarılacaqmı? - VİDEO

Gürcüstanda vəziyyət təhlükəli fazaya keçir: naməlum şəxslər HÜCUMA KEÇDİLƏR

Gümrüdə Azərbaycanın hərbi bazası olsun – Ermənistanda şok iddia

İrəvan Almatıda Bakıya təslim olacaq – Ermənistanda nədən qorxurlar?

Abşeronda ANARXİYA və KORRUPSİYA… Sən saydığını say, gör Fərzəliyev nə sayır

Bütün xəbərlər