Rəşid Məmmədəliyev dünya çempionatında bürünc medal qazandı

Rəşid Məmmədəliyev dünya çempionatında bürünc medal qazandı

Bakıda keçirilən cüdo üzrə dünya çempionatında Azərbaycan millisi daha bir medal qazanıb.

Kanal1.Az xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində mübarizə aparan Rəşid Məmmədəliyev üçüncü yer uğrunda görüşdə braziliyalı idmançı Daniel Karginə qalib gəlib.

Beləliklə, Rəşid Məmmədəliyev dünya çempionatının bürünc medalına sahib çıxıb.

Xatırladaq ki, daha əvvəl bu çempionatda 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan cüdoçusu Əhməd Yusifov qızıl medal qazanıb.