Trampdan İrana sərt mesaj:

Trampdan İrana sərt mesaj: "Ağlınızı itirmisiniz?"

Amerika Birləşmiş Ştatlarının rəhbəri Donald Tramp Tehranın Vaşinqtonla müqavilə bağlamağa can atdığını, ancaq İran tərəfinin irəli sürdüyü təkliflərin onu qane etmədiyini bildirib.

Kanal1.Az xəbər verir ki, Birləşmiş Ştatların prezidenti bu fikirləri "Fortune" nəşrinə açıqlamasında səsləndirib.

"Sizə bunu bildirim ki, onlar çıxılmaz vəziyyətdə olduqları üçün müqavilə imzalamaq istəyirlər. Lakin əvvəlcə razılaşma təklifləri ilə çıxış edir, ardınca isə mövzuya qətiyyən dəxli olmayan fərqli sənədlər yollayırlar. Bu cür hallarda mən onlara sadəcə belə deyirəm - ağlınızı itirmisiniz?" - deyə ABŞ dövlət başçısı vurğulayıb.

Eyni zamanda, Tramp İran rəhbərliyini rəsmi Vaşinqtonla ehtimal olunan müqavilənin imzalanması prosesində cəld olmağa səsləyərək, "zamanın son dərəcə önəmli olduğunu" diqqətə çatdırıb.