Azərbaycanda inşa edilən ilk beynəlxalq yük hava limanının açılış tarixi məlum olub

Azərbaycanda inşa edilən ilk beynəlxalq yük hava limanının açılış tarixi məlum olub

"Ələt Azad İqtisadi Zonasında tikilməkdə olan ilk beynəlxalq yük (karqo) hava limanı 2027-ci il aprelin sonunda istifadəyə veriləcək".

Kanal1.Az xəbər verir ki, bu fikirləri Ələt Azad İqtisadi Zonasının (ƏAİZ) İdarə Heyətinin sədri Valeh Ələsgərov Bakıda keçirilən Alman-Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransında deyib.

O bildirib ki, birinci mərhələdə hava limanının karqo gücü ildə 500 000 ton olacaq:

"Daha sonra tədricən artaraq ildə ən azı 2 milyon tona çatacaq. ƏAİZ daxilindəki karqo hava limanı ənənəvi gömrük rəsmiləşdirilməsi maneələrini, mürəkkəb tranzit logistikanı və ikili təyinatlı bürokratik nəzarəti aradan qaldıracaq".